Vətəndaş "Vital Klinika"da başına açılan oyunlardan şikayətçi düşüb... - Nazirlik müdaxilə etməlidir...
Tarix: 7-03-2015, 11:51 | Çap et
Hadisə 2014-cü il noyabr ayının 12-də baş verib. Səhər işə getdiyim zaman yaxın qohumdan gələn zəng məni diksindirdi. Mənə elə gəldi ki, pis xəbər eşidəcəm. Əllərim əsə-əsə telefonu açdım. Xanımın ağlar səsi məni daha da sarsıtdı. Öz düşüncəmdə nəyin baş verdiyini anlamışdım. Xanım ağlaya-ağlaya dedi ki, “Səmayəni təcili xəstəxanaya çatdırmalıyam. Bətnindəki uşaq iki gündür tərpənmir. Qızın da halı özündə deyil. Tez gəl Vital Klinikaya”. İşə getmədim, marşurutu dəyişərək yollandım Vital Klinikaya. Zəng edən xanım ailəmizə yaxın olduğu üçün tələsik xəstənin vəziyyəti haqqında həkimlərlə əlaqə yaradaraq nə baş verdiyini anlamağa çalışdım. Xəstə göz yaşları içərisində olsa da, onunla söhbət edib hadisənin təfsilatını tədricən başa düşməyə başladım. Nəzərinizə bir məsələni çatdırım ki, həmin gəlin uzun illər övlad üzünə həsrət qalıb. Elə bu səbəbdən birinci ailəsindən rəsmi şəkildə ayrılmış, bir neçə il ötdükdən sonra yenidən ailə qurmuşdu. Az keçməmiş Tanrı öz payını əsirgəməmiş və hamilə qalmışdı. Onu da qeyd edim ki, ilk hamiləliyi olduğu üçün inkişaf dövrü çox çətin keçirdi və bu səbəbdən dolayı, Səmayəgilin evi klinikaya yaxın olduğu üçün sözügedən xəstəxanın adlı-sanli həkimərindən olan Afaq Məcidovanı və Zemfira Məcidovanı hamiləliyə nəzarət etmək, həm də doğuş üçün özünə həkim seçmişdi. Səmayə həmin həkimlərlə çox sıx əlaqə saxlayırdı ki, təki Allahın verdiyi körpəsini dünyaya gətirib qucağına ala bilsin. Ona görə də o, həkimlərin bütün dediklərinə əməl edirdi. Bətnindəki döl isə artıq 6 ayı keçmişdi. Döğuşa çox az müddət qalırdı. Səmayə hətta onu qeyd edir ki, həkimlərlə sıx əlaqə saxlamağıma baxmayaraq, özünü yaxşı hiss etmirdi. Hər dəfə yoxlamaya gələndə “səndə heç nə yoxdur” deyərək sanki onu başdan etməyə çalışıblar, bütün yoxlamalar ödənişli olmasına baxmayaraq. Elə vəziyyətin dəyişməsinə təkan verən də həkimlərin laqeydliyi və biganəliyi olub. Səmayə qeyd edir ki, uşaq inkişafdan qalmamışdan öncə ayın 8-də USM aparatından keçərək, bəzi analizləri vermişdi. Yoxlama nəticəsində həkimlərin verdiyi məlumat isə “arxayın ol, səndə heç nə yoxdur və hər şey normaldır” sözləri olub. Qəribə cəhət budur ki, belə naşı həkimlər xəstənin durumuna nəzər yetirəndə məgər dərk edə bilmirlər ki, hamiləlik müddəti xəstənin üz-gözü, ayaqları şişərsə, demək, təhlükədən xəbər verir?! Zemfira Məcidova isə nəzarətinə götürdüyü xəstəsinə deyir ki, “ayaqların şişib, get, doplerə saldır”. Mən başa düşə bilmirəm, görəsən, onun savadı bu qədərdir, yaxud özü bilərəkdən yönləndirir ki, onun doplerdə işləyən qohumu ya nəyidi bilmirəm, birgə mənfəət əldə etsinlər?! Amma xəstəni başa salmaq istəmir ki, sənin böyrəklərin normal işləmir, səndə zülal var. Nə isə, məsələni burada qoyuram, gəlirəm xəstənin düşdüyü duruma. Xəstə artıq həkimin qəbulundadır və həkimin dediklərini maraqla dinləməyə çalışıram. Həkim məsləhət verir ki, “gəl, sənə süni doğuş edək, amma 5 günlük müalicə təyin edirəm”. Bir düşünün, xəstə bu vəziyyətdə olarkən həkimin ona verdiyi məsləhətə baxın! Sizcə, bətndə ölən döl beş gün müddətinə ananı hansı vəziyyətə salar?! Demək, həkim Afaq Məcidova gözümüz görə-görə ananın ölümünə çox münbit şərait yaradır. Çox səs-küydən sonra başa salmağa çalışdıq ki, ödəniş cəhətdən narahat olmayın, təcili keysəriyyə əməliyyatı edin, xəstənin halı get-gedə pisləşir. Nə isə, çox danışıqdan sonra həkim razılaşadı ki, “gedin qeydiyyata düşdüyü poliklinikadan göndəriş gətirin. Amma elə edin ki, növbətçi həkim mənimlə əlaqə yaradıb qeydiyyatı mən deyən kimi aparsın”. Burada bir məsələnin qaranlıq üzü açılır. Niyə məhz qeydiyyat Afaq Məcidovanın istədiyi kimi aparılmalı idi? Deməli, Afaq Məcidova məsələnin nə yerdə olduğunu bildiyindən gələcəkdə özünü sığortalamaq üçün bu addımı atmağa məcbur idi. Bu sualı açıq qoyuram. Nəzərinizə çatdırım ki, bütün hadisələr bundan sonra başlayır. Nəhayət, xəstənin qeydiyyatda olduğu poliklinikadan göndəriş gətirilir və həkimi axtarıb tapırıq. Verilən göndərişi ona təqdim edərkən səs-küy salır ki, bəs xəstə haqqında olan məlumat niyə mən deyən kimi qeyd edilməyib?! Çalışdıq ki, həkimlə dil tapaq, o isə fikrində israrlı idi ki, “əməliyyatı etmirəm! Götürün xəstənizi, hara istəyirsiniz aparın”. İndi sizlər xəstənin keçirdiyi həyəcanı təsəvvür edin. Amma xəstə də kimsəsiz deyildi. Çox böyük qalmaqaldan sonra Səmayənin güvəndiyi həkim Afaq Məcidova və qızı Zemfira Məcidova əməliyyat etməyə razılaşdılar. Dedilər ki, əməliyyat üçün 1050 manat pul ödəməlisiniz. Biz isə heç bir tərəddüd etmədən kassaya ödəniş edib qəbzi aldıq. Deyə bilmərəm əməliyyat pis keçdi. Yox! Hər halda, bu qalmaqaldan sonra, səhv etmirəmsə, Hippokrat andı unudulmadı... Nəhayət, qızımız uzun illər gözlədiyi övlad həsrətindən Məcidovaların əli ilə göz yaşı tökə-tökə azad oldu. Buna da şükür etdik. Bizi isə düşündürən ana bətnində uşağın hansı səbəbdən iki günün içərisində inkişafdan qalmağı idi. Əməliyyat bitdikdən sonra tələb etdik ki, həkim Afaq Məcidova xəstənin vəziyyəti haqqında məlumat versin görək özü nəzarət etdiyi hamiləlik hansı səbəbdən inkişafdan dayanıb və uşaq ana bətnində niyə tələf olub? Həkimin dediklərindən belə məlum oldu ki, qanda zəhərlənmə və böyrəkdə zülalın kəskin qalxması nəticəsində uşaq məhv olub. Bəs həkim xəstəni ayın 8-i yoxlayıb, deyib ki, “get, səndə heç nə yoxdur”. Əgər hər şey normaldırsa, ayın 12-də uşağın ana bətnində hərəkəti hansı səbəbdən dayanıb? Halbuki 2 gün sonra yenidən yoxlamadan keçmişdi. Sizcə, bu fikrə necə aydınlıq gətirmək olar? Yəni həkim bu qədər savadsız idimi ki, düşdüyü vəziyyətdən xəstəni vaxtında çıxara bilmir? Elə bu səbəbdən dolayı, həkimlərin verdiyi rəylərə əsasən dölü tələb edərək, tibbi ekspertizaya həmin gün, yəni noyabr ayının 12-də yoxlamaya verdik. Cavabını isə noyabr ayının 24-də götürməli idik. Maraqlı çəhət budur ki, yəqin ekspertlə Məcidovların işbirliyi nəticəsində verilən nəticə eyni oldu. Baxmayaraq, biz başqa tanınmış həkimlərdən soruşmuşduq ki, doğrudanmı göstərilən səbəblərdən dolayı, uşaq ana bətnində məhv ola bilər? Bizə verilən cavablar ekspertizanın və Məcidovların verdiyi cavablarla qətiyyən üst-üstə düşmürdü. Lakin ekspertizanın gəldiyi rəy son olaraq belə əsaslandırıldı: “Uşaq ana bətnində təzyiq nəticəsində böyrəklərdə zülal artaraq dölü zəhərləmişdir”. Yaxşı, deyək ki, nəticələr eynidirsə, bəs bu göstərici noyabr ayın 8-i günü müayinələrdən keçdiyi zaman niyə üzə çıxarılmırdı ki, xəstənin vəziyyəti pisdir, gəlsin PATOLOGİYA şöbəsində nəzarət altında müalicə olunsun?! Hətta bütün olanları başa vurandan sonra xəstənin ümumi vəziyyəti heç bərpa olunmurdu. Getdikcə ayaqları şişir, az qalırdı ki, böyrəklər tamamilə funksiyasını itirsin. Yəqin düşünən başa düşər ki, doğuşdan sonra təzyiqin düşməməsi hansı patologiyanı verə bilərdi. Vəziyyəti belə görəndə, başqa can həkiminə müraciət edərək, vəziyyətdən hali etdik və yenə də bizi maraqlandıran suala cavab istədik. Yəni uşağın ölmə səbəbini hələ də araşdırmağa çalışırdıq. Həmin həkim qeyd etdi ki, bətndə iki gün müddətinə uşağın ölümünə göstərilən fikirlər yanlışdır. Sizcə, biz səbəbi harda axtaraq ki, illər sonra ANA olmaq arzusu gözündə qalan Səmayə xanıma təskinlik olsun?! Yəqin mənimlə razılaşarsınız ki, Azərbaycanda nə qədər özəl klinkalar var. Heç bu klinikaların fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülübmü? Çox güman ki, nəzarət olunsaydı, klinikaların çoxunun doğuş şöbələrində ANA və UŞAQ ölümləri bir qayda olaraq adi hala çevrilməzdi. Nazirliyin gözü hara baxır ki, bütün savadsız həkimlər özəl klinikalara təhkim olunub?! Az qalır hər gün ana və uşaq ölümləri ilə qarşılaşaq. Bu sahədə rekord vuran Vital Klinikadır. Başımıza gələn hadisədən sonra sözügedən klinika haqqında çox araşdırma apardım və lehinə heç yaxşı xəbərlər eşitmədim. Sən demə, başımıza gələn hadisədən sonra klinikada yenə buna bənzər hadisə baş verib. Ananın bətnindəki 8 aylıq körpə savadsız həkimlərin laqeydliyi ucbatından tələf olub. Bəs Səhiyyə Nazirliyi niyə bu və bunun kimi hallara şərait yaradır? Belə getsə, həkimlərin savadsızlığından genofondumuz getdikcə tükənəcək. Çünki yeni qurulan ailələr bu istəkdən imtina edirlər. Özəl klinikalarda qiymətlər kəllə-çarxa qalxdığı bir vaxtda dövlət xəstəxanaları da heç özəllərdən geri qalmır. Maraqlıdır ki, indi ailə quran cütlüklər tez bir zamanda valideyn olmaq istəmir. Təcili tədbirlər görülməsə, özümüz yaratdığımız bataqlıqda məhv olub gedəcəyik... Məleykə ABİD
Redaksiyadan: Dünən məsələyə aydınlıq gətirmək üçün Vital Klinikanın baş həkimi Mehriban Rzayeva ilə əlaqə saxladıq. Məsələyə münasibət bildirən baş həkim şikayəti araşdırıb, açıqlama verəcəyini bildirdi. \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53 |
|
|
|
|