Yağışlı hava davam edəcək... .....                     Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi .....                     “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” .....                     “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi .....                     Çarəsizlikdən doğan ironiya .....                     Qobuda SİRLİ TORPAQ... .....                     “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” .....                     Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? .....                     "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” .....                     “Bu maaşa onu almaq olur ki?” .....                     “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” .....                     Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                 

"Bütün ümidlərimi ünvanlı sosial yardıma bağlamışdım..." - Prokurorluğa müraciət olundu
Tarix: 28-07-2022, 08:31 | Çap et
"Bütün ümidlərimi ünvanlı sosial yardıma bağlamışdım..."
“Ünvanlı sosial yardım təyin olunandan sonra zəng vurub dedilər, iki ayın pulunu gətir bu başdan ver, biz də rəhbərliyə çatdırmalıyıq. Dedim, yarımçıq sənəd göndərmisiz, 50 manat almısınız, sonradan əlavə tələb olunan sənədləri özüm göndərmişəm. Mən hələ sosial yardım köçməsi üçün kartı avqustun 11-dən sonra alacam, üstəlik də, bu yardımı dövlət təyin edir, iki aylığını sizə niyə bağışlamalıyam? İki gün sonra nə etdilərsə, ünvanlı sosial yardım ləğv olundu”.

Bunu Meydan TV-yə Şəmkir sakini Qorxmaz Məmmədov deyir. Onun sözlərinə görə, bir müddət əvvəl ünvanlı sosial yardım təyin olunması üçün rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib. Mərkəzdən ona ünvanlı sosial yardıma görə müraciət üçün tələb olunan sənədlərin siyahısı verilib. Qorxmaz Məmmədov da sənədləri toplayaraq yenidən mərkəzə üz tutub. Deyir, bu dəfə mərkəzin işçiləri onu yaxınlıqdakı bir ofisə yönləndiriblər. Ofisdə əyləşən Sədrəddin Abbasovla Vüsal Abbasov (ata-oğul) sənədləri elektron qaydada nazirliyə göndəriblər. Xidmət haqqı olaraq ondan 50 manat alıblar. Qorxmaz Məmmədov 14 iş günü gözləyəndən sonra nəticəni öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə zəng edib. Ona bildirilib ki, sənədləri yoxlanılır:

“Daha bir neçə gün keçdi, Bakıdan – nazirlikdən gəldilər. Evə baxdılar, yaşayışımla maraqlandılar, digər əmlaklarımın, torpaq sahəmin olub-olmamasıyla bağlı əlavə sənədləri toplayıb göndərməyi tapşırıb getdilər. Mən də tələb olunan arayışları alıb Bakıya göndərdim. Daha bir neçə gün keçdikdən sonra telefonuma mesaj gəldi ki, mənə 1 il müddətinə, aylıq 492 manat olmaqla ünvanlı sosial yardım təyin edilib”.

Ancaq Qorxmaz Məmmədovum sevinci uzun sürməyib. Deməsinə görə, bu xəbəri alandan 3 gün sonra Abbasovlar ona zəng vuraraq əvvəlcə gözaydınlığı veriblər, sonrasa tələb ediblər ki, təyin olunmuş ünvanlı sosial yardımın iki aylıq ödənişini bu başdan onlara çatdırsın:

“Dedilər, bilirsən ki, bu yardım elə-belə təyin olunmur. İki aylığını şirinlik kimi verməlisən ki, aparaq, rəhbərliyə çatdıraq. Daha o rəhbərlik kimdir, onu bilmədim. Dedim, mən hələ o yardımı avqustdan alacam, kart mənə avqustun 11-dən sonra veriləcək. Üstəlik də, dövlətin təyin etdiyi yardımın yarısını sizə niyə verməliyəm? Sənəd göndərmisiniz, buna görə də 50 manat xidmət haqqı almısınız. Dedi, bizə çatmır, rəhbərliyə çatır. Konkret dedim ki, vermirəm. Dedilər, vermirsənsə, yardım da görməyəcəksən”.

Qorxmaz Məmmədovun sözlərinə görə, bir neçə gün sonra yaşadığı ünvana yenə iki nəfər gəlib:

“Dedilər, Bakıdan gəlmişik, ev şəraitinlə tanış olmalıyıq, akt yazmalıyıq. Dedim, ötən ay gəldilər, getdilər, yardım da təyin olundu. Onlardan biri harasa zəng vurdu, dedi, əgər bu ünvan yoxlanılıbsa, bizi bura təkrar niyə yollayıblar? Bu adam nə dedilər, nə demədilərsə, danışığını bitirəndən sonra mənə dedi ki, ağsaqqal, sənin yardımın ləğv olunub. Dedim, necə yəni ləğv olunub? Dedi, bəli, sən sonradan ərizəylə nazirliyə təkrar müraciət etmisən ki, gəlirlərim artıb, ünvanlı sosial yardıma ehtiyacım yoxdur, nazirlik də ərizənə əsasən yardımı ləğv edib”.

Qorxmaz Məmmədovun sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə zəng vurub. Oradan da eyni sözü eşidib:

“Məndən soruşdular ki, sənədləri hardan, necə göndərmisən? Dedim, rayonda bir ofisdən elektron qaydada göndəriblər. Dedilər, günah özündədir, gərək o işi özün görəydin. Belə anladım ki, sənədlərimi elektron qaydada göndərən şəxs sonradan mənim adımdan ərizə göndərib, ləğv etdirib”.

Meydan TV müxbiri ünvanlı sosial yardım üçün Qorxmaz Məmmədovun sənədlərini elektron qaydada nazirliyə göndərmiş Vüsal Abbasovla danışıb. Vüsal Abbasov bildirib ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyətiylə məşğul olur. Bu fəaliyyətisə müraciət edən vətəndaşların müxtəlif qurumlara elektron sənədlərin göndərməsindən ibarətdir:

“O adamdan 20 manat xidməthaqqı almışıq. Dedikləri də şər-böhtandır. Əgər onun ünvanlı sosial yardımı ləğv edilibsə, buna görə bizim nə günahımız var? Getsin, aidiyyəti üzrə qurumla aydınlaşdırsın. Ondan xidməthaqqıdan başqa pul istəməmişik”.

Qorxmaz Məmmədov başına gələnlərlə bağlı rayon prokurorluğuna şikayət ərizəsiylə müraciət edib:

“İlyarım idi ki, ünvanlı sosial yardımın təyin olunması üçün çabalayırdım. Özüm ağciyər xəstəliyindən, azyaşlı balam ağır skarliozdan əziyyət çəkir, belində mil daşıyır, indi də boynunda sürətlə əyilmə gedir. Onu Bakıya aparıb təkrar əməliyyat etdirməliyəm. Bütün ümidlərimi ünvanlı sosial yardıma bağlamışdım. Bu da mənə vurduqları zərbə… Mən bu işi belə qoymayacağam, bu, görünməyən özbaşınalıqdır”, – o, Meydan TV-yə deyib.

Meydan TV müxbiri Şəmkir rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəziylə də danışmağa cəhd edib, ancaq qurumdan heç bir cavab ala bilməyib.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
“Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19
Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16
"Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14
“Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12
“Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru