Moskvadan Cənubi Qafqaz AÇIQLAMASI .....                     Bizi pozuculuqda günahlandıranların menyusuna .....                     Tiflis Moskva ilə münasibətləri yenidən gərginləşdirir .....                     Xameneinin Azərbaycandakı ofisinin fəaliyyəti bərpa edilir .....                     Tramp İranla nüvə sazişi üzrə irəliləyişin əldə olunduğunu açıqlayıb .....                     Getdiyimiz yolun güzgüsü .....                     AMİP QURULTAYA GEDİR .....                     İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... .....                     “Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir .....                     Rusiya bayrağı təhqir olundu .....                     “SƏS Azərbaycan”ın qalibi bəlli oldu .....                     Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır .....                     Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI .....                     Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” .....                     “Məni itirmək istəmir” .....                     "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" .....                     “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” .....                     Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir .....                     Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                 

Azərbaycan oliqarxiyasının böyük çöküşü – Analiz
Tarix: 25-11-2015, 09:12 | Çap et
Azərbaycan oliqarxiyasının böyük çöküşü
Cəmi iki ay əvvələdək sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar çete başçısı olmasının rəsmi şəkildə etiraf edilməsi bir yana, hətta tutduğu postdan uzaqlaşdırılacağını söyləsən, yəqin ya sənin ağlını itirdiyini düşünərdilər, ya da reallıq hissini itirdiyini.

Yenə cəmi iki ay əvvəl Azərbaycanın ən “mistik” generallarından biri olan, adı ətrafında ən tükürpədici cinayətlərlə bağlı söyləntilər dolaşan Akif Çovdarovun qollarına qandal vurulduğunu əks etdirən fotoların KİV səhifələrini, sosial şəbəkləri, informasiya saytlarını bəzəyəcəyini desən, sənə ya dəli kimi baxardılar, ya da uşaq kimi.

İki ay əvvəl kimin ağlına gələrdi ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “vurulacaq”, onun nazirliyində ağılalmaz korrupsiya cinayətlərinin üstü açılacaq.

İki ay əvvəl kimin ağlına gələrdi ki, MTN-in Teymur Quliyev, İlqar Əliyev kimi “qılıncının dalı da, qabağı da kəsən” yüksək çinli fiqurları hakimiyyətin ən yuxarı eşalonlarında “reket” olaraq damğalanacaq, onların səsi bir zamanlar haqsız yerə, şərləyərək həbs etdikləri insanların saxlanıldığı Kürdəxanı təcridxanasından gələcək.

Bəli, müdrik bir ata sözündə deyildiyi kimi: “Əvvəl gülən axır gülər”.

Biz illərdir ölkədə at oynadan milli oliqarxiyanın nəhəng çöküş dövrünə şahidlik edirik. Bir zamanlar əli üstə, sözü üstrə söz tanımayan iribuynuzlu məmurlar böyük sürətlə “bıçaq altına” yatırılır, onların toplumun aktibv kəsimi üçün təəccüblü görünməyən, adi qarşılanan geniş xalq kütləsi üçün isə ilk baxışda qeyri-adi təsir bağışlayan cinayətləri rəsmi kanallarla ifşa olunur. Bir sözlə, siyası hakimiyyətin “güvəndiyi dağlara qar yağır”.

Əslində qanunsuz formalaşan, gücünü inzibati nüfuzdan, administrativ özbaşınalıqdan və rəqabətsiz biznes mühitindən, inhisarçılıqdan, korrupsiyadan alan bu məmur oliqarxiyasının çöküşünə görə biz ilk növbədə neftə, daha doğrusu, neftin dünya bazarlarında kəskin ucuzlaşmasına borclu olmalıyıq. Qəribə situasiyadır: cəmi bir neçə ay əvvələdək neft Azərbaycanın real iqtisadi-sosial inkişafının təmin edilməsi, ölkədə hüquqi-demokratik dövlət quruculuğu istiqamətində həlledici addımların atılması, insan haqlarının və azadlıqlarının bərqərarına nail olunması yolunda başlıca əngəl sayılırdı. Çoxluq belə hesab edirdi ki, nə qədər neft var, Azərbaycanın azad, xoşbəxt gələcəyi də şübhə altındadır.

İndi isə eyni neft Azərbaycanda milli oliqarxiyanı çətin sınaq qarşısında qoyub. Neftin kəskin ucuzlaşması iqtisadiyyatının ən azı 80 faizə yaxın hissəsini “qara qızıl”ın təşkil etdiyi Azərbaycanı “analoqsuz inkişaf” barədə ənənəvi xəyalpərəstlikdən acı reallığın qoynuna itələyir. Məlum olur ki, ölkəni gözlənilən daha dərin böhrandan mümkün olduğu qədər az itki ilə çıxarmaq, ən əsası isə siyasi hakimiyyətin mövcudluğuna qarşı mümkün təhlükələri önləmək üçün müəyyən idarəçilik qaydalarını dəyişmək lazımdır. Bəli, həmişəki kimi davam etmək artıq müşkül, hətta mümkünsüz məsələdir, hökumət bəzi islahatlar aparmaq məcburiyyətindədir, ən azı Azərbaycanda “kölgə iqtisadiyyatının” payını minimuma endirmək, oliqarxlaşmış məmurların biznes və sahibkarlıq fəaliyyəti üzərində hegemoniyasını bacarılan qədər azaltmaq, ölkədə sözün həqiqi mənasında azad, rəqabətə dayanan iqtisadi mühit yaratmaq lazımdır ki, gec dəolsa neftin su qiymətinə düşməsi nəticəsində yaranan itkilərin yerini doldura biləsən.

Əks halda qarşıda Azərbaycan xalqını yalnız aclıq illəri gözləmir.

Həm də perspektivdə siyasi hakimiyyət sosial və iqtisadi partlayışlar təhlükəsini hər keçən gün daha da artıq hiss edəcəkdir. Kimlərsə bunu şablon siyasi pafos hesab edə bilər. Amma unutmaq lazım deyil ki, “ac adam qılınca çapar”. Xalq kütlələri demokratiya, hüquq və azadlıqlar kimi məsələlərdə laqeydlik göstərə bilər, amma o çörəklə sınağa çəkilməyə başlanılanda cilovlanması mümkün olmayan qəzəb dalğasına çevrilir. Bunun yaxın və uzaq tarixdə kifayət qədər nümunələri var, odur ki, onlar barədə geniş xatırlatma edib əlavə vaxt aparmağı gərəksiz sayırıq.

Eyni zamanda şübhə etmirik ki, iqtidar özü də belə bir təhlükəli perspektivin yaxşı fərqindədir, ona görə də öz “bağırsaqlarında” “təmizləməni” zəruri sayıb.

Nəticə etibarilə hazırda Azərbaycanda maliyyə və inzibati qüdrətinə görə dünyada ya yerli-dibli analoqu olmayan, ya da çox az bənzəri tapılacaq məmur oliqarxiyası “qürub dövrünü” yaşayır. Ümid edək ki, hazırda şahidi olduğumuz proseslər təkcə hakimiyyətdaxili güc savaşlarının sonu olmayıb, həm də bu günə qədərki yanlış siyasi və iqtisadi hesablamalardan geriyə addım atmaq, postneft erasında Azərbaycanı ciddi siyasi. Sosial, iqtisadi və mənəvi təlatümlərdən bacarıldığı qədər uzaq tutmaq, ya da az itki ilə çıxarmaq məqsədi daşıyır.

Eyni zamanda ona da ümid edək ki, sadəcə neft pullarına və polis dəyənəyinə güvənən, daha çox bu ikisinin sayəsində özünün məğlubedilməz obrazını yaradan idaretmə sistemi köklü reformlara qucaq açacaqdır. Çünki Eldar Mahmudovları Mahmud Eldarovlarla, Akif Çovdarovları Çovdar Akifovlarla əvəzləyərək yuxarıda haqqında danışılan təhlükəli perspektivi n təxirə salmaq, nə də yerli-dibli önləmək olar. Adların dəyişməsi çətin ki, nəyisə müsbətə doğru dəyişsin.

Ona görə də hökumətdəki hazırki təmizləmələr, “vurulmalar”, cəzalandırılmalar müasir idarəetmə standartlarının tətbiqi ilə müşaiyət olunmalıdır. Əks halda məmur oliqarxiyanın çöküşü simvolik xarakter daşıyacaq, siyasi, sosial və iqtisadi mənada heç bir təhlükəli tendensiyanı önləyə bilməyəcək. Hətta hakimiyyətin özü də daxil olmaqla, ölkəni dibsiz uçuruma bir az da yaxınlaşdıracaq...
Qaynar.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan Cənubi Qafqaz AÇIQLAMASI - Türkiyə ilə...
Bu gün, 06:20
Bizi pozuculuqda günahlandıranların menyusuna - ƏSLİNDƏ...
Bu gün, 06:07
Tiflis Moskva ilə münasibətləri yenidən gərginləşdirir - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
Xameneinin Azərbaycandakı ofisinin fəaliyyəti bərpa edilir - ORA DA AGENTURA İDİ AXI..
Bu gün, 05:59
Tramp İranla nüvə sazişi üzrə irəliləyişin əldə olunduğunu açıqlayıb - NƏHAYƏT
Bu gün, 05:52
Getdiyimiz yolun güzgüsü – Aparır, bizi... büdcə, aparır!
Bu gün, 00:46
AMİP QURULTAYA GEDİR - Ali Məclis "hə" dedi
Bu gün, 00:36
İmtahandan sonra hakerlər pul qazanır: Balları artıracaqlarını vəd edərək... - BU NƏDİ BELƏ?
Bu gün, 00:31
“Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:28
Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı
Bu gün, 00:21
“SƏS Azərbaycan”ın qalibi bəlli oldu - "Qızım qalib oldu!"
Bu gün, 00:18
Həkim-stomatoloqlardan “töycü” tələb etmək biabırçılıqdır - ETİRAZ
Dünən, 23:43
Deputat oğlu Elçibəyin ölümündən DANIŞDI - "Ağırdır, amma..."
Dünən, 23:39
Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” - GƏLİŞMƏ
Dünən, 20:28
“Məni itirmək istəmir”
Dünən, 20:23
"Depressiyada idi, özünə qəsd etmək istəyirdi" - Aydın Xırdalanlının anası
Dünən, 15:03
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Dünən, 11:14
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Dünən, 11:11
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Dünən, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Dünən, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Dünən, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Dünən, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Dünən, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Dünən, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Dünən, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Dünən, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Dünən, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Dünən, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Dünən, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Dünən, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Dünən, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Dünən, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Dünən, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Dünən, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Dünən, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Dünən, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Dünən, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
24-05-2025, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
24-05-2025, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
24-05-2025, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
24-05-2025, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
24-05-2025, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
24-05-2025, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
24-05-2025, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
24-05-2025, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
24-05-2025, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
24-05-2025, 19:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru