Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                 

Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi? - İLGİNC FAKTLAR
Tarix: 30-12-2021, 09:51 | Çap et
Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi?
Əvvəlki əhvalatlarımızda qeyd etdiyimiz kimi, Naxçıvan MR-in daxili işlər naziri, general- leytenant Fazil Ələkbərovu yıxmaq üçün Rəşad İsmayılov adlı birisi Naxçıvan MR DİN-ə müavin təyin olundu. Rəşad İsmayılovun əsas missiyası Fazil Ələkbərovun əlini zəiflətmək idi. Bunun üçün də o, ilk işə Fazil Ələkbərovun kadrlarını nə yol ilə olursa olsun “vurmaq”dan başladı. Vurulan kadrlardan biri də Asim Hüseynov idi. Bəs Asim Hüseynov kimdir? Asim Hüseynov kimlərin əli ilə vuruldu?

DİA.AZ-ın məlumatına görə, şərti olaraq “Qara pişik” adlandırdığımız informasiya qaynağımız dünən Ovqat.com-a verdiyi açıqlamada bu suallara aydınlıq gətirib.

O bildirib ki, hüquq mühafizə orqanlarında da peşə namusu deyilən bir anlayış var və Rəşad İsmayılov Naxçıvan DİN-ə müavin təyin olunduğu gündən bu dövlət strukturunun namusunu ayaqlar altına salıb tapdalayıb, elə indi də öz işini davam etdirir. Bunun ən bariz nümunəsi isə Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəis müavini Asim Hüseynovun son 1 il 5 ayda başına gətirilən müsibətlərdir.

Gəlin, əhvalatı “Qara pişiy”in öz dilindən eşidək:

Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi?

“Müsibəti – Asim Hüseynov”

“Asim Hüseynov Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəis əvəzi idi. Rütbəsi polis polkovnik-leytenantıdır. Təxminən 2020-ci ilin 10 avqustunda Asim Hüseynov Rəşad İsmayılovun təcili göstərişi ilə Naxçıvan MR DİN-in narkotiklərlə mübarizə aparatının müşavirəsini çağırdı. Müşavirədə Naxçıvan MR DİN-in bütün şəhər, rayon və nəqliyyatda polis orqanlarının Narkotiklərlə Mübarizə Bölmələrinin əməkdaşları iştirak edirdilər. Bunların içərisində Bahadur Əhmədov və Zaur Talıbov adlı əməkdaşlar da var idi. Müşavirə Asim Hüseynovun iş otağında keçirilirdi. Müşavirənin gedişində Asim Hüseynov otağındakı dəmir seyfdən narkotik nümunələri çıxararaq müşavirə iştirakçılarına göstərir. Daha sonra qanunsuz yolla karqo vasitəsilə Naxçıvana gətirilmiş cins şalvarın cibində aşkarlanan “patı”nı da müşavirə iştirakçılarına göstərir və izah edir ki, Naxçıvana kifayət qədər narkotik maddə keçirilir, bunun qarşısının alınması üçün daha çox çalışmaq lazımdır.

Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi?
Naxçıvan "Gestapo"su iş başında. Baş rolda - Cəlil Rüstəmov

Asim Hüseynovun dəmir seyfdən narkotik nümunələri çıxardığını görən Bahadur Əhmədov və Zaur Talıbov müşavirədən çıxan kimi dərhal Rəşad İsmayılovun qəbuluna qaçır və olub bitənləri ona danışırlar. Rəşad İsmayılov isə buna çox sevinir və dərhal öz kirvəsi Ali Məclisin Hüquq Şöbəsinin müdiri, el arasında “Gestapo” ləqəbi ilə tanınan Cəlil Rüstəmova məlumat verir. Cəlil Rüstəmov isə Ali Məclisin sədri cənab Vasif Talıbova ərz edir ki, bəs Asim Hüseynov narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğuldur və Naxçıvan MR DTX-nı, eləcə də Prokurorluğunu bu işə cəlb edib DİN-də əməliyyat keçirmək lazımdır. “Gestapo” Cəlil bu dəfə də cənab Vasif Talıbovu aldada bilir. Vasif müəllim qərar verir: dərhal Naxçıvan DİN-də əməliyyat keçirilsin!

DTX-nın DİN-də narkotik əməliyyatı

Hadisədən 1 gün sonra Naxçıvan DTX və Proskurorluğu Naxçıvan MR DİN-də narkotik əməliyyatı keçirirlər. Əməliyyat nəticəsində Asim Hüseynovun iş otağından Etilmorfin, Heroin, Həşiş, Kokain, Kodein, Marixuana, Metadon, Metamfetamin, Trammadol və s. nümunələri götürürlər.

Əməliyyat zamanı Fazil Ələkbərov da iş otağından düşüb Asim Hüseynovun xidməti otağına gəlir. Əməliyyatdan sonra Naxçıvan DTX Asim Hüseynovu həbs edir. Asim Hüseynov barəsində cinayət işi açılır. Bunlar öz yerində, bəs Bahadur Əhmədov və Zaur Talıbovun aqibəti necə olur?”

Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi?
Bax belə rəisdir mayor Bahadur

Əməliyyat = mükafat

“Qara pişiy”in məlumatına görə, adı çəkilən hər iki şəxs mükafatlandırılır. Bahadur Əhmədov Şahbuz RPŞ-in rəisi təyin olunur. Özü də Cəlil Rüstəmovun xeyir-duası ilə. Cəlil Rüstəmov həmişə olduğu kimi yenə “xan”ı aldadaraq onu inandırır ki, Bahadur Əhmədov “as” kadrdır. “Xan” da həmişə olduğu kimi, yenə də böyük etimad bəslədiyi Cəlil Rüstəmovun yalanlarına inanır. “Xan”dan “okey” alındıqdan sonra Cəlil Rüstəmov şəxsən Bahadur Əhmədovu aparıb Şahbuz RPŞ-in şəxsi heyətinə təqdim edir. Adama deyərlər, ay “Gestapo” Cəlil, axı sən kimsən? Sən özünü nə hesab edirsən? Sənin nə səlahiyyətin var ki, aparıb polis rəisini təqdim edəsən?

Oturduğu budağı kəsən Zaur Talıbov

Zaur Talıbov isə Asim Hüseynovdan boşalan kresloya təyin olunur, yəni Narkotiklərlə Mübarizə Şöbəsinin rəis əvəzi olur. Bir müddət keçəndən sonra Cəlil Rüstəmov və Rəşad İsmayılov - iki kirvə əlbir olub bir “xan”ı növbəti dəfə inandırırlar ki, bəs Naxçıvan DİN-də ümumiyyətlə Narkotiklərlə Mübarizə Şöbəsinə ehtiyac yoxdur. Təsəvvür edirsinizmi, bu gün Muxtar Respublika statuslu Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan qurum yoxdur. Soruşa bilərsiniz ki, niyə?

“Mina”lardan təmizlənmiş narkotik yolu

“Qara pişiy”in bu suala çox maraqlı cavabı var. Onun iddiasına görə, “böyük ehtimalla, Rəşad İsmayılov və Cəlil Rüstəmov həzrətləri yeni biznes sahəsinə əl atacaqlar, bunun üçünsə özlərinə problemsiz bazar, “minadan təmizlənmiş ərazi” yaradırlar”. Doğrusu, “Qara pişiy”in özü kimi qara-qura məlumatlarına inanmaq istəməsəm də, az qala özünü müstəqil dövlət kimi aparan o boyda Naxçıvan Muxtar Respublikasının DİN-də narkotiklə mübarizə aparan şöbənin niyə mövcud olmadığı sualına daha məntiqli cavab tapa bilmədim. Ümidvarıq ki, Muxtar Respublikanın əlaqədar qurumları bu müəmmanın altında yatan hikməti açıqlayar. Biz cəhənnəmə, Naxçıvanı “Qara pişik”lərə güldürməz.

Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi?
Nazir əvəzi Rəşad İsmayılov

Bəs Asim Hüseynovun sonrakı aqibəti nə oldu?

“Qara pişiy”in bu suala da özünəməxsus cavabı var:

“Naxçıvandakı rejimə qarşı aparılan informasiya savaşından çəkinən “xan”ın havadarları şərləyərək tutdurduqları MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Asim Hüseynovu bir neçə gün əvvəl tələm-tələsik sərbəst buraxıblar (Çox şükür, “Qara pişik” də arada yaralı barmağa məlhəm ifraz edə bilirmiş). Əlbəttə ki, qarşılıqsız yox. İlk olaraq Asim Hüseynovdan Fazil Ələkbərovun əleyhinə geniş və “yağlı” izahat alınıb. Daha sonra Asim Hüseynova deyiblər ki, səni “xan” bağışlayıb, ona görə sərbəstsən.

“Qara pişiy”in qan qaraldan sualları:

“Əgər Asim Hüseynov həqiqətən də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olurdusa, siz niyə onu sərbəst buraxdınız? Axı “xan” kimdir, cinayət qanunvericliyinin tələblərini pozur? O, cinayət işinə xitam verə biləcək şəxsdirmi? Mən bilən, Azərbaycan qnunvericiliyinə görə, müqəssirləri və ya müttəhimləri yalnız bir nəfər əfv edə bilər – Azərbaycan prezidenti İlham Əliyev.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş Əfvetmə haqqında Əsasnamənin 1. maddəsinə və Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə hüququ Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətinə daxildir. Başqa sözlə, əfvi yalnız Prezident verə bilər. Amma o belə, hər istədiyi şəxsi əfv etmək səlahiyyətinə malik deyil (“Qara pişik”dəki aslan ürəyinə bax, ha). Əfvetmə haqqında Əsasnamənin 8.3. maddəsinə görə, “ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra” əfv qərarı çıxarıla bilər. Narkotik maddələrin satışı ilə məşğul olmaq da ağır cinayətdir və CM-nin 234.4.3. bəndinə əsasən, bu cinayət mütəşəkkil dəstə tərəfindən törədildikdə təqsirləndirilən şəxsləri 5 ildən-12 ilə qədər həbs cəzası gözləyir. Əgər Naxçıvan DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəis əvəzi narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə tutulmuşdusa, deməli, vəzifə səlahiyyətlərindən istifadə edərək sözügedən cinayət əməlini mütəşəkkil qaydada törədirmiş. Məntiqlə, ona CM-də nəzərdə tutulan ən ağır cəza verilməli idi. Və o, cəzasının yarısını çəkmədən (6 il) əfv olunmaq üçün ərizə yazmaq hüququna da malik deyildi. Yazsa belə, Prezident onu əfv edib azadlığa buraxa bilməzdi. Amma Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov buraxıb. Çünki o, Prezident yox, “xan”dır. “Xan” nə desə, o olur”.

Növbəti yazılarımızda Mustafa Mustafayev, Elnur İsmayılov, Şərif Hüseynəliyev, Teymur Quliyevdən Naxçıvan Prokurorluğunda hansı məzmunda izahatlar alınması haqqında yazacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru