"Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb". diaaz.space xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
C.Həsənli daha sonra bildirib: "Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb.
Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil".
diaaz.space qeyd edir ki, deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb.