Bu şirkət yenidən təşkil olunacaq .....                     Azərbaycan GUAM xətti ilə hərəkət edir... .....                     Əliyevdən Paşinyana son “ev tapşırığı” .....                     Mask dövlət işinə qayıda bilər .....                     İlham Əliyev açıq və net danışdı... .....                     Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... .....                     Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... .....                     "Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?" .....                     GDU ilə bağlı ŞOK FAKTLAR... .....                     Naxçıvanda KTN sistemi ağlar günə qalıb .....                     "TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var .....                     Bura elə turist gəlməsə, yaxşıdır... .....                     Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... .....                     Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... .....                     ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... .....                     Paşinyan üçün ciddi SİQNAL .....                     “Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” .....                     Trampın Əliyevin çıxışını paylaşması... .....                     Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                 

İşıq idarəsinin müdiri vətəndaşı ölümlə hədələyir – "SƏNİN BAŞINI KƏSDİRƏCƏM..."
Tarix: 31-05-2017, 09:22 | Çap et
İşıq idarəsinin müdiri vətəndaşı ölümlə hədələyir
Cəlilabad şəhər sakini Vüsal Həsənov tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, 24 aprel 2017-ci il tarixdə Cəlilabad rayon İşıq İdarəsi tərəfindən dükanına bildiriş gəlib və işığa olan 78 manat borcunu 5 gün müddətində ödəməsi tələb olunub:
“Mən 27 aprel 2017-ci ildə poçta gedib işıq pulunu ödədim, lakin qayıdanda gördüm ki, İşıq İdarəsinin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın işığını kəsiblər. Atam nə qədər desə də ki, oğlum poçta gedib, işıq pulu artıq köçürülmüşdür, məhəl qoymadan elektrik xəttini kəsiblər. Beləcə, Cəlilabad İşıq İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdur.
Mən atamla Cəlilabad rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədovun qəbuluna getdik. Aydın Məmmədov bildirdi ki, bildiriş sizə aprelin 21-də verilmişdir. Biz təəccüb içində qaldıq, 24 aprel 2017-ci il tarixli bildirişi və ödəniş çekini Aydın Məmmədova göstərdik, dedik ola bilsin ki, işçiləriniz sizi aldadıb. Bundan sonra Aydın Məmmədov atama müraciət edərək dedi ki, ağsaqqal, onda günah bizimdir, indi elektrik xəttini bağlatdıraram”.
Şikayətçi deyir ki, müdirin sözlərinə rəğmən, uzun müddət keçməsinə baxmayaraq dükanını elektrik enerjisi ilə təmin etməyiblər: “ Aydın Məmmədovun telefonuna zəng etdim, soruşdum ki, niyə belə edirsiniz, mənim borcum yoxdur, işıq pulunu da tam ödəmişəm, niyə işimizi pozursunuz və heç nədən get-gələ salırsınız? Lakin bu zaman müdir Aydın Məmmədov mənimlə əsəbi tonda danışdı, təhqir etdi, ölümlə hədələdi, dönə-dönə təkrar etdi ki, sənin arxana bıçağı soxaram.
Bundan sonra mən DİN 102 xidmətinə zəng vuraraq ölümlə hədələndiyimi bildirdim, Aydın Məmmədovun hədələrindən ehtiyatlandığım üçün polis idarəsinə getdim. Lakin orada qəribə hadisə baş verdi. Polis şöbəsinə gələn Aydın Məmmədov elə təhqiqatçı Fəridin yanında mənə hədə-qorxu gəlməyə başladı: “Mən sənin başını kəsdirəcəm, sənin arxana bıçaq soxacam. Mən sizin evinizin də işığını indi kəsdirəcəm. Azərbaycanda elə bir kişi varsa, gəlsin mən kəsdirdiyim işığı o qoşsun!”. Mən təəccüb içində qaldım, ona bildirdim ki, əvvəla bizim evdə “Smart” kart sayğacıdır, siz onu hansı əsasla sökürsünüz və kimə arxalanıb belə edirsiniz? Bu sözlərimdən sonra Aydın Məmmədov bildirdi ki, arxamda energetika naziri və Mehriban Əliyeva özü dayanıb, mən sənin işığını kəsim, sən də bax! Polis məmurunun yanında mənə təhqiredici sözlər desə, hətta söyüş söysə də, bu qanunsuzluq barədə heç bir tədbir görülmədi. Sadəcə polis məmuru Fərid mənə dedi ki, sən ona baş qoşma, qoy getsin, sonra da sən gedərsən...
Məni hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığım evə basqın etdi. Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək, “Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı.
Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb. Səbəb də budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib, İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın Məmmədov heç nədən başımıza bu oyunu gətirdi. Hələ üstəlik ekspertizadan saxta kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla tutdurmaq da istəyir.
Hal-hazırda cinayət xarakterli hərəkətlərə, şərəf və ləyaqətimin ləkələnməsinə xidmət edən hərəkətlərə yol verdiyinə, ünvanıma səlahiyyət həddi aşılmaqla əxlaq və qanun çərçivəsinə sığmayan təhqiramiz ifadələr işlətdiyinə, şəxsiyyətimi alçaltdığına görə Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədovu məhkəməyə vermişəm. Qanunları və Əsas Qanunun tələblərini ciddi pozan bu cür dövlət məmurları qanunun sərt üzü ilə cəzalandırılmalı, vəzifədən kənarlaşdırılmalı, barələrində cinayət qanunvericiliyinin tələbləri səviyyəsində ciddı və sərt tədbirlər görülməlidir. Onlara etimad edilmiş vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin dərəcəsini düşünmək istəməyən belə dövlət məmurlarının qanunsuz hərəkətləri vətəndaşları dövlətdən narazı salan hərəkətlər olub, bu cür hərəkətlərlə nəinki vətəndaşların qanunla qorunan mənafeləri pozulmuş olur, həm də dövlət adından danışdığına görə dövlət mənafeyinin özü də pozulmuş olur.
Xahiş edirəm ki, Aydın Məmmədov kimi özbaşına və qanunları tanımayan, sırf təsadüf nəticəsində həmin kresloda oturmuş dövlət məmurunun barəsində tədbir görülməsinə köməklik edəsiniz, mənim və ailəmin hüquqlarını müdafiə edəsiniz”.

İşıq idarəsinin müdiri vətəndaşı ölümlə hədələyir










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkət yenidən təşkil olunacaq
Bu gün, 08:55
Azərbaycan GUAM xətti ilə hərəkət edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:51
Əliyevdən Paşinyana son “ev tapşırığı” - Ağ Evin o müjdəsi...
Bu gün, 08:48
Mask dövlət işinə qayıda bilər - “Bloomberg”
Bu gün, 06:36
İlham Əliyev açıq və net danışdı... - nəyisə gizlətmədi...
Bu gün, 06:32
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... - HAMI FAYDALANACAQ...
Bu gün, 06:28
Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:13
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?"
Bu gün, 06:07
GDU ilə bağlı ŞOK FAKTLAR... - SƏN DEMƏ...
Bu gün, 06:01
Naxçıvanda KTN sistemi ağlar günə qalıb - dövlət təcili müdaxilə etməzsə...
Bu gün, 05:57
"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var - FOTOFAKT
Bu gün, 05:42
Bura elə turist gəlməsə, yaxşıdır... - AXI NİYƏ?..
Bu gün, 05:37
Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... - demək istədilər ki...
Bu gün, 05:32
Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... - AKTUAL
Bu gün, 05:25
Paşinyan üçün ciddi SİQNAL - NƏ BAŞ VERİR?
Bu gün, 05:14
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” - Rəşid Mahmudovdan İDDİA
Bu gün, 05:12
Trampın Əliyevin çıxışını paylaşması... - təsadüfi deyil...
Bu gün, 05:09
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55
Peskov DEYİR Kİ...
Dünən, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru