“Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" .....                     “Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” .....                     Qadının bu halda işləməsi qadağandır... .....                     “Atama görə gecə ilə evimizi satdım” .....                     "JEK"lərin xidmət haqqı toplaması qanunidir? .....                     Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ .....                     Ermənistanın OYUNBAZ KATALİKOSU... .....                     Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? .....                     “Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb .....                     Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı .....                     OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu .....                     Naxçıvanda dərdini kimə deyəsən... .....                     Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? .....                     Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir .....                     Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi .....                     Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST .....                     Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat .....                     İşəgötürən BUNA MƏCBURDUR... .....                     Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR .....                     Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır .....                     Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                     ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                     Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                     Zaur Mikayılov 8 milyonu hara xərclədi? .....                     Kiyev üçün yeni hədəflər .....                 

Prezidentin Ehtiyat Fondunun vəsaitləri necə “yeyilir"? - Təhlükəli nöqtənin yaratığı uçuruma doğru...
Tarix: 17-02-2015, 09:10 | Çap et
Prezidentin Ehtiyat Fondunun vəsaitləri necə “yeyilir"?
...Prezident İlham Əliyevin Azərbaycan ədəbi və qramatik dil xüsusiyyətlərinə olduqca dəyər verən və hörmət gətirən bir ifadəsi var, heç vaxt yadımdan çıxmır: “Azərbaycanın səbri tükənməz deyil!”.
Keçək mətləbə: bəli, Prezident bunu Qarabağ probleminə həsr olunmuş bütün rəsmi çıxışlarında, özü də Beynəlxalq tədbirlərdə... dəfələrlə söyləyib. Və onu da xatırlayıram ki, ölkə başçısı eyni məzmun və mahiyyətli qənaətini həm də neftlə bağlı söyləyib. Özü də dəfələrlə... Bu o vaxtlar idi ki, Bakıda artıq çoxsaylı sosial və sənaye təyinatlı layihələrinə start verilmişdi.
Prezident səxavət kisəsinin ağzını Bakının və regionların inkişafı yolunda açıq saxlamışdı. Amma dövlət başçısı hardan biləydi ki, onun etibar etdiyi bəzi məmurlar bu səxavət kisəsinə ağzıaçıq, tamahlı və iştahlı baxacaqlar... Və Prezident iki dəfə ardıcıl olaraq müxtəlif dövrlər üçün “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nı qəbul etdi. Sonra özünün, yəni Prezidentin Ehtiyat Fondundan bu Proqramın icrası üçün milyardlar ayırdı... Təkrar deməyə və məbləğləri xırdalamağa qətiyyən zərurət görmürəm. Amma onu deməyi özümə borc bilirəm ki, bəzi məmurlar elə bilirdi ki, artıq neft tükənən deyil. Onlar həmin vaxtlar Prezidentin “Tükənməz” ifadəsinin mənasını yəqinki bilmirdilər və zənnimcə, bəziləri hələ də bilmir... Və ona görə də həmin pullara “Neft tükənən deyil!” kimi baxırdılar...
İndi isə həmin məmurlar prezidentin qələmindən çıxacaq sərəncamlarına ağzıaçıq və həyəcan içində baxırlar: “Bu gün kimi ixtisara salacaqlar, kimi bağlayacaqlar?” və sair.

Prezidentin Ehtiyat Fondundan İcra Hakimiyyətlərinə ayrılan milyonlar...

Yenə də rəqəmləri sadalayıb vaxt almaq istəmirəm, amma təxmini bilirsiniz ki, Prezidentin Ehtiyat fondundan il ərzində rayonların sosial-iqtisadi inkişafı üçün İcra Hakimiyyətlərinə ayırdığı pul vəsaitləri yüz milyonları ötürdü... Və bu vəsait ilbəil artırdı. İcra başçıları isə Prezidentin Ehtiyat Fondundan ayrılan neft pullarını bərbəzəyə, gül-çiçəyə... sərf etməklə əməllicə kef çəkirdilər. Çünki belə puldan kim qaçar, əziyyət çəkmədən, rayon büdcəsini zora salmadan vəsait gəlməkdədir...

İcra başçıları niyə bizim qaçqın və məcburi köçkünlər kimi ələbaxım, “hazıra nazir” öyrədilib?

Bəs rayonların özünün büdcəsinə yığılan vəsaitlər hanı? Allaha min şükür ki, indi demək olar hər bir rayonda gəlir gətirən sənaye və digər sahələr üzrə müəssisələr fəaliyyət göstərir, sahibkarlıq inkişaf edir... Bu obyektlər də neft pullarının sayəsində tikilib, rayonlara-başçılara ərməğan edilib... Bəs onların büdcəyə ödəmələri, həmçinin digər mənbələrdən ayrılan gəlirlər hara qeyb olurdu ki, hələ bir Prezidentin Ehtiyat Fondundan da az qala hər ay bir neçə rayona yardım verilirdi? İcra başçıları niyə bizim qaçqın və məcburi köçkünlər kimi ələbaxım öyrədilib???
Yeri gəlmişkən, kiçik bir araşdırma apardısm... Hamımız üçün maraqlı faktlar və qəribə mənzərə üzə çıxdı. Məsələn, elə rayonlar var ki, 2013, həmçinin 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan hər il yardım alıb, bəziləri isə hətta ildə iki-üç dəfə bu yardımdan bəhrələnib. Xeyir ola? Yardım, özü də birdəfəlik yardım ondan ötrüdür ki, həmin rayonun sosial-iqtisadi inkişafı yolunda ən zəruri işlər başa çatdırılsın. Yaxşı, 2013-cü ildə yardım aldılar və kəm-kəsirlərini düzəltdilər. Bəs növbəti ildə nəyə görə yardım alırlar? Məgər rayonlarımız dotasiya ilə işləyir?
Mən hələ Dövlət büdcəsindən ardıcıl olaraq illər üzrə “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na müvafiq olaraq hər bir rayonun, hətta qaz, su və kanalizasiya, elektrik, yol infrastruktru... yolunda rayonlarda milyardlar xərclənib neçə illərdir. Bəs bu görülən işlər də bəs deyil? Nə olub, bostan urasıdır??? Yoxsa, Dövlət Büdcəsinin dili-ağzı yoxdur deyə, onunla belə acgözlüklə daavranmaq lazımdır?

Bakı meriyasının pulsildi vərdişi...

Neftin qiymətinin dünya bazarında məlum regional münaqişələr fonunda süni olaraq aşağı düşməsindən Azərbaycanın zərər görməsini indi hamı görür... Amma iqtisadçı mütəxəssislərimiz və ölkə iqtisadiyyatının taleyinə və büdcə pullarımıza cavabdehlər bunu çoxdan görməli idilər. Hətta görmək çox azdır, bunun qarşısını almalı idilər ki, məsələn, iş o yerə çatmışdı ki, büdcədən ayrılan pulu silmək üçün Bakı meriyası binaların fasadını belə silib-”şlifovka”layırdı... Abutalıbova bu da kar eləmədi, keçdi “Stalinka”ları söküb yerində qəttəzə göydələnlər tikdirməyə... Yadınıza bir neçəsini salıram: “Elmlər Akademiyası” metro-stansiyasının qarşısında əvvəlcə alimlərin yaşadığı bir binanı “qəzalı” kimi sənədləşdirib sökdülər, sonra 6-7 beşmərtəbəni yerlə yeksan etdilər, indi yerində, sağlıqlarına qismət, böyük bir elitar-çox bahalı kompleks tikilib.

Bakıda kimin gözü haranı tuturdusa, dərhal neft pullarına dirsəklənib oranı sökdürüb
göydələn ucaltmaqla məşğul idi...

Bundan başqa, Heydər Əliyev prospektində, indiki H.Əliyev Mərkəzinə paralel 5-6 “Stalinka”nı, Azərbaycan Müəllimlər İnstitutunun qarşısında (“Gənclik”də) 6-7 “Stalinka”nı yerlə yeksan edib bir tərəfində yeni qəttəzə binalar, bir hissəsində isə yayda kölgəsində dayanmaq üçün bir ağacı, çətiri belə olmayan park salınıb.
Bu hələ harasıdır, “Papanin”də sökülən yüzlərə “samastroyka”lar, Sovetskidəki minlərlə evlər... Haranı deyək? Bakıda kimin gözü haranı tuturdusa, dərhal neft pullarına dirsəklənib oranı sökdürüb göydələn ucaltmaqla məşğul idi...
Yaxşı məşğuliyyətdir... İndi o halal pullara təsərrüfatsızcasına əl bulaşdıranların komitəsi, institutu, obyekti... bağlanır. Məgər Sovetskini indi bəzi binaların fasadını süni plitələrlə bəzəkləyib abıra mindirdikləri kimi, ayrıca bir şəhərciyə çevirmək olmazdımı? İçəri şəhər kimi, buranı da Bakının Sovet dönəmini xatırladan bir tarixi yaddaş-canlı muzey kimi bərpa edib saxlamaq olardı və minlərlə evin dağıdılıb ərazini indiki xarabalığa çevirməyinə də zərurət olmazdı, milyardlar isə bu dağıntıların altında qalmazdı.
Bəli, düz başa düşdünüz, neftimizin milyardlarla manat pulu indi həmin dağıntıların altında qalıb, ölüb gedib.
Ölkə başçısı ötən ay Zığ gölünün qurudulması və ətrafının bərpası üçün hansısa şirkətə 20 milyon manat ayırdı... Bu il üçün isə ölkəmizdə əkin sahələrinin suvarılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon (on doqquz milyon beş yüz min) manat, Naxçıvan Muxtar Respublikasına isə eyni təyinatla 2,0 (iki) milyon manat ayrıldı.
Anlamaq olmur, yaxşı, suvarma suyu üçün neçə illər əvvəl həmin ASC-yə ardıcıl olaraq eyni təyinat üçün milyonlar ayrılıb. Bəs bu işlər düzəlməyib ki?! Hansı rayonda subartezian quyularının təmiri pulsuz aparılır? Nasosun birini 800-1000 manata satır aidiyyəti rayon idarələrinin rəisləri... Bunu da Prezident yerində yoxlatmalıdır???

Prezidentin Ehtiyat
Fondunun vəsaitləri də tükənməz deyil!

Faktlar təsdiq edir ki, məmurlarımız hələ də bilmirlər ki, Prezidentin Ehtiyat Fondunun vəsaitləri də tükənməz deyil! Diqqətə çatdırım ki, məsələn, 2013-cü ildə Prezidentin Ehtiyat Fondu dövlət büdcəsinin gəlirlərinin 2 faizi həcmində, yaxud 367 milyon manat olub. Həmin rəqəm 2014-cü ildə 1,9 faizi, yaxud 343 mln. manat təşkil edib. Digər illər üzrə cərgələsək, məsələn, 2006-cı ildə isə Prezidentin Ehtiyat Fondundan 75 milyon manat, 2007-də 114 milyon, 2008-də 154 milyon, 2009-da 178,8 milyon manat və s. xərclənib. Bunlar rəsmi rəqəmlərdir. Prezident ölkənin çiçəklənməsi yolunda səxavət göstərir, büdcədən formalaşan Fondun vəsaitlərindən bu inkişafa yardım edir. Amma rayonlar düzəlmir ki, düzəlmir. Yeri gəlmişkən, Prezident son bir ildə Hacıqabulun sosial-iqtisadi inkişafı üçün neçə milyon pul ayırıb. Bu günlərdə rayon mərkəzində bir yas mərasimində iştirak edirdim. Palçıq və gölməçələrin əlindən meyidi qəbirstanlığa apara bilmirdilər. Özü də rayonun düz mərkəzində. Buna nə ad vermək olar?

Büdcəni əmən icra hakimiyyətləri...

Prezident.az saytından götürdüyüm bu rəqəmlər isə daha diqqəti çəkəndir. Fondun pullarını yeyənlər arasında rayonlar sanki bir-biri ilə bəhsə girib. Məsələn, ötən il Fondun vəsaitlərindən üst-üstə 69 halda şəhər və rayonlara nə az, nə çox-205,6 milyon manat pul verilib.Budur, bu da həmin İcra Hakimiyyətləri: Yardımlı 2 milyon (7 yanvar), Mingəçevir 2 (8 yanvar), Daşkəsən 2 (10 yanvar), Şirvan 2 (11 yanvar), Şamaxı 6 (18 yanvar), Quba 5 (1 fevral), Qazax 6,9 (18 fevral), Zaqatala 5,5 (19 fevral), Yardımlı 5 (21 fevral), Qax 3 (22 fevral), Qəbələ 4,9 (1 mart), Naxçıvan MR-in Babək rayonu 6,3 (5 mart), Xaçmaz 3,7 (27 mart), Xəzər 2 (29 mart), Bakı Şəhər İcra Hakimiyyəti 5 (3 aprel), Gəncə 1 (3 aprel), Sumqayıt 1 (3 aprel), Abşeron 2 (5 aprel), Xudat 500 min (9 aprel), Sabirabad 1 (12 aprel), Hacıqabul 2 (17 aprel), Mingəçevir 7 (18 aprel), Binəqədi 2 (22 aprel), Quba 3 (31 may), Gəncə 4 (5 iyun), Qaradağ 2 (13 iyun), Samux 1 (14 iyun), Sabunçu 2 (18 iyun), Goranboy 1 (19 iyun), Suraxanı 2 (20 iyun), Horadiz şəhəri 6 (27 iyun), Şirvan 2 (1 iyul), Tovuz 2 (6 iyul), Qazax 2 (8 iyul), Ağstafa 2 (9 iyul), Oğuz 1 (10 iyul), Yevlax 3 (11 iyul), Sabirabad 6 (12 iyul), Astara 3,3 (15 iyul), Saatlı 3,5 (16 iyul), Göyçay 2,2 (17 iyul), Siyəzən 2 (20 iyul), Xaçmaz 2 (23 iyul), Şabran 2 (25 iyul), Ağdaş 4 (26 iyul), Lənkəran 2,5 (29 iyul), Goranboy 3 (30 iyul), Tərtər 3,2 (31 iyul), Abşeron 3 (1 avqust), Gəncə 2,6 (2 avqust), Cəlilabad 2 (5 avqust), Kürdəmir 2 (8 avqust), Biləsuvar 2 (10 avqust), Beyləqan 2 (12 avqust), İsmayıllı 2 (15 avqust), Qəbələ 2 (17 avqust), Oğuz 2 (19 avqust), Şəki 4,5 (20 avqust), Qax 2 (21 avqust), Balakən 4 (22 avqust), Zaqatala 2 (23 avqust), Ağdaş 2 (24 avqust), Sabirabad 2 (30 avqust), Saatlı 2 (31 avqust), Ağcabədi 7 (2 sentyabr), Salyan 3 (6 sentyabr), Biləsuvar 5 (7 sentyabr), Cəlilabad 4 (9 sentyabr), Yardımlı 4 (10 sentyabr) milyon manat ayrılıb (Diqqət edilsə, təkcə Yardımlıya ildə 3 dəfə, cəmi 11 milyon manat pul ayrılıb).
Sonra da İcra başçıları sinələrinə döyüb AzTV-də müsahibə verirlər ki, rayonda filan abadlıq işi görmüşük!
Prezidentin ayırdığı pul vəsaiti ilə öyünməyə nə var, oğul odur rayonun büdcəsindən bu işi görsün. Yadımdan çıxmamış, təkrar soruşuram: bəs bu rayonların qazancı hanı??? Rayonları elə bil büdcəmizin dotasiyasına təhkim etmişik ki, sağmal inək kimi nə qədər istəyirsiniz əmin!!!

“Eşşəyə minmək bir ayıb,
düşmək isə iki ayıb”

İndi isə başlamışıq kəmərləri bərkitməyə. “Eşşəyə minmək bir ayıb, düşmək isə iki ayıb” atalar məsələni niyə unutmuşuq? Erməni mətbuatına yaxşıca mövzu vermişik.
Dünən bir şirkətin məsul işçisi mənə zəng edib deyir ki, bəlkə sən biləsən, ağlın nə kəsir, bizim şirkəti də ləğv edə bilərlər?
Artıq indi vaxtilə büdcə vəsaitlərinə divan tutan bəzi məmurlar axşam AzTV-dən təzə ləğv sərəncamını hansısa bir faciə-zəlzələ kimi gözləyirlər. Halbuki vaxtında bu barədə düşünmək və Allahın bəxşiş-hədiyyə kimi bizə verdiyi neftdən gələn pulların qədrini bilməli idik. Bilmədik. Ona görə də məmurlarımız da Prezidentin Ehtiyat Fondundan bəxşiş-hədiyyə kimi ayrılan milyonların qədrini bilmədilər. Amma hələ də gec deyil...
Asif Mərzili
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 10:56
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" ev dustaqlığına buraxılmayıb
Bu gün, 10:52
“Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” -Fədayə Laçın
Bu gün, 10:49
Qadının bu halda işləməsi qadağandır... - Ekspert danışır...
Bu gün, 10:43
“Atama görə gecə ilə evimizi satdım” – Yaşar Nurinin qızından ETİRAF
Bu gün, 10:37
"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün, 10:31
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 10:21
Ermənistanın OYUNBAZ KATALİKOSU... - KİV
Bu gün, 10:18
Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
Bu gün, 10:14
“Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb
Bu gün, 10:08
Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...
Bu gün, 10:00
OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu
Bu gün, 09:55
Naxçıvanda dərdini kimə deyəsən... - BİLMİRSƏN...
Bu gün, 09:47
Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? - “Hraparak”
Bu gün, 09:34
Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir - Paşinyan
Bu gün, 09:29
Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi - Paylaşımını sildi
Bu gün, 09:27
Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST - SƏBƏB
Bu gün, 09:21
Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat - VERGİ BORCU VAR
Bu gün, 09:17
İşəgötürən BUNA MƏCBURDUR... - Ekspert danışır...
Bu gün, 09:14
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR - FAKT BUDUR!
Bu gün, 09:10
Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır - MƏHKƏMƏ
Bu gün, 08:59
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
"Artıq nələrim var, unutmuşam"
Dünən, 17:48
Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru