DİA.AZ: - "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında "Azpetrol" yanacaq doldurma məntəqələrindən (YDM) giley edən Toğrul Əli adlı istifadəçi qəribə bir faktla üz-üzə qaldığını iddia edir.
DİA.AZ olaraq narazı vətəndaşın gileyini təqdim edirik: "Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı "Azpetrol" YDM-də mənim maşınımın (prius) çəlləyinin 45 litr tutmağına və içində də 2-3 litr benzin qalmağına baxmayaraq 48 litr benzin vurdular. Belə çıxır ki, müştərini 10% aldadırlar..."
Qeyd edək ki, anoloji halla başqa bir müştəri də üzləşdiyini bildirir.
Saleh Əlizadə adlı istifadəçi də bildirir ki, onun da maşnının benzin çəlləyinin 45 litr tutumunda olmasına baxmayaraq 50 litr benzin vurublar...
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...