Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST .....                     AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş .....                     "Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" .....                     Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir .....                     Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... .....                     Yükü “ağır” olan Azərbaycan .....                     “Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası .....                     Dövlətlər də insanlar kimidir... .....                     Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... .....                     "Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı .....                     Nəhayətdə Köçəryan da cavab verəcək .....                     Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi .....                     "Bu çox mənfi bir presedent yaradacaq" .....                     Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur .....                     “Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? .....                     Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında .....                     Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                 

General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ: - “Bank maşınımı əlimdən aldı”
Tarix: 28-07-2017, 09:23 | Çap et
General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ:
O, bankın əməkdaşları tərəfindən aldadılaraq bahalı avtomobilinin əlindən alındığını bildirir. A.Mehmandarlının sözlərinə görə, 1 il yarımdır ki, avtomobilin harada saxlanıldığına dair məlumatı yoxdur və bank da bu barədə ona hər hansı rəsmi açıqlama verməkdən imtina edir:
“2014-cü ilin avqust ayında “Mersedes GL” markalı avtomobilimi BTB bankda girov qoyub, 50 min dollar kredit götürmüşəm. Aylıq ödəniş 1838 dollar idi. 9 ay kreditin ödənişini etdim. 2015-ci ildə devalvasiyadan sonra çoxsaylı müraciətlərimə baxmayaraq ödənişlə bağlı mənə heç bir güzəşt etmədilər. Devalvasiyadan əvvəl bu, 1400 manat idi, birinci devalvasiyadan sonra isə məbləğ 2000 manat edirdi. Bankın əməkdaşları mənə ədəbsiz təkliflər edirdilər. Mənə deyirdilər ki, subaydılar, mənimlə çay içmək istəyirlər və s. 50 min dollarlıq kreditə imza atsam da, mənə 40 min dollar verildi. 10 min dollarını bank özünə götürmüşdü. Bankdan mənə dedilər ki, guya ki mənə verilməyən 10 min dollar “şapka” puludur filan…”.

A.Mehmandarlı bildirib ki, bankın işçiləri ilə problem yaşadığıma görə ödənişi bir ay gecikdirdim:

“Daha sonra onlar Nizami Rayon Məhkəməsinə müraciət edərək avtomobil üzərində həbs tələb etdilər. Məhkəmə avtomobilim üzərində heç bir həbs qoymadı. Daha sonra bank Apellyasiya məhkəməsinə müraciət etdi. 2015-ci ilin 15 dekabrında Apellyasiya məhkəməsinin çıxardığı qərardadla avtomobili istifadə etməyimə qadağa qoyuldu. Avtomobildən istifadə etməyimə qadağa o demək deyil ki, avtomobil banka təhvil verilməli, yaxud da dövlətin dayanacağına qoyulsun”.

Həmsöhbətimizin sözlərinə görə, 2016-cı ilin fevral ayında övladlarının sağlamlığı ilə bağlı problemə görə avtomobili satmaq qərarına gəlib:

“Banka yaxınlaşdım. Samir Qəhrəmanov adlı şəxs məni BTB bankının problemli kreditlər şöbəsinin müdiri Cavid Zeynalovun yanına apardı. Cavid Zeynalov mənə acıqlandı ki, niyə ödənişi etmirəm, guya dövlətin pulunu yemişəm və s. O həm də ünvanıma ləyaqətsiz ifadələr səsləndirməklə məni təhqir etdi. Onlara izah etdim ki, avtomobilimi satıram. Borcum nədirsə, hamısını da ödəyəcəm. Həmin vaxt banka borcum 43 min dollar idi. Cavid Zeynalov mənə dedi ki, maşını ucuz qiymətə satmayım. Mənə yaxşılıq etmək istədiklərini bildirərək, maşınımı lizinqə salmağı təklif etdilər. Mənə bildirdilər ki, maşını 2 günlük onlara verim, daha sonra məsləhətləşək. Samirlə Cavid qeyrətlərinə and içərək bildirdilər ki, maşınıma heç nə ola bilməz. Heç bir sənəd imzalamadan mən avtomobilimi aparıb VİP Lizinq avtosalonunun qarşısına qoydum. Açar onlarda qaldı, nömrəni isə çıxarıb özümdə saxladım. Mənə dedilər ki, əgər lizinqlə razılaşmasam, avtomobili 2 gün sonra gəlib götürə bilərəm. Mən də bunlara inandım. Bir gün sonra məndən maşını lizinqə salmaq üçün 7800 manat pul istədilər. Razılaşmadım. Dedim, o zaman avtomobilimi verin gedim satım. Məni acılayaraq avtomobili verməyəcəklərini, niyə mənim bahalı maşın sürdüyümü dedilər. Cavid Zeynalov əsəbi formada bildirdi ki, maşınımı hərraca çıxarıb 20 min dollara satacaqlar. Yenə məni təhqir etdilər. Yaxınlaşdım banka ki, mənim maşınımı qaytarın. Sonradan məlum oldu ki, mənlə danışan Cavid Zeynalov BTB bankının Lizinq şöbəsinin müdiri imiş”.

Aygün Mehmandarlı bundan sonra sözügedən şəxslərlə bağlı Xətai Rayon Prokurorluğuna müraciət edir:

“Proqkurorluqdan mənə bildirdilər ki, bu, mülki məsələdir. Yəni məhkəməyə müraciət etməliyəm. Əlimdə zəruri sənədlər olmadığına görə məhkəməyə müraciət edə bilmədim. 4 ay sonra banka müraciət etdim ki, mənim maşınımın onlarda olmasına dair arayış versinlər. Mənə bildirdilər ki, mənim maşınım bankda deyil. İzah etdim ki, Cavid Zeynalov və Samir Qəhrəmanov adlı şəxs maşınımı əlimdən alıblar. Dedilər ki, onların banka heç bir aidiyyatı yoxdur, onlar lizinqdə olan avtomobillərə baxırlar. Mənə problemli şöbəyə müraciət etməyi məsləhət gördülər. Həmin şöbədən isə mənə avtomobillə bağlı heç nə deyə bilməyəcəklərini bildirdilər. Gəldim avtosalonun qarşısına. Samir Qəhrəmanov da orada idi. Ondan soruşdum ki, mənim maşınım haradadır. Mənə qarşı fiziki zorakılıq etməyə çalışdı. Dərhal “102” xidmətinə zəng etdim. 37-ci Polis Bölməsi işi araşdırmağa başladı. Lakin sonradan cinayət işinin başlanması rədd edildi”.

A.Mehmandarlı bildirdi ki, onun bankdan sənəd tələb etmək fikrindən dönəcəyi təqdirdə sözügedən şəxslər tərəfindən maşınının geri qaytarılacağı vədi verilib:

“Samir və Cavid daha sonra mənə dedilər ki, maşının 4 aydır bankda olmasına dair bankdan sənəd tələb etməyim. Qarşılığında isə maşını mənə qaytaracaqlarını bildirdilər. Razılaşmadım. Artıq 1 il 6 aydır, maşınım yoxdur. Bank da bir tərəfdən borcumu tələb edir. Bank Nizami Rayon İcra Şöbəsinə saxta sənəd təqdim edərək bildirib ki, guya mən avtomobilimi könüllü olaraq gətirib banka təhvil vermişəm. Mən də banka bildirdim ki, niyə mənim adımdan o cür saxta sənəd təqdim edilib. Əgər avtomobili banka təhvil vermişəmsə, ortada təhvil-təslim aktı olmalıdır. Bank bir tərəfdən Samir və Cavid adlı əməkdaşlarını tanımıdığını bildirir, digər tərtəfdən isə həmin şəxslərə bankın idarə heyəti sədrinin adından sənəd verilir ki, maşının saxlancı Samir Qəhrəmanova etibar edilsin”.
Həmsöhbətimz bundan sonra Nəsimi Rayon Məhkəməsinə mülkü qaydada müraciət etdiyini, lakin məhkəmənin işin cinayət tərkibli olduğu qənəatinə gələrək işi geri qaytardığını bildirdi.
Qeyd edək ki, Aygün Mehmandarlı məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib. “Bank BTB”-nin təqdim etdiyi sənədlərə əsasən Palatanın cavabında qeyd olunub ki, A.Muradxanlı məhkəmənin çıxardığı qərardaddan sonra avtomobil könüllü şəkildə banka təhvil verib.
Onu da əlavə edək ki, Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi, artilleriya generalı Səməd bəy Mehmandarovun nəticəsidir.
Femida.az qarşı tərəfin fikrini öyrənməyə hazırdır. Sayt məsələni gündəmdə saxlayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST - İLGİNC
Bu gün, 01:04
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 01:01
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR
Bu gün, 00:53
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:46
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Bu gün, 00:22
Yükü “ağır” olan Azərbaycan - ARAŞDIRMA
Bu gün, 00:17
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Bu gün, 00:12
Dövlətlər də insanlar kimidir... - Bahəddin Həzi yazır...
Dünən, 23:59
Ermənistan paytaxtında Lavrova qarşı etiraz aksiyası keçirildi... - Putinin şəkli və “qatil” sözləri olan pankart asıldı...
Dünən, 23:54
"Azadlıq" radiosu üçün 5,5 milyon ayrıldı AB sahiblənir...
Dünən, 23:48
Nəhayətdə Köçəryan da cavab verəcək - ŞƏRH
Dünən, 20:36
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi - KİV
Dünən, 20:32
"Bu çox mənfi bir presedent yaradacaq" - Etibar Məmmədov
Dünən, 19:46
Naxçıvanda icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətləri ləğv olunur - DİQQƏT
Dünən, 19:42
“Vopşe”, “tak çto”, “znaçit”: Bu sözlər lüğətimizə daxil edilir? – RƏSMİ
Dünən, 19:40
Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ
Dünən, 19:37
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Dünən, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Dünən, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Dünən, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Dünən, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Dünən, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Dünən, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Dünən, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Dünən, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Dünən, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Dünən, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Dünən, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Dünən, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Dünən, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Dünən, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Dünən, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Dünən, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Dünən, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Dünən, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Dünən, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Dünən, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Dünən, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Dünən, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Dünən, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Dünən, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Dünən, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Dünən, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Dünən, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Dünən, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Dünən, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Dünən, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Dünən, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru