Vüsal Kərimliyə SÖZ KAR EDİR Kİ?.. - Daha bir ETİRAZ
Tarix: 20-07-2022, 08:27 |
Çap et
DİA.AZ: - "Şikayətim 77 saylı marşrut avtobusundandır." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında bir vətəndaş giley edir. Narazı vətəndaş yazır:
""Bakı Nəqliyyat Agentliyi"nin səhifəsinə, messencerinə, elektron ünvanına yazmaqdan yorulduq artıq, 3 ildir eyni cavab verilir: Məsələyə baxılır...
Bəs nə vaxt bitəcək bu "baxmaqlar"? Nəyə görə, 3 ildir quraşdırılmış aparatlar hələ də selofanlanmış vəziyyətdədir? Nəyə görə oturacaqlar laxlayir və hər an arxada əyləşən sərnişinin qucağına aşmaq qorxusu ilə oturmalıyıq? Nəyə görə eniş etdikdə, sürücü hər əyləcə basdıqda, əcaib səslərdən qulaqlarımızı tutmalıyıq?..
Daha mən qəsəbənin (Yeni Yasamal) böyüməsi ilə bağlı, əlavə marşrut xəttləri, kondisioner, wi fi və sair komfortlar haqda düşünməyi belə bir kənara qoyuram.
Axı, xidmət haqqını 30 qəpiyə qaldıranda televizor ekranlarından bunun vətəndaşa daha keyfiyyətli xidmət haqqı göstərmək üçün etdiyinizi deyirdiniz, nə oldu bəs?"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...