"Oradan qazanc güdmürəm" - FOTO
Tarix: 13-08-2019, 11:07 | Çap et
 DİA.AZ: - Müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib.
DİA.AZ xəbər verir ki, sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb.
Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. Zamiqin komandasına daxil olan 30 nəfər tədbirə cəlb olunub. Bundan əlavə, sənətçi gecə üçün xüsusi repertuar seçib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 hitini səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib. Həmçinin pop ifaçısı səhnədə iki fərqli geyimdən istifadə edib.
Zamiq konsertdə mahnılarını canlı səsləndirib. Müğənni "Sən necə də gözəlsən...”, “Kaman”, “Bəyaz mələyim”i ifa edən zaman anşlaq yaşanıb.
O, Naxçıvan konsertdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb. Sənətçi qeyd edib ki, Heydər Əliyev Sarayındakı repertuarına əlavələr edərək açıq hava konsertinə uyğunlaşdırıb.
“Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirəcəyik. Daha sonra rəqs qrupları cəld etmişik. Çalışmışıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava konsertinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa edəcəm. Bir-iki mahnını fonoqram səsləndirəcəm. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun”.
Bundan əlavə, ifaçı hər bir sənətçinin konsert və toylarda canlı mahnılar oxumasının tərəfdarı olduğunu bildirib:
“Sevindirici haldır ki, indi sənətçilərin əksəriyyəti konsertlərdə canlı ifa edir. Hətta toylarda da belə addım atırlar. Mənə elə gəlir ki, sənətçilərin öz ansamblı olmalıdır. ZH qrupu ilə artıq 15 ildir ki, bir yerdə çalışırıq. Bir-birimizə baxanda belə nə istədiyimizi bilirik. Bu səbəbdən deyirəm ki, hər bir ifaçının belə ansamblı olsa, toylara öz qrupları ilə gedərlər. Canlı ifada tamaşaçılara xüsusi enerji gedir. Fonoqramda bunu ala bilmirlər. Canlı tamam başqa bir şeydir. Məncə müğənnilər buna diqqət yetirməlidirlər. Toy qonorarlarını artıq alsınlar, amma öz komandası ilə getsinlər”.
Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib:
“Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm. Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var”.
Müğənni artıq bir ifaçı götürərək onu yetişdirmək barədə düşündüyünü deyib:
“İstəyirəm ki, solo ifaçı götürüb yetişdirim. Belə bir planım var. Məsələ belədir ki, hər bir sənətçi müəyyən yaşdan sonra estafeti başqasına verməlidir. Bizdən qabaq var idi, bizdən sonra da olacaq. Bu məsələlərə real baxmaq lazımdır. Düşünmək lazımdır ki, gələcəkdə yerin yaxşı olsun və gənclər sənin haqqında yüksək fikirdə olsunlar. Örnək olmaq lazımdır”.
Zamiq bölgələrdə insanların keyfiyyətli musiqilərə qulaq asmağı üçün konsert turların təşkil olunacağını da vurğulayıb:
“Naxçıvandan sonra digər regionlarda konsert turu təşkil etmək fikrindəyəm. Bilirəm ki, bölgələrdə yaxşı şərait var. Oradan qazanc güdmürəm. Sadəcə olaraq insanlara yaxşı musiqini aşılamaq istəyirəm.
Bəzi bölgələrin insanları bayağı musiqiyə meyilləniblər. İstərdim ki, onlar da tez-tez əsl Azərbaycan popunu və klassik musiqilərimizi dinləsinlər”.  


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57 |
|
|
|
• Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47 |
|
|
|
• DİN araşdırma başlatdı
Bu gün, 08:41 |
|
|
|
• Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32 |
|
|
|
• “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30 |
|
|
|
• Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29 |
|
|
|
• Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25 |
|
|
|
• Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12 |
|
|
|
• “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10 |
|
|
|
• " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07 |
|
|
|
• Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56 |
|
|
|
• İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46 |
|
|
|
• Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41 |
|
|
|
• "Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34 |
|
|
|
• Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29 |
|
|
|
• Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27 |
|
|
|
• Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25 |
|
|
|
• "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21 |
|
|
|
• Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16 |
|
|
|
• Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11 |
|
|
|
• Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• “Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58 |
|
|
|
• Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56 |
|
|
|
• Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53 |
|
|
|
• İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48 |
|
|
|
• Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45 |
|
|
|
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42 |
|
|
|
• "Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38 |
|
|
|
• İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35 |
|
|
|
• SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31 |
|
|
|
• Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27 |
|
|
|
• Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03 |
|
|
|
• Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54 |
|
|
|
• Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51 |
|
|
|
• Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13 |
|
|
|
• İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11 |
|
|
|
• "Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07 |
|
|
|
• Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05 |
|
|
|
• İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01 |
|
|
|
• "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37 |
|
|
|
• Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34 |
|
|
|
• "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32 |
|
|
|
• Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22 |
|
|
|
• Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14 |
|
|
|
• Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08 |
|
|
|
• Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05 |
|
|
|
• Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59 |
|
|
|
• Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55 |
|
|
|
|