AAAF park Yaşayış Kompleksindən mənzil alıb, evsiz qalanlar Abşeron rayon İcra Hakimiyyətinə şikayətə gəlib. 22 bina, 2200-ə yaxın mənzil 8 ilə yaxındır təhvil verilmir.
DİA.AZ xəbər verir ki, şikayətə gələnləri qəbul edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev payçılarla şirkətin sahibi Tofiq Heydərov arasında görüş təşkil edəcəyini vəd edib.
Vergilər Nazirliyinin məlumatına görə, şirkətin 28 milyon manata yaxın borcu var. Sakinlər deyir ki, AAAF Park vergi borcuna görə binaları tikə bilmədiyini iddia edir.
AAAF Park Yaşayış Kompleksindən şikayətlə bağlı cavab ala bilmədik. Rəsmi saytlarındakı əlaqə nömrəsi mövcud deyil.
Daha ətraflı aşağıdakı videoda:
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...