Gömrük Komitəsi ləğv olunmasa da... - TƏKLİF
Tarix: 11-05-2019, 11:34 |
Çap et
DİA.AZ: - Dünən Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilmə ehtimalı barədə məlumat yaymışdıq. Qeyd edək ki, hökumətin belə bir təşəbbüsə baş vurması razılıqla qarşılanır, xüsusən də bu gün gömrükdən işi keçən sahibkarlar tərəfindən təqdir olunur.
Bununla bağlı DİA.AZ-a yazan və adının çəkilməsini istəməyən sahibkarlardan biri qeyd edir:
"DGK-nin ləğv edilərək daha sağlam əllərə verilməsi ən doğru addım olardı. Biz ticarətlə məşğuluq və belə ənənələrin bir çox xarici ölkələrdə olduğunu yaxşı bilirik. Eyni zamanda onu da deyə bilərik ki, belə olan təqdirqə gömrük işinin təşkili xeyli dərəcədə sadələşdirilmiş olacaq.
Bu gün Vergilər Nazirliyində fəaliyyətsiz durumda olan gömrük şöbəsi də səlində zəmin yaradır ki, DGK-nın bütün səlahiyyətləri VN-yə həvayə edilsin".
diaaz.space-a danışan sahibkar onu da bildirir ki, əgər DGK ləğv olunmursa, o zaman bu qurumda sözün əsl mənasında islahat aparılmalıdır: "Bir çox lüzumsuz idarələr ləğv olunmalı, köhnə heyət - Səfər Mehdiyev başda olmaqla işdən kənarlaşdırılmalıdır. Bundan sonra DGK-nın həqiqətən də DÖVLƏTİN QAPISI olaraq üzümüzü ağardacağını iddia edə bilərik".