Vergilər Nazirliyi ölüdən HESABAT İSTƏYİR... - GİLEY
Tarix: 1-05-2020, 08:09 |
Çap et
DİA.AZ: - Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin fəaliyyəti narazılığa səbəb olub. Belə ki, DİA.AZ-a müraciət edən Səbail rayonu, Vüsal və Elçin Hacıbabayevlər küçəsi, ev 4, mənzil 20-də yaşayan Bayramova Xumar Kazım qızı qurumun onlara ünvanladığı məktubundan narahat olduqlarını və sarsıntı keçirdiklərini bildirir. Narazı vətəndaş yazır:
"Dünən Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin adından illər əvvəl dünyasını dəyişmiş qardaşım Bayramov Fəxrəddin Kazım oğlunun adına məktub gələrək, onun vergi hesabatı verməməsi səbəbindən cərimə olunduğu bildirilib.
Mən başa düşə bilmirəm ki, dövlətin belə bir ciddi qurumu dövlətimizin elektron hökumət sistemi ilə əlaqəli deyilmi ki, illər əvvəl dünyasını dəyişmiş şəxsi cərimə edərək, ondan sahibkarlıq fəaliyyəti ilə bağlı hesabat tələb edir"...
diaaz.space-a müraciət edən narazı vətəndaş sözügedən cərimə ilə bağlı Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsini məhkəməyə verəcəyini də bildirib.