Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     "Yevlax görüşündə iştirak etməmişəm" .....                     “Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” .....                     "Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" .....                     Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? .....                     Əməkdar artist Türkiyəyə köçüb? .....                     Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı .....                     “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” .....                     Vətəndaş xəbəri olmadan borclanır... .....                     Bizə dərs keçən “Xudayar bəylər”... .....                     Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI .....                     Gəncə Dövlət Universiteti adlı bazar və... .....                     Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... .....                     Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır .....                     Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU .....                     ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib .....                     Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları .....                     Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                     20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                 

Səfər Mehdiyev gömrük sistemini elə günə qoyub ki... - GİLEY
Tarix: 13-05-2019, 09:10 | Çap et
Səfər Mehdiyev gömrük sistemini elə günə qoyub ki...
Ölkənin giriş qapısına nəzarət edən Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq səngimir.

Rəhbərlik dəyişəndən sonra vətəndaşların şikayətləri azalmır. Vaxtaşırı gömrük keçid məntəqələrində vətəndaşların incidilməsi, bürokratik əngəllərin yaradılması və rüsumdan əlavə ödənişlərin tələb olunması ilə bağlı məlumatlar yayılır. Digər tərəfdən gömrük rüsumlarının da yüksək olması narazılıqlara səbəb olan amildir. Qeyd edək ki, hazırda Gömrük Komitəsi 15 pilləli rüsum tətbiq etmək səlahiyyətinə malikdir.

Yəni, ölkəyə gətirilən 100 manatlıq mala görə 1 faiz də rüsum ala bilər, 15 faiz də. Bu məsələnin tənzimləməsi üçün ekspertlər təklif edir ki, gömrükdə rüsum sistemi ləğv edilsin və maksimum halda 3 pilləli rüsuma keçirilsin.

Gömrük keçid məntəqələrində prosedurların sadələşdirilməsi də vacib məsələ hesab olunur. Hazırda gömrük keçid məntəqələrində vətəndaşlar saatlarla gözlədilir, uzun növbələr yaranır. Bu problem artıq uzun zamandır ki, var və hələ də həllini tapmır. Komitənin keçmiş sədri Aydın Əliyevin zamanında rast gəlinən neqativ hallar yeni sədrin dövründə də əsas problem olaraq alır.

Baxmayaraq ki, Səfər Mehdiyev Gömrük Komitəsinin sədri təyin olunanda hamı ümid edirdi ki, bu cür problemlər öz həllini tapacaq. Amma görünən odur ki, Gömrük Komitəsi keçid məntəqələrində prosedurların sadələşdirilməsində maraqlı deyil. Ona görə də Səfər Mehdiyevin təyinatından 1 ildən artıq zaman keçsə də, hələ də heç nə dəyişməyib. Əslində, Gömrük Komitəsinin rəsmiləri də problemlərin qaldığını, ciddi islahatlara ehtiyac olduğunu vurğulayır. Hətta gömrükdə islahatların yaxın zamanlarda baş tutacağının anonsu da verilib. Belə ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib ki, bir aydan sonra gömrük sahəsində böyük bir islahat gözlənilir.

“İslahatların birinci mərhələsi demək olar ki, həyata keçirilib. İkinci böyük islahat paketimiz isə idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”-deyə, İ.Babayev gömrükdə ciddi islahatların aparılacağının anonsunu verib.

Gömrükdəki problemlərin kökü dərindir. Ona görə də bu sahənin tam şəkildə şəffaflaşdırılması üçün ciddi addımların atılmasına ehtiyac var. Bu məsələ dəfələrlə Milli Məclisin tribunasından da səsləndirilib. Məsələn, 2019-ci il üzrə büdcə müzakirələri zamanı deputat Vahid Əhmədov Gömrük Komitəsində 27 milyard manatın mənimsənildiyini demişdi:

“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub? Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

Büdcəyə Gömrük Komitəsindən 1 milyard manat əlavə vəsaitin daxil olması yeni sədrin adına müsbət hal kimi yazılır. Amma problemlər hələ də qalmaqdadır. Nəzərə alsaq ki, gömrükdəki problemlər digər sahələrə də mənfi təsir göstərir. Məsələn, gömrükdə yaranan problemlər ölkə iqtisadiyyatının inkişafını əngəlləməklə yanaşı, vətəndaşlarda kəskin narazılıq yaradır və ən başlıcası, idxalda süni problemlər yaratmaqla iqtisadiyyatda durğunluğa, bəzi hallarda isə geriləməyə səbəb olur. Bunun qarşısını almaq üçün isə ciddi islahatlara ehtiyac var. Gömrük Komitəsinin sədr müavinin sözlərinə inansaq, təxminən 1 ay sonra gömrükdə islahatlara başlanılacaq. Bu islahatların hansı istiqamətdə gedəcəyini, ümumi problemlərə necə təsir edəcəyini isə qısa zaman sonra görə biləcəyik.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19
Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13
Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru