“Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki... - İLGİNC
Tarix: 2-05-2019, 08:57 | Çap et
Azərbaycanda istehlakçılara verilən təbii qazın keyfiyyətsizliyi, təzyiqin aşağı olması, xüsusilə qış aylarında saatlarla fasilələrin yaranması uzun illərdir əhalini narahat edir. İnsanların qaz təchizatı sahəsində yaşadığı problemlər ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Bu, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından aydın olur. Həmin çıxışda prezident “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid edib.
Prezident bildirib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır: “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, ”Azəriqaz" tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".
“Azəriqaz”ın istehlakçılara qarşı qanunsuz davranışları barədə danışan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının “Yeni Müsavat”a dediyinə görə, İB tərəfindən “Qaz təchizatı haqqında” Qanunun, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur: “16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi ”Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyələr"ə əsasən “Azəriqaz” tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qanunsuz düzəliş nəticəsində abonentlərə tətbiq olunan cərimə ikiqat artırılıb. Belə ki, SOCAR tövsiyələrinin 1.4.1 bəndinə əsasən abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmində hesablanması nəzərdə tutulsa da, Əkbər Hacıyev tərəfindən hazırlanan qaydalarda bu, 180 günlə əvəz olunub. Bundan əlavə, qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) qaz abonentlərə (xüsusən də qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Qaz kəsilir, veriləndə isə 15-20 dəqiqə sistemə yüksək təzyiqlə hava vurulur. Bunu da guya əhalinin təhlükəsizliyi üçün etdiklərini deyirlər. Halbuki yüksək təzyiqlə gələn hava sayğacları da sürətlə fırladaraq əhalinin pulunun mənimsənilməsinə səbəb olur. Yəni insanlar faktiki olaraq, adi havaya görə qaz qiymətində pul ödəyirlər".
Komitə sədri “Azəriqaz” rəhbərliyinin bəzi müəssisələrə verilən qazı itki və əhalinin boynuna qoymaq istədiyi qənaətindədir: “Rəsmi mənbələrin hesabatlarında qaz təchizatında böyük miqdarda qaz itkisinin olduğu qeyd olunur. 2016-cı ildə audit şirkəti ”Ernst & Young" və ölkənin Hesablama Palatası “Azəriqaz”da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verilmişdi. Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilərin regionlarda baş verdiyi müşahidə olunur. Təbii ki, bunun da əsas səbəbi rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, infrastrukturun keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda broylerlərin və istixanaların (“parnik”lərin-red.) da qaz itkilərində payı az deyil. Mətbuat buraya yönələn qanunsuz qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki 2009-2010-cu ildə “Azəriqaz”da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi".
M.Qəhrəmanlının sözlərinə görə, qaz təchizatında itkilərin çox olmasının bir neçə mühüm səbəbləri var: “Qaz uçotu işinin düzgün qurulmaması, bir çox iri müəssisələrə qeydiyyatsız qazın ötürülməsi, sayğacların xarab olması (əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir), cari təmir işlərinin ümumiyyətlə aparılmaması, qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmaması, təbii qazın mexaniki qarışıqlardan təmizlənmədən, qurudulmadan sistemə daxil olması və sair”.
Komitə sədri deyir ki, ötən il Əkbər Hacıyevin tapşırığı ilə Bakıda və rayonlarda əhaliyə qanunsuz və böyük həcmdə cərimələr tətbiq olunub: “İstismar müddəti 5 il olan sayğaclara 6 ildən sonra müdaxilə adı altında cərimələr yazılırdı. Bizim də yardımımızla abonentlər ”Azəriqaz"ı məhkəməyə verib cərimələri ləğv etdirdilər. Məhkəməyə üz tutanların sayı sürətlə artdı deyə, bu qanunsuzluğu azaltmalı oldular".
Qazın keyfiyyətinə gəlincə, M.Qəhrəmanlı bildirir ki, sovet dövründə hətta birbaşa mədəndən alınan qazdan istifadə edilsə də, zəhərlənmə hallarına rast gəlinməyib: “Biz indiki Qumadasında iş yerində mədəndən birbaşa çəkilən qazı ceyran sobasında yandırırdıq, heç nə də olmurdu. İndi necə olur ki, bütöv ailələr qazdan zəhərlənib ölür? Düşünürəm ki, bu, qazın tərkibi ilə bağlıdır. Bu sahədə sovet dövründəki ciddi nəzarət indi yoxdur. Burada korrupsiya ehtimalları da böyükdür. Müstəqil nəzarət qurumu olmalıdır - şəbəkəyə verilən qazın tərkibi müntəzəm olaraq yoxlanmalıdır”.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Azəriqaz”ın baş direktorunun müavini Ruslan Əliyev deyib ki, ölkə rəhbərinin toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq: “Ötən ilin dekabr ayının 1-nə kimi ”Azəriqaz" 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Qeyd etdiyim tarixdən etibarən həmin qərar qüvvədən düşüb.
Qərarın qüvvədən düşməsi ilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur".
R.Əliyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması “Strateji yol xəritəsi”ndə də nəzərdə tutulub: “2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı Zavodu tikiləcək. ”Azəriqaz"ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz “QOST”a uyğundur. Sadəcə, bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başladıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq".
Neft sahəsi üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda istehlakçılara paylanan qazın emalı aşağı səviyyədədir: “Metan qazı bütün yanma boyu mavi rəngdə olmalıdır. Bunun üçün hasil olunan qaz emal zavodunda bütün fraksiyalardan təmizlənməlidir. Bu fraksiyaların özü qiymətli xammaldır, kimya sənayesinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Rəsmi statistikaya baxsaq, görərik ki, Azərbaycanda istehlak olunan qazın cəmi 20 faizə qədəri emal olunur. Çünki emal zavodunun imkanları bundan artığına çatmır. 1959-cu ildə tikilmiş zavoddur, istismar müddətini çoxdan başa vurub. Belə zavodların ömrü maksimum 40 ildir, modernizasiya ilə 50 ilə çatdırmaq olar. Böyük Britaniyanın ”Con Braun" şirkətinin 19 il əvvəl - 2000-ci ildə verdiyi rəyə əsasən bu zavodun modernizasiya imkanları mövcud deyil".
Ekspert bildirir ki, qaz emalı zavodunun vəziyyətini nəzərə alaraq hökumət yeni zavodun tikintisinə vaxtında başlamalı idi: “Bu işə 10 il əvvəl başlamaq lazım idi. Bizimkilər isə hələ gələn il başlamağı nəzərdə tuturlar. Halbuki yeni qaz emalı zavodunun inşası həm istehlakçıların təhlükəsizliyi baxımından, həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Emal nəticəsində qazdan əldə olunan maddələr kimya sənayesini qiymətli xammalla təchiz edərdi”.
Prezidentin müşavirədəki çıxışından anlaşılır ki, Əkbər Hacıyevin fəaliyyəti ilə bağlı ölkə başçısına dosye verilib. Görünür, həmin dosyedə “Azəriqaz” rəhbərinin qanunsuzluqları faktlarla göstərilib. Və dosye o qədər çirkli olub ki, Əkbər Hacıyevin əhaliyə verdiyi çirkli qaz bunun yanında “toya getməli”di. Əgər doğrudan da belədirsə, Əkbər Hacıyevin vəzifədə çox qalacağı inandırıcı deyil. Prezidentin müşavirədəki tövründən də bunu müşahidə etmək mümkün idi.
Xatırladaq ki, prezident müşavirədə yarıtmaz fəaliyyətlərinə görə tənqid etdiyi məmurları vəzifədə çox saxlamır. Yaxın keçmişdə bunun xeyli nümunələri var. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu - AKTUAL
Bu gün, 10:45 |
|
|
|
• Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39 |
|
|
|
• İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29 |
|
|
|
• Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23 |
|
|
|
• "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09 |
|
|
|
• Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00 |
|
|
|
• `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50 |
|
|
|
• Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45 |
|
|
|
• Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42 |
|
|
|
• ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
• Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44 |
|
|
|
• Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39 |
|
|
|
• "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35 |
|
|
|
• Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
• Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29 |
|
|
|
• Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27 |
|
|
|
• "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24 |
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
|