İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                     Ermənistan türk dünyasına daxil olacaq .....                     İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... .....                     Zelenski bununla NƏ ETSİN AXI... .....                     Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb .....                     Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT .....                     İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir? .....                     Generalın oğluna vəzifə verildi .....                     Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? .....                     Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ .....                     Etimad İsmayılovun qatili azadlıqda .....                     Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə .....                     Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi .....                     İran azərbaycanlı xanım fəalı edam edəcək .....                     Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                 

“VIP Style Estetik Tibb Mərkəzi”ndə ŞOK FIRILDAQ - "Bundan sonra müştəri ilə 4 saatdan çox söhbət aparılır"
Tarix: 17-03-2018, 11:31 | Çap et
“VIP Style Estetik Tibb Mərkəzi”ndə ŞOK FIRILDAQ
Doğrudan da son illər gözəllik şirkətlərinin nümayəndələri küçədə, ictimai-iaşə mərkəzlərində, mağazalarda qadınlara yaxınlaşıb, öz xidmətlərini təklif edirlər. Telefonla zəng vuraraq nömrənin guya uduşa düşdüyünü, buna görə də pulsuz kosmetoloji xidmət göstərəcəklərini söyləyirlər.

Bundan əlavə, sosial şəbəkələrdə səhifələr yaradaraq yalançı reklamlar yerləşdirirlər.

Məhz bu cür reklamlara inandıqları üçün ildən-ilə estetik klinikalar və gözəllik salonları tərəfindən aldadılan qadınların sayı artır.

Big.az-ın redaksiyasına müraciət edən Mehriban Əzizova ad-soyadlı xanım "VIP Style Estetik Tibb Mərkəzi” tərəfindən fırıldaqla üzləşdiyini deyib. Belə ki, həmin xanıma zəng edib, endirim kampaniyasına düşdüyünü deyiblər. Daha sonra mərkəzlərinə dəvət ediblər. Elə əsl həngamə də bundan sonra başlayıb: "Həmin xanım başladı ki, bəs siz xüsusi endirim kampaniyasına düşmüsüz. Mərkəzimizə gəlin, sizi gözəlləşdirək. Mən də maraqlandım ki, nə kampaniyadır. Qız dedi ki, üzünüz müayinə olunacaq, daha sonra diaqnoz qoyulub, aparat kosmetalogiyası ilə xüsusi həkim tərəfindən müalicə olunacaqsınız. Nə isə, ora getdim. Məni gülərüz, xoş personal qarşıladı. Özünü Hökumə adı ilə təqdim edən həkim xanım, üzümün bir hissəsinə simmetrik olaraq, xüsusi kremlər vasitəsilə qulluq göstərdi. Daha sonra da mənə həmin firmanın olduqca bahalı kremlərini endirimlə almaq təklifini etdi. Düzü, əvvəlcə tərəddüd etdim, Hökumə adlı həkim-kosmetoloq fasiləsiz danışır, məni yola gətirməyə çalışırdı. Deyirdi ki, Mehriban xanım, narahat olmayın. Biz sizə 50 faiz endirim edərik, siz pulu hissə-hissə ödəyərsiz. Gözəl musiqi fonunda yavaş-yavaş yola gəlməyə başlayırdım… Sonra mənə içməyə çay gətirdilər. Bəlkə də deyəcəklərimə inanmayacaqsınız, vallah, o çayda nəsə vardı, içdim, elə bil, beynim dondu, keyidi… Müqaviləyə necə qol çəkdiyimi və onların mənə vedikləri bir çemodanla – 3 min 600 manat dəyəri olan krem-dərmanlarla özümü küçədə gördüm. Evə çatar-çatmaz ağlım başıma gəldi ki, axı, mən kasıbam. Yoldaşım da işləmir, mən bu qədər pulu necə qaytaracağam? Dəli olmaq həddinə çatdım. Məhsulları qaytarmaq istəyəndə, nə desələr yaxşıdır? Xanım, siz kremlərdən birini açıb, istifadə etmisiz, qaytarmaq mümkün deyil. Doğrudan da, müqaviləyə qol çəkəndən sonra özünü mənə həkim-kosmetoloq kimi sırıyan Hökumə adlı qadın kremlərdən birini açıb, təkrar üzümdə test etmişdi. İndi anlayıram ki, onun bu hərəkəti məqsədli imiş. Daha nə deyim, onları Allaha tapşırıram ki, məni belə çıxılmaz vəziyyətə saldılar. Hələ utanmadan mənə dedilər ki, xeyr, müqaviləyə qol çəkmisən. Səni məhkəməyə verəcəyik. Kim istəyər ki, məhkəməlik olsun? Ərim bilsə, məni öldürəcək, kömək edin…”

Rəhbərlik etdiyi təşkilata estetik klinikalarla bağlı şikayətlərin həddən artıq çox daxil olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzi şirkətlər qadınları bir günlük pulsuz müalicəyə cəlb edirlər. Şirkətə gedən qadınlara kosmetik xidmət göstərilir:

"Bundan sonra müştəri ilə 4 saatdan çox söhbət aparılır, onları müqavilə bağlamağa sövq edirlər. Qadınlara 3-4 min manatlıq kosmetik vasitələr verilir və pulun hissə-hissə ödənilməsi təklif olunur. Sonradan həmin kosmetik vasitələrin heç də bu qədər baha olmadığını öyrənən və onları geri qaytarmaq istəyən qadınları isə müqavilə şərtlərini pozmaqda suçlayaraq hədələyirlər.

Onu da deyim ki, "VIP Style Estetik Tibb Mərkəzi” ilə bağlı artıq 5 ildir ki, rəhbəri olduğum quruma şikayətlər gəlir. Yəni qadınlara zəng edirlər ki, kampaniyaya düşmüsüz, sonra da 3-4 min manatlıq müqaviləyə qol çəkdirib, fırıldaq gəlirlər. Qadınlar da ya qorxularından ya pulu ödəyirlər, ya da bizə müraciət edirlər. Yalvarırlar ki, amandır, ailəmiz heç nə bilməsin. Azad İstehlakçılar Birliyi də həmin malları uğurla, həm də təmənnasız olaraq geri qaytarır və insanların canını bu kimi problemlərdən qurtarır. Ora klinika deyil, adam toplusudur, əhalinin başını yeyirlər. Çox təəssüflər olsun ki, bununla bağlı Baş Prokurorluğa, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirlikləri qarşısında dəfələrlə etdiyim müraciət cavabsız qalıb. Onlar bu kimi hallara göz yumurlar… Azərbaycanda bir qrup adam insanların hüquqlarını pozmaqda və onları aldatmaqda davam edir”.

Qadınlara aldadıcı reklamların tələsinə düşməməyi tövsiyə edən İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova onları ehtiyatlı olmağa çağırıb.

Vəkilin sözlərinə görə, tanımadıqları insanların ev və ya mobil telefonlarına zəng edib, onlara endirim kampaniyaları təklif edən satış mərkəzləri, gözəllik salonları faktiki olaraq istehlakçı hüquqlarını pozmuş hesab olunur: "Rabitə Nazirliyi bu məsələyə diqqət ayırmalı və reklam xarakterli zənglərlə bağlı ölçü götürülməlidir. Bir neçə dəfə kosmetik xidmətlər və endirim kampaniyaları ilə bağlı mənə də zəng ediblər. Onların xidmətindən imtina etməklə yanaşı, nömrəmi haradan aldıqları ilə də maraqlanmışam. Axı nəyə görə mənim nömrəm hansısa satış markalarının əlində olmalıdır?! Onlar barədə araşdırma aparmağa vaxtım olmadığı üçün onları ifşa edə bilmədim”.

Müştərilərə keyidici çay içirdib, hansısa müqaviləyə qol çəkdirilməsi məsələsinə gəldikdə isə hüquqşünas hesab edir ki, xanım tələb olunan məbləği ödəmək məcburiyyətində deyil: "Həmin müqaviləni asanlıqla ləğv etmək olar. Hesab edirəm ki, həmin xanım çayına nəsə qatıldığını anladığı vaxt qan analizi verməli və anlaqsız vəziyyətdə olduğunu sübut edib, həmin gözəllik salonundan təzminat da ala bilərdi. Bu o qədər də sadə məsələ deyil, faktiki olaraq istehlakçı hüquqları kobud şəkildə pozulub. O xanım hüquq-mühafizə orqanlarına və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməklə həmin Mərkəzdə araşdırma aparılmasına nail olmalıdır. Əgər həmin gözəllik salonunun rəhbərliyi cəzalandırılsa, digərləri də bu hadisədən özləri üçün bir dərs götürər. Bu cür dələduzluq üsulu ilə müqaviləyə qol çəkdirmək birbaşa cinayət məsuliyyəti xarakterlidir. Xanım mütləq öz haqqını tələb etməlidir”.

Bu cür problemlərin tək gözəllik salonları, tibb mərkəzlərində yaşanmadığını qeyd edən İ.Cavadovanın sözlərinə görə, mobil operatorlar, elektron mallar satan mağazalardan da vətəndaşların şəxsi nömrlərinə reklam xarakterli zənglər gəlir. Bu cür aldadıcı reklamların hər sahəni əhatə etdiyini qeyd edən vəkil onlarla mübarizə aparmağın da çox çətin olduğunu bildirib:

"İnsanların bu cür reklamlara aldanmasının əsas səbəbi maarifləndirmənin olmaması ilə bağlıdır. Kütləvi İnformasiya Vasitələrində aldadıcı reklamlarla bağlı ciddi xəbərdarlıqlar olmalıdır. Xüsusən də televiziyalarda istehlakçı hüquqları ilə bağlı proqramlar olmalıdır, amma bizim telekanalların heç birində bu cür xəbərdarlıqlara rast gəlmirik. Nəticədə isə insanlar satış şirkətlərinin niyyətindən xəbərsiz olur və onların "tor”una düşürlər. Qəzetlər və saytlar zaman-zaman bu kimi məsələlərə diqqət ayırır. Amma məsələ burasındadır ki, qəzet oxuyan insanların böyük əksəriyyəti əhalinin intellektli təbəqəsidir və onlar onsuz da istehlakçı hüquqlarından xəbərdardırlar. Amma televiziyanı uşaqdan – böyüyə kimi hamı izləyir. Ona görə də istehlakçı hüquqları ilə bağlı televiziyalarda aparılan hüquqi maarifləndirmələrin daha effektiv olacağını düşünürəm. Əks halda, mövcud problemlər daha qabarıq formada özünü büruzə verəcək”.

Qarşı tərəf də münasibət bildirə bilər. sherq.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Bu gün, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Bu gün, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Bu gün, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru