“Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                     Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı .....                     İsrail hücumunda onların ailə üzvləri də öldürülüb .....                     “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi .....                     Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb .....                     Öldürülənın yerinə TƏYİNAT VARSA... .....                     Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır .....                     SEPAH-ın bu generalları da öldürüldü .....                     Expressbankın İdarə Heyətinə yeni təyinat olub .....                     Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb .....                     İsrail dünyadakı bütün səfirliklərini bağlayır .....                     İsrailin gözlədiyi NƏ İDİ... .....                     Tramp bunu özünün uğuru kimi qələmə verəcək .....                     Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi .....                 

Mahir Aslanov Baba Tağıyevə savaş elan edib - Deputatla keçmiş deputatın çəkişməsi
Tarix: 23-05-2015, 13:28 | Çap et
Mahir Aslanov Baba Tağıyevə savaş elan edib
Bu gün elə millət vəkilləri var ki, seçiciləri onların üzünə həsrət qalıblar. Çünki deputatların bir çoxu yalnız parlament seçkiləri ərəfəsində, yəni təbliğat-təşviqat kampaniyası zamanı namizədliyini irəli sürdükləri ərazinin sakinləri ilə görüşür, onlara müxtəlif vədlər verirlər. Seçki prosesi yekunlaşdıqdan sonra isə millət vəkillərini gündüz çıraqla da tapmaq mümkün olmur. Bu cür deputatlardan biri də 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin üzvü seçilən Mahir Məhəmmədəli oğlu Aslanovdur.

Əldə etdiyimiz bilgilərə görə, deputat 2010-cu il parlament seçkiləri ərəfəsində seçicilərinə çoxsaylı vədlər versə də, geridə qoyduğumuz 5 il ərzində bir dəfə də olsun ona etimad göstərən şəxslərlə görüşməyib, seçiciləri narahat edən problemləri dinləməyib. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Mahir Aslanov Milli Məclisdə nadir hallarda səsi çıxan deputatlardandır: "Elə bu səbəbdən də Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda isə vaxtını icra hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda ciddi narazılıq yaradıb. Deyilənlərə görə, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Onun qəbuluna düşmək isə müşkül məsələdir. Görünür, Mahir Aslanov vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf etdiyindən millət vəkili kimi üzərinə düşən işlərinin icrasında maraqlı görünmür". Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Mahir Aslanova məxsus olan "Kəpəz Group" tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəni əhatə edir: "Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. "Kəpəz Group" tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var. İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi", "Kəpəz" otel və "Happy İnn" otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var".

Deputatın oğlu Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan"ın Müşahidə Şurasına rəhbərlik etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, Mahir Aslanovun oğlu əvvəllər "Bank Technique" ASC-də mühüm postda təmsil olunub: "Deputatın digər oğlu Famil Aslanov isə hüquq-mühafizə orqanlarında çalışır. Lakin buna baxmayaraq, o, bu ilin yanvar ayında idarə etdiyi 10 GV 888 dövlət nömrə nişanlı "Maserati" markalı avtomobili ilə yol hərəkət qaydalarını pozduğu üçün saxlanılıb. Nəticədə onun maşını Badamdarda yerləşən cərimə meydançasına aparılıb. Mahir Aslanovun biznes imperiyasına gəlincə, bu barədə deyilir ki, deputatın Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən "Happy İnn" oteli bəzi idarə, təşkilat və müəssisələrin pul "yuduqları" otel kimi tanınır. Bu otel hər zaman müştəri bolluğu ilə seçilib. Ölkəmizə gələn qonaqlar məhz "Happy İnn" otelinə yerləşdirilirlər. Bir sözlə, əldə olunmuş "razılaşma"ya əsasən ölkəmizə gələn idmançılar və mədəniyyət nümayəndələri bu oteldə məskunlaşırlar. Deyilənlərə görə, əcnəbi qonaqların məhz Mahir Aslanova məxsus olan oteldə yerləşdirilməsi "danışıqlar"da iştirak etmiş tərəfləri tam şəkildə təmin edir.

"Kəpəz Mebel Evi"nin dövriyyəsinin kifayət qədər böyük olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, Mahir Aslanovun nəzarətində olan tikinti şirkəti paytaxtın müxəlif ərazilərində bina işnası ilə məşğul olur. Və həmin binalardakı mənzillər əhaliyə dəyərindən baha qiymətə təqdim olunur: "Bu arada, onu da nəzərinizə çatdırım ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov millət vəkili Mahir Aslanovun əmisi oğludur. İcra başçısı 1976-cı ildə Naftalan şəhərində doğulsa da, əslən Goranboy rayonunun Qaşaltı kəndindəndir. Deyilənlərə görə, Natiq Aslanov orta məktəbi zəif oxuyub. Bu səbəbdən də onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına öz biliyi ilə daxil olması ciddi şübhə doğurur. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə nə vaxt daxil olması göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də Natiq Aslanovun adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdə olmasına dair də heç bir bilgi yoxdur. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı informasiya verilmir. Onun hərbi xidmətə yararsızlığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd alması haqda müəyyən söyləntilər dolaşmaqdadır. Əgər bu fakt doğrudursa, o zaman Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı postunda çalışması qanuna ziddir. Çünki hərbi xidmətə yararsız olan şəxsin bu cür mühüm vəzifədə təmsil olunması qanunla yasaqlanıb".

Mənbənin "Gündəlik Bakı" qəzetinə bildirdiyinə görə, rəsmi məlumatlarda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə "Kəpəz" firmasında alqı-satqı üzrə menecer işlədiyi öz əksini tapsa da, Naftalan sakinləri Natiq Aslanovun uzun müddət əmisi oğlu Mahir Aslanovun mebel sexində dülgər işlədiyini qeyd edirlər: "Deyilənlərə görə, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Mahir və Natiq Aslanovların, həmçinin onların son vaxtlar Dövlət Neft Şirkətində (ARDNŞ) sürətlə irəli çəkilən qohumu Bədəl Bədəlovun nəzarətindədir. Naftalanlılar da təsdiqləyə bilərlər ki, icra başçısı ilə Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov yeznə-qayındırlar. Bu səbəbdən də əmioğlular Bədəl Bədəlovla qohumluq əlaqələrindən istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini, xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və restoranlar şəbəkəsini bütövlükdə Dövlət Neft Şirkətinin rəhbər şəxslərinin adına bağlamaqla özlərini mümkün təhlükələrdən sığortalamağa çalışırlar".

Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz digər informasiyada isə deyilir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı son vaxtlar şəhərin mərkəzi küçələrində marketlərin tikintisinə start verib. Belə ki, Natiq Aslanovun rayonun əsas gəlirli sahələrini qohumlarının ixtiyarına verdiyini iddia edən məlumatlı şəxs bildirir ki, icra başçısı əmisi oğlu Mahir Aslanova biznesini inkişaf etdirmək üçün Naftalan rayonunda münbit şərait yaradıb: "Deyilənlərə görə, Naftalan Vannası Sağlamlıq Mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlarla yaxın qohum olan bir neçə şəxsin iri obyektləri tikilib. O da qeyd olunur ki, icra başçısı Naftalanın dövlət torpaqlarını zəbt edib və burda həm özü, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər hər nə desəniz var və həmin təsərrüfatları başçının yaxın qohumları idarə edir. Əldə etdiyimiz bilgilərdə deyilir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti təyinatdankənar xərclərə sərf edib. Müvafiq sənədləşdirmədə qeyd olunan küçələr və yollara isə sadəcə yamaq vurulub. Yəni hansısa təmirdən söz gedə bilməz. İcra başçısı Naftalanın küçələrinin, yollarının təmir edilməsini isə özünə yaxın olan "İlqar-MR" MMC-yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürülüb. Ortada isə ciddi bir iş yoxdur".

Millət vəkili Mahir Aslanovun "Avropa Qapıları" şirkətinin rəhbəri Baba Tağıyevlə gərgin münasibətdə olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, deputat bir neçə ildir ki, Baba Tağıyevi zərərsizləşdirməyə çalışır: "Mahir Aslanov daim qapı və mebel istehsalı sahəsində inhisarçıya çevrilməyə çalışıb. Bu məqsədlə o, sahibi olduğu "Kəpəz Mebel Evi"nin imkanlarını bir qədər də artırıb. Lakin hər dəfəsində onun qarşısına Baba Tağıyevin "Avropa Qapıları" şirkəti çıxıb. Bu səbəbdən də uzun müddətdir ki, Mahir Aslanovla Baba Tağıyev arasında gərgin rəqabət gedir. "Avropa Qapıları" şirkətinin rəhbəri deputat olduğu dönəmlərdə Mahir Aslanov ona güc gələ bilməsə də, bu gün Baba Tağıyevin millət vəkili olmamasından istifadə edən Mahir Aslanov əzəli rəqibini ram etməyi planlaşdırır. Bu məqsədlə deputat yaxın münasibətdə olduğu mətbuat orqanlarına minnətçi düşüb. Belə ki, o, həmin kütləvi yinformasiya vasitələrindən "Avropa Qapıları" və onun sahibi haqda tənqidi materiallar yayımlamağı xahiş edib. Deyilənlərə görə, artıq Baba Tağıyev Mahir Aslanovun ona açıq savaş elan etməsindən xəbərdardır. Odur ki, sabiq millət vəkili də əks hücuma keçməyi planlaşdırır. Bunun üçün o, əlverişli məqamı gözləyir. Bir sözlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün sabiq deputatla hazırkı deputat arasında soyuq savaş gedir. Bunun kimin qələbəsi ilə nəticələnəcəyini isə dəqiq demək çətindir. Yaşayarıq, görərik…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28
İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24
Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22
Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Dünən, 15:18
“İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Dünən, 15:14
Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:09
AZAL 3 şəhərə uçuşları ləğv edib
Dünən, 14:59
Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Dünən, 14:57
İran Prezidenti xalqa müraciət edib - “Tasnim”
Dünən, 14:55
İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
Dünən, 14:52
Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı
Dünən, 14:44
İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Dünən, 14:39
"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Dünən, 13:02
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru