Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... .....                     Bəylər Əyyubov yenidən Prezidentin yanında .....                     Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib .....                     Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? .....                     Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib .....                     Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib .....                     Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb .....                     Getdikcə azalan SƏNƏT SEVGİSİ .....                     “Hələ jurnalistikanın gələcəyi var” .....                     Mülayim şərq küləyi əsəcək .....                     Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı .....                     Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır .....                     İş adı ilə apardılar, müharibəyə göndərdilər .....                     Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır .....                     “Məxsusi ana rolu yazılsa fikirləşərəm” .....                     "Təzə alınan soyuducu nə tez xarab oldu?" .....                     Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: .....                     Bakı və İrəvan axır ki, bezdi və Kremlə qarşı birləşdi .....                     İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır .....                     Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? .....                     Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib .....                     Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil .....                     ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar .....                     “Araz-Naxçıvan” yoldaşlıq görüşündə Türkiyə klubuna böyük hesabla qalib gəldi .....                     Paşinyan hakimiyyəti asanlıqla buraxmayacaq .....                     27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi .....                     Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu .....                     Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb .....                     Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktorunun əmlakı .....                     Amerikasayağı demokratiya: .....                     İrəvanda “Daşnaksütyun”a qarşı əməliyyat aparıldı .....                     Rüfət Manafov “AFB Bank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib .....                     "Aeroflot" Tehrana bütün reyslərini ləğv edib .....                     Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR .....                     “Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir” .....                     “Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI... .....                     Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi .....                     “Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” .....                     Mənzil bazarında manipulyasiya .....                     İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır .....                 

BU NƏDİ BELƏ: "Azərkitab"ı bağlayıb yerində restoran açırlar... - NARAZILIQ VAR!
Tarix: 14-04-2022, 11:27 | Çap et
BU NƏDİ BELƏ: "Azərkitab"ı bağlayıb yerində restoran açırlar...
“Yeni Müsavat”ın əməkdaşları olaraq “Azərkitab”ın binasına yollanıb, mövcud vəziyyəti öyrənməyə çalışdıq. Əraziyə çatar-çatmaz bir neçə şəxsin binanın qapısını açmaq istədiklərini gördük. “Bu qapı niyə bağlıdır, avadanlıqlarımızı götürmək istəyirik axı, kimsə yoxdurmu?”, - deyə bir nəfər səsləndi. Qapının bağlı olduğunu, cavab verilmədiyini görüncə isə həmin şəxs ərazidən uzaqlaşdı. Binanın qapılarının bağlı olmasından əlavə, üzərində “Azərkitab” yazılan loqosu da götürülmüşdü. Ətrafa nəzər yetirdiyimiz anda iki qadın yaxınlaşaraq mərkəzin nədən bağlı olduğunu bizdən soruşdu. “Neçə gündür ki, gəlirik bura, amma bağlıdır. Bu mərkəzi biz çox bəyənirdik, övladlarımı tez-tez bura gətirirdim, müxtəlif kitablar alırdıq. Nəyə görə bağlayıblar, çox təəssüf edirəm ki, insanları mütaliəyə çağıran bu cür zəka ocağı bağlanıb. Kaş ki, yenidən əvvəlki yerində bərpa olunardı”, - deyə Səmayə adlı paytaxt sakini bildirdi.

“Azərkitab”ın binası şəhərin mərkəzində yerləşdiyinə görə işbazlar məkana tamah salıblar. Mərkəzin layihə rəhbəri Sabir Həsənov də bizimlə söhbətdə təsdiq etdi ki, “Azərkitab”ın yerində restoran açılacaq: “4 ildir ki, yerləşdiyimiz inzibati binanın icarə haqqı və digər xərcləri bizim üçün artıq çətindir. Buna görə də fəaliyyətimizi müvəqqəti olaraq dayandırmağa qərar verdik. Ümid edirik və inanırıq ki, dövlətimiz tərəfindən ”Azərkitab" üçün uyğun bir məkanda yer veriləcək. 2017-ci ildə açılan ədəbi ictimaiyyətin isti ocağında yığıncaqlar, təqdimatlar keçirilirdi. “Azərkitab” böyük ümidlə açılmışdı. Binanın sahibi icarə haqqını iki dəfə qaldırdı və biz o pulu ödəyə bilmədik. “Azərkitab”ın yerləşdiyi binanın sahibi oranı restoran etmək istəyir. Təyinatını dəyişib restorana çevirirlər. Bizi tələsdirdilər, çox sıxışdırdılar, dedilər icarə haqqını gecikdirirsiz, əşyalarımızı təcili yığışdırdıq. Amma baxın, bir aydır ki, “Azərkitab”ın qapıları bağlıdır, amma o bina hələ boşdur, işləmir. Çox çətinliklə, avadanlıqarımızı dost-tanışların anbarlarına yerləşdirdik, bu özü də bizə zərbə idi. Çünki xeyli kitablarımız, avadanlıqlarımız toz-torpağın içində qaldı. Çox təəssüf edirəm ki, sahibkarlar bizi bu işdən uzaqlaşdırmağa çalışdılar. Mən dövlətimə xidmət edirəm, gənclərin maariflənməsi üçün əlimdən gələni etmişəm, bu 4 ildə gəncləri müəlliflərlə görüşdürdüm, gənc yazarlarımızı tələbələrlə görüşdürdüm. Xüsusi istedada malik uşaqları ortaya çıxardıq. “Kitaba qayıdaq” devizi altında kifayət qədər iş gördük".

Həsənov dedi ki, Mədəniyyət Nazirliyinə və başqa müvafiq qurumlara yer üçün müraciət edilib: “İndi əsas istəyimiz odur ki, dövlət ”Azərkitab"a dəstək olsun, bina ilə təmin etsin, biz də fəaliyyətimizi davam etdirək. “Azərkitab” bir mədəniyyət mərkəzinə çevrilmişdi. Amma bu, gəlir gətirən sahə olmadığı üçün icarə haqqını ödəməyi çatdıra bilmədik. Son 4 ildə gördüm ki, icarə haqqını çatdıra bilmirəm, heç kəs də mənə dəstək olmadı".

S.Həsənov bildirdi ki, Prezidentin “Azərkitab”a dəstək olacağına ürəkdən inanır: “İndiyə qədər aidiyyəti dövlət qurumlarına bir neçə dəfə müraciət etmişəm, inanıram ki, ”Azərkitab"ı bina ilə təmin edəcəklər. 2017-ci ildən “Azərkitab”ı qurmuşuq. AYB-dən də bizə dəstək verirlər, Mədəniyyət Nazirliyində də müəyyən adamlar məsələyə münasibət bildiriblər. Dövlətdən “Azərkitab”a dəstək gözləyirik, ümid edirik ki, bizi tək qoymayacaqlar".

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Yeni Müsavat”a bildirib ki, ədəbiyyat adamlarının, kitabsevərlərin üz tutduğu bu mədəniyyət mərkəzinin bağlanması təəssüf doğurur. O, imkanlı şəxsləri, sahibkarları “Azərkitab”a dəstək olmağa çağırıb: “”Azərkitab" son illərdə ədəbiyyatın təbliği ilə məşğul olan bir müəssisə idi. Burada çoxlu ədəbiyyat tədbirləri, mədəniyyət tədbirləri, kitab təqdimatları keçirilir. Hətta həftənin şənbə-bazar günləri yazıçıların yığışdığı bir müəssisə olub. Bizim bütün gənc yazarların görüşləri və kitab təqdimatları da çox simvolik qiymətə, yaxud vəsaitsiz həyata keçirilib. “Azərkitab” bir mədəniyyət mərkəzi kimi formalaşmışdı. Mərkəzin iqtisadi çətinliyə görə bağlanması məni məyus etdi. Arzu edərdim ki, imkanlı şəxslər, dövlət qurumları kitaba dəstəyi öz mənəvi borcu kimi qəbul etsinlər. Biz çalışmalıyıq ki, hər vasitə ilə belə bir gözəl mədəniyyət məkanı özünü qoruyub saxlaya bilsin. Mərkəzin yerləşdiyi bina çox əzəmətli idi, əsl mədəniyyət müəssisəsinə layiq idi. Ümid edirəm ki, “Azərkitab”ın fəaliyyətini davam etdirməsi üçün əllərindən gələni edəcəklər. Çünki bu mərkəzin neçə il göstərdiyi fəaliyyət onun yaşamasını zəruri edir".

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, “Azərkitab” kimi böyük bir kitab mərkəzinin bağlanması xoşagələn hal deyil: “Gərək belə mərkəzlərin yeri daha çox olsun. Orada yalnız kitab deyil, kitabla bağlı tədbirlər də keçirilirdi. İmza günləri keçirilirdi. Belə yerlərimiz onsuz da yoxdur. ”Azərkitab"ın da bağlanması yaxşı deyil. Ümid edirəm ki, hər hansı yolla “Azərkitab” bərpa olunar, öz işinə davam edər. Bir naşir olaraq onlarla işləməkdən zövq alırdım".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08
Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05
Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55
Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54
Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41
Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30
“Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17
İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15
Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10
“Məxsusi ana rolu yazılsa fikirləşərəm” - Şəfiqə Məmmədova niyə filmlərdə çəkilmir?
Bu gün, 12:07
"Təzə alınan soyuducu nə tez xarab oldu?" - AXI NİYƏ?
Bu gün, 12:04
Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: -Kreml 12 il əvvəlki “silaha” əl atır?
Bu gün, 11:52
Bakı və İrəvan axır ki, bezdi və Kremlə qarşı birləşdi - “Hill”
Bu gün, 11:49
İranın Ermənistandakı səfirinin çərənləməsi heç bir məntiqə sığmır - İsrafil Kərimovun yazısı
Bu gün, 11:42
Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? -Hər kəsi dəhşətə gətirən fakt
Bu gün, 11:39
Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib
Bu gün, 11:37
Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil - Nazir
Bu gün, 11:35
ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:31
“Araz-Naxçıvan” yoldaşlıq görüşündə Türkiyə klubuna böyük hesabla qalib gəldi
Bu gün, 11:18
Paşinyan hakimiyyəti asanlıqla buraxmayacaq - ÇÜNKİ
Bu gün, 11:14
27 yaşlı coğrafiya müəllimi MÜƏMMALI şəkildə həyatını itirdi – SENSASİON FAKTLAR
Bu gün, 11:11
Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu - DETALLAR
Bu gün, 11:09
Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb
Bu gün, 11:07
Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktorunun əmlakı MÜSADİRƏ OLUNDU
Bu gün, 11:00
Amerikasayağı demokratiya: - Görün ABŞ bu xanıma nəyə görə sanksiya tətbiq edib
Bu gün, 10:58
İrəvanda “Daşnaksütyun”a qarşı əməliyyat aparıldı
Bu gün, 10:47
Rüfət Manafov “AFB Bank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib - DOSYE
Bu gün, 10:46
"Aeroflot" Tehrana bütün reyslərini ləğv edib
Bu gün, 10:40
Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR – Erməni blogerdən SENSASİON AÇIQLAMA
Bu gün, 10:31
“Ölkəmizin bütün ərazilərində kazino obyektlərinin açılması dövlətimizin müəyyən strateji maraqlarına uyğun gəlmir” - deputat
Bu gün, 10:24
“Leobank” vətəndaşın başına rəsmən OYUN AÇDI... - "Kartdakı pulu nağdlaşdırsaydım, nə edəcəkdiniz?"
Bu gün, 10:22
Yekaterinburqda həbs olunan azərbaycanlılardan birinin işi aşağı instansiya məhkəməsinə qaytarılıb
Bu gün, 10:17
“Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
Mənzil bazarında manipulyasiya - Qiymətlər niyə şişirdilir...
Bu gün, 10:14
İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır - FAKT BUDUR!
Bu gün, 10:12
Rubio Lavrovala görüşmək istəyir - “Reuters”
Bu gün, 10:08
Yeni rəis Rəşad Əhmədov məhkumları incidir - NARAZILIQ VAR...
Bu gün, 10:06
Elvin Məmmədzadəyə yeni vəzifə VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:58
Ramiz Mehdiyevin bankılnda rəhbərlik dəyişir - TOPLANTI OLACAQ
Bu gün, 09:38
İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 09:28
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 09:26
Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb - TƏFƏRRÜAT
Bu gün, 09:23
Ruslar miqrant bazarını görün, kimlərin hesabına doldurur... - İlk yerləşim yeri isə...
Bu gün, 09:13
Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Bu gün, 09:00
Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... - BU NƏDİ BELƏ?
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru