Elşad Həsənov 1-ci qrup əlilə qarşı... - TƏFƏRRÜAT
Tarix: 22-04-2022, 08:35 | Çap et
 Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən evi basqına məruz qalan, qapısı dağıdılan 1-ci qrup əlil Zaur Seyidzadə icra hakimiyyətini məhkəməyə verib. Srağagün məhkəmə prosesi keçirilsə də, icra hakimiyyətindən heç bir nümayəndə prosesdə iştirak etməyib. Məhkəmə müvəqqəti hərəkətlərdən müdafiə tədbiri barədə qərardad qəbul edib. Həmin qərardada əsasən, Zaur Seyidzadənin iddiasına baxılanadək ev qapı ilə təmin oluna bilər. İcra Hakimiyyətinin məhkəmədən yayınması, iştirak etməməsi, onların hər yerə lom-kürəklə girə bilməyəcəyinin göstəricisidir. Məhkəmə prosesində iştirak edən Zaur Seyidzadə Bizimyol.info-ya fikirlərini deyib: “Mən məzildə yenidənqurma işlərinin aparılması ilə bağlı məhkəməyə iddia vermişəm. Beləliklə, İcra hakimiyyətinin üzərinə öhdəlik düşür ki, məhkəmə qərarı əsasında evimin qapısının açılmasına sərəncam verilsin. Bu məsələyə baxılanadək mən qapı qoya bilər, o qapıdan sərbəst şəkildə istifadə edə bilərəm. İcra hakimiyyəti və digər orqanlar bundan sonra mənə, evimə müdaxilə edə bilməzlər. Qərardad dünən qəbul olunsa da, növbəti həftə bu barədə mənə rəsmi sənəd təhvil veriləcək. Qərar artıq qüvvəyə minib, sadəcə, texniki məsələlərdən dolayı sənəd həmin gün təqdim edilməyib. İcra hakimiyyəti nümayəndələrindən kiminsə məhkəmə prosesində iştirak etməməsi, onların bir daha qanunsuz əməl törətdiklərini və əməllərinin arxasında dura bilmədiklərini göstərir. Mənə göndərdikləri məktubda “qanunsuz” sözünü az qala gözümüzə soxurdular. Amma orda heç bir maddə qeyd etməmişdilər. Çünki bu adamların qanundan, maddədən anlayışı yoxdur. Onlar məhkəmə nədir, qanun necə olur, harda yazılır, maddə nəyə deyilir, bilmirlər. Bu cinayətkar dəstənin işi ancaq onun-bunun evinə lom-kürəklə soxulub dağıtmaqdan ibarətdir. Ancaq məhkəmə zalı lom-kürəklə giriləcək yer olmadığından, ora gələ bilmədilər. Növbəti məhkəmə prosesi may ayının 24-dür. Bir hüquqşünas kimi deyə bilərəm ki, qanun yüz faiz mənim tərəfimdədir. Əgər mənim tərəfimdə olmasaydı, dünənki qərardad da qəbul olunmazdı".
Zaur Seyidzadə daha sonra qeyd edib ki, evinə qapı qoyması ilə bağlı qanunda heç bir qadağa yoxdur: "Məhkəmənin etiraz səlahiyyəti də var idi, amma etiraz etmədi və qapı qoyulması ilə bağlı qərar verdi. Hətta icra hakimiyyətinin nümayəndəsi gəlib o qərara etiraz da edə bilərdi. Ancaq başa düşürlər ki, bu, əsassızdır, ona görə də heç iştirak etmədilər. Özlərini pis vəziyyətdə qoymaq istəmirlər. Onsuz da kifayət qədər özlərini biabr ediblər. Onu da qeyd etmək istəyirəm ki, mənim evimə qapı qoymağımla bağlı birbaşa qadağa yoxdur. Sadəcə, belə deyək, guya ki, mən icra hakimiyyətinə yazılı müraciət etməli idim, hansı ki, bu da bir bəhanə idi. Mənzil Məcəlləsinin 20-ci maddəsində qeyd olunur - icra hakimiyyətinin funkiyasına aiddir ki, vətəndaş üçün ağlabatan şəraiti yaratsın. Mən onların siyahısında, ərazisində olan adamam. Özləri gəlib, soruşmalı idi ki, mənim nəyə ehtiyacım var, nə köməklik edə bilərlər? Amma mən bütün bunları öz gücümə edirəm. Onlar mənə maneolurlarsa, bu da bir qanunsuzluqdur”,- deyə, Zaur Seyidzadə məhkəmə prosesindən sonra redaksiyamıza bildirib.
Qeyd edək ki, Zaur Seyidzadənin evinə heç bir məhkəmə icazəsi olmadan daxil olub, Onun ailə üzvlərini incidən, evinin qapısını “qanunsuz” adı ilə söküb-dağıdan Yasamal rayonu İcra Hakimiyyəti məhkəmədə iştirak etməyib.
Xatırladaq ki, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Elşad Həsənovdur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30 |
|
|
|
• Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28 |
|
|
|
• Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16 |
|
|
|
• Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15 |
|
|
|
• Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08 |
|
|
|
• Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03 |
|
|
|
• “Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50 |
|
|
|
• SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45 |
|
|
|
• Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42 |
|
|
|
• Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37 |
|
|
|
• "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34 |
|
|
|
• Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14 |
|
|
|
• AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05 |
|
|
|
• Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02 |
|
|
|
• Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56 |
|
|
|
• Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53 |
|
|
|
• Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44 |
|
|
|
• Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42 |
|
|
|
• Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37 |
|
|
|
• “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23 |
|
|
|
• Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19 |
|
|
|
• İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
• Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12 |
|
|
|
• Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07 |
|
|
|
• "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05 |
|
|
|
• Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03 |
|
|
|
• Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59 |
|
|
|
• Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51 |
|
|
|
• BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42 |
|
|
|
• Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40 |
|
|
|
• Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38 |
|
|
|
• Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36 |
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
|