KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... .....                     Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər .....                     Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü .....                     "Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" .....                     Camaat Vasif Talıbovu deyir... .....                     Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır .....                     Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər .....                     Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək .....                     “Azərkabel” ASC .....                     Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası .....                     Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Əmək haqqı alanda işçi hüquqları... .....                     Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq .....                     “Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb .....                     Banka kredit borcu olanlar mütləq oxusun .....                     Paşinyanı "korrupsiyanın Eynşteyni" adlandıran Koçaryan hakimiyyətə iddia etdi .....                     Tramp Baydenin yaxınlarını dövlətə xəyanətdə ittiham edib .....                     Rusiya dost olmayan ölkələrə dəvət göndərdi .....                     Ermənistanda etirazçılar Lavrovu İranın müdafiə naziri ilə səhv saldılar .....                     Ermənistan “müsəlman” oldu: Sasunyanı qəzəbləndirən görüntü .....                     Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST .....                     AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş .....                     "Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" .....                     Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir .....                     Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... .....                     Yükü “ağır” olan Azərbaycan .....                     “Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası .....                     Dövlətlər də insanlar kimidir... .....                     Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... .....                     "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı .....                     Nəhayətdə Köçəryan da cavab verəcək .....                     Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi .....                     "Bu çox mənfi bir presedent yaradacaq" .....                     Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur .....                     “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? .....                     Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                 

"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir" - Xalq artisti
Tarix: 3-10-2020, 08:24 | Çap et
"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır.

Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb.

Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”.

İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır:

“Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”.

Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”.

Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”.

Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar.

Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız".

Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”.

Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”.

Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam.

Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır:

“Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər.

Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Bu gün, 09:06
Camaat Vasif Talıbovu deyir... - Fuad Nəcəfli BUNA NAİL OLDU...
Bu gün, 09:04
Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Bu gün, 08:50
Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək - SİYAHI
Bu gün, 08:47
“Azərkabel” ASC - LƏĞV OLUNA BİLƏR
Bu gün, 08:44
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası - AKTUAL
Bu gün, 08:35
Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
Bu gün, 08:31
KONTAKT HOME yenə öz AMPLUASINDA - "...məhkəməyə qədər daşıyacağam"
Bu gün, 08:21
Əmək haqqı alanda işçi hüquqları... - Ekspert danışır...
Bu gün, 08:07
Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq - Rəsmi Kiyev
Bu gün, 07:05
“Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 07:02
Banka kredit borcu olanlar mütləq oxusun – Bunu etməyin, əks halda…
Bu gün, 06:57
Paşinyanı "korrupsiyanın Eynşteyni" adlandıran Koçaryan hakimiyyətə iddia etdi
Bu gün, 06:36
Tramp Baydenin yaxınlarını dövlətə xəyanətdə ittiham edib
Bu gün, 06:33
Rusiya dost olmayan ölkələrə dəvət göndərdi - Şoyqunun planı nədir?
Bu gün, 06:20
Ermənistanda etirazçılar Lavrovu İranın müdafiə naziri ilə səhv saldılar - KİV
Bu gün, 06:07
Ermənistan “müsəlman” oldu: Sasunyanı qəzəbləndirən görüntü - İLGİNC
Bu gün, 06:05
Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST - İLGİNC
Bu gün, 01:04
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 01:01
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR
Bu gün, 00:53
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:46
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Bu gün, 00:22
Yükü “ağır” olan Azərbaycan - ARAŞDIRMA
Bu gün, 00:17
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Bu gün, 00:12
Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59
Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54
"Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48
Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32
"Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46
Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42
“Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru