"Təzəz Bazar"da yaşanan qalmaqalda nazirin də adını çəkirlər... - İLGİNC İDDİA
Tarix: 6-04-2015, 09:22 | Çap et
Bu səhər saat 06:00 radələrində "Təzadlar"ın reportyor qrupu da daxil olmaqla digər KİV-ləri təmsil edən bir qrup jurnalist "Təzə Bazar" MMC-nin məlum qanunsuzluq baş verən ərazisində olmuş, foto və video çəkilişlər aparılmlş, hadisə şahidlərinin müsahibəsi götürülmüşdür... Hazırda video müsahibə yüklənməyə hazırlanır. Amma təəssüflər olsun ki, səhərə kimi qanunsuz olaraq qazıntı aparılan əraziyə bir nəfər də olsun polis əməkdaşı yaxın gəlməmişdir. Halbuki, burada çalışan işçilər bildirdilər ki, polisə süni gərginlik yaradanların məqsədlərinin nə olduğu barədə dəfələrlə ciddi xəbərdarlıq olunmuş, məlumat verilmişdir... ***
...Bu dəqiqələrdə "Təzə bazar" MMC-yə məxsus ərazidə (Nəsimi rayonu ərazisində) çalışan bir qrup satıcılar adından Eldar Xəlilov və R.Həmidov Tezadlar.az saytına göndərdiyi müraciətdə hazırda ərazidə baş verən ciddi qarşıdurma barədə yazıb: -Xahiş edirik, səsimizi lazımi ünvanlara, dövlət qurumlarına çatdırasınız... Hazırda Sabirabadın keçmiş icra başçısı, Surət Hüseynovun sayəsində başçı olan, sonradan Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ciddi nöqsanlara görə işdən qovulan Vaqif Şıxəliyevə məxsus olan "Bakı Mərkəzi Bazar" MMC-də şalışan, V.Şıxəliyevin himayə etdiyi təxminən 25-30 nəfər burada qan çanağı yaratmaq istəyirlər... Onlar əvvəlcə saat 16:30 radələrində əllərində bel, lom və dəmir parçaları çalışdığımız "Təzə Bazar" MMC-yə məxsus əraziyə basqın edərək burada bizə məxsus yüksək gərginlikli kabel keçən asfaltı qazmağa başladılar. Soruşduq ki, siz kimsiniz, burada nə qazıntı aparırsınız, dedilər ki, Vaqif Şıxəliyev göndərib: "Bizə tapşırıq verilib ki, bu ərazini qazaraq təxminən 60 metrlik kabeli qazıb çıxaracağıq...". Soruşuruq ki, bu Bakı Elektrik Şəbəkənin srateji obyekti olan, bizə məxsus kabeli nə ixtiyarla qazıb aparırsınız, bu sizin və ya Vaqif Şıxəliyevin nəyinə lazımdır? Onlar söyüş və təhqirli ifadələr işlədərək "Bizə tapşırıq belə verilib!" dedilər... Onlar sadəcə, açıq şəkildə deyirlər ki, yaxına gəlsəniz, qan düşəcək, bizə də bu lazımdır... Beləcə, bazara şərik olan Vaqif Şıxəliyev digər şəriki ilə uzun müddətdir ki, məhkəmə mübahisəsindədir və bütün məhkəmələri uduzduğu üçün indi də bu yola əl atıb qarşıdurma yaratmaq, bizim hüquqlarımızı qorumaq üçün başqa yollara əl atmağımıza təhrik etmək istəyir... Bizə məxsus bazarın əmlakı olan kabel Vaqif Şıxəliyevin nəyinə lazımdır axı?! Neçə gün əvvəl həmin şərikinin Novxanıdakı bağ evinə basqın etdirən, qanunsuz hərəkətləri ilə qarşıdurmaya səylər edən Vaqif Şıxəliyevin qarşısına kimsə çıxmır. Çünki o, özünü nazir Ramil Usubovun adamı kimi hamıya təqdim edir, hər yerdə də bunu sübut edən faktları ortaya qoyur. Əlbəttə, biz inanmırıq və inana da bilmərik ki, nazir Ramil Usubov belə bir adamın bu cür qanunsuz addımlarını, qan iyi gələn hərəkətlərini dəstəkləsin və s. Amma Vaqif Şıxəliyevin bu günkü hərəkətlərinə də, polisin adekvat cavab tədbiri görməməsi o ehtimalı ortaya qoyur ki, görəsən, Vaqif Şıxəliyev düz deyirmi??? Bu gün V.Şıxəliyevin adamlarının qanunsuz hərəkətləri barədə DİN-nin 102 xidmətinə dəfələrlə zəng edib məlumat vermişik ki, burada qan düşəcək, tədbir görün, bu adamlar qan tökülməsini istəyirlər... İki saatdan sonra Nəsimi RPİ-nin post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəldilər... 5 dəqiqə sonra isə çıxıb getdilər. Vaqifin adamları açıq şəkildə dedilər ki, polislər sizi yox, bizi müdafiə etməyə gəlmişdilər, onları necə lazımdır "yola salmışıq". Sizdən xahiş edirik, səsimizi cənab nazir Ramil Usubova çatdırasınız: cənab nazir, Vaqif Şıxəliyev bütün qanunsuz hərəkətlərini sizin adınızla bağlayır. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz. Biz Sizin nüfuzunuza ağır şəkildə zərbə vuran bu şaiyənin aradan qaldırılmasına, Vaqif Şıxəliyevə qarşı sərt tədbirlər görülməsinə tapşırıq verməyinizi xahiş edirik... Hazırda Vaqif Şıxəliyevin adamları ərazidədir, tərəflərin qarşıdurması pik həddə çatıb. Bazarın işıqlarını kəsməyə səy göstərirlər. Bunun qarşısı alınmalıdır. Bir daha qeyd edirik ki, V.Şıxəliyev mərhum Prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdi... Lakin Surət Hüseynova qoşularaq başqa işlərlə məşğul olan V.Şıxəliyev Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə isə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Bunun özü bir daha sübut edir ki, Prezidentin etimadını doğrultmayan bir şəxs indi də belə addımlara əl atır, qanunları kobud surətdə, istədiyi kimi pozur. Redaksiyadan: Məsələ ilə bağlı KİV olaraq məlum ciddi qarşıdurma barədə DİN-nin 102 xidmətinə, həmçinin Nəsimi RPİ-nin növbətçi hissəsinə bu dəqiqələrdə məlumat verdik. Həmçinin qan qoxuyan bu məlumat Prezident İlham Əliyevin, DİN-nin, Baş Prokurorluğun elektron poçtuna təcili tədbirlər görülməsi üçün göndərildi. Hər dəqiqə məsələ ilə bağlı əlavə məlumat veriləcək. Bizi izləyin! \\ Tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39 |
|
|
|
• İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29 |
|
|
|
• Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23 |
|
|
|
• "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09 |
|
|
|
• Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00 |
|
|
|
• `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50 |
|
|
|
• Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45 |
|
|
|
• Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42 |
|
|
|
• ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
|