Eldar Mahmudovun Milli Məclisdəki daha bir adamı mandatını itirə bilər - İDDİA
Tarix: 18-11-2015, 14:47 | Çap et
Törətdiyi əməllər ifşa olunduğuna görə vəzifədən kənarlaşdırılan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslər də aşkar olunaraq işdən çıxarılır, cinayətlərdə əli olanlar həbs olunurlar.
11 il ölkənin milli təhlükəsizliyinə cavabdeh olan E.Mahmudova yaxın şəxslər dövlətin ayrı-ayrı strukturlarında, o cümlədən, Milli Məclisdə də yer alıblar.
Musavat.com xəbər verir ki, hazırda bu şəxslərin ifşası davam edir. Sabiq MTN şefinə yaxın şəxslər dövlət idarələrindən uzaqlaşdırılırlar. E.Mahmudovun dəstəyi ilə deputat olanların da "qələmi qırılır".
Belə ki, Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv edib. İclasda bildirilib ki, səsvermə günü həmin dairədə səslərin sayılmasında qanun pozuntusuna yol verilib. MSK pozuntular olduğuna görə həmin dairənin nəticəsini etibarsız hesab edib.
90 saylı Ağdaş Seçki Dairəsindən lider namizəd Milli Məclisin hazırki deputatı, bankir Çingiz Əsədullayev idi. Parlamentə keçirilən seçkilərin nəticələrinin təsdiq olunmasına bir neçə gün qalmış belə bir addımın atılması təsadüfi deyil. Ç.Əsədullayevin adı sabiq MTN şefinə yaxın adlar sırasında çəkilirdi. Hətta "Beynəlxalq Bankın işi"ndə də onun adı hallanırdı. Bankir deputat mətbuata açıqlamasında E.Mahmudovla dostluq əlaqələrinin olduğunu etiraf edib.
Eldar Mahmudova yaxın deputatlardan birinin də Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən lider namizəd Ziyad Səmədzadənin olduğu bildirilir. Bəzi iddialar görə, Z.Səmədzadənin E.Mahmodovla yaxın əlaqəsi olub.
Deputat Z.Səmədzadə E.Mahmudovun atası akademik Əhməd Mahmudov haqqında geniş məqalələr, monoqrafiyalar yazıb və filmlərin çəkilməsində iştirak edib.
Z.Səmədzadə akademiklə bağlı məqalələrinin birində qeyd edir ki, görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər: "Əhməd Mahmudov da XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli alim və ziyalılardan biridir. 1955-ci ildən fasiləsiz olaraq 25 il Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda çalışmışdır. O, kiçik elmi işçidən institut direktoru səviyyəsinə qədər yüksələrək şərəfli yol keçmişdir. Hər bir xalq özünün elmi potensialı ilə fəxr edə bilər. İqtisadiyyat elmi sahəsində də potensialımız güclüdür. Akademik Əhməd Mahmudovun yaradıcılığını xarakterizə edən faktlarla tanışlıq bunu sübut edir. Akademik Əhməd Mahmudovun AMEA İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elmi mərkəz nəinki respublikada, eləcə də keçmiş Sovetlər məkanında sayılan elmi-tədqiqat mərkəzinə çevrildi. Görkəmli alimin, bacarıqlı təşkilatçı Əhməd Mahmudovun rəhbərliyi altında respublikada iqtisad elminin real iqtisadi həyatla bağlılığı daha geniş vüsət almış, elmi tədqiqatların nəticələrinin əhəmiyyəti xeyli yüksəldi".
Daha sonra Z.Səmədzadə Ə.Mahmudovun kindən, qəzəbdən uzaq bir alim, təşkilatçı, rəhbər, gözəl ailə başçısı olduğunu qeyd edib, ailəsində vətənə, dövlətə sədaqətli övladların yetişdiyini məqalələrində dönə-dönə təkrarlayıb.
2010-cu ildə Z.Səmədzadənin 70 illik yubileyi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilən yubiley tədbirində Eldar Mahmudov da iştirak edib. Böyük bir dəstə ilə tədbirə qatılan keçmiş MTN şefi orada iştirak edən yeganə nazir olub. Tədbirdən sonra E.Mahmudov Z.Səmədzadə ilə 20 dəqiqəyə yaxın söhbət edib.
Amma Z.Səmədzadə də keçmiş milli təhlükəsizlik nazirinə borclu qalmayıb. E.Mahmudovun atası akademik Əhməd Mahmudovun 2008-ci ildə 85 illik, 2013-cü ildə isə 90 illik yubileyi qeyd olunub. Həmin tədbirlərdə əsas çıxışçılardan, canfəşanlıq edənlərdən biri Z.Səmədzadə olub.
Milli Məclisin komitə sədri çıxışlarında yalnız Ə.Mahmudovu deyil, onun oğlu Eldar Mahmudovu da geninə-boluna tərifləyib. Daha doğrusu şahidlər deyirlər ki, Z.Səmədzadə akademik Mahmudovdan daha çox nazir Mahmudovu tərifləyir, yalnız ölkənin təhlükəsizliyinin təmin olunmasında deyil, iqtisadi inkişafa nail olunmasında da onun böyük xidmətlərinin olduğunu təkrar-təkrar söyləyib. Guya E.Mahmudov Azərbaycanda dövlətin iqtisadi təhlükəsizliyini təmin edib, bu da sosial-iqtisadi inkişafın əsasını təşkil edib. Maraqlıdır ki, Z.Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri olub. E.Mahmudov və dəstəsi də məhz iş adamlarının, biznesmenlərin başına min bir oyun açıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Ziyad Səmədzadənin də mandatının ləğv ediləcəyi gözlənilir. Bu barədə qərarın ya bu gün Mərkəzi Seçki Komissiyasının keçiriləcək iclasında, ya da Konstitusiya Məhkəməsində seçkinin nəticələri təsdiq edərkən veriləcəyi gözlənilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|