Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                     Bülletendə olanların pulu aylardır ödənilmir .....                     Əbülfəz Elçibəyin vəfatından 25 il ötür .....                     Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir .....                     Gələcəyin sahibləri .....                     İmtahan, yoxsa tələ? .....                     Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək .....                     "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." .....                     Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı .....                     ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib .....                     Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                 

Dizi bükülən Ağsunun boğaza çıxan problemləri... - İTTİHAM VAR
Tarix: 20-07-2016, 09:09 | Çap et
Dizi bükülən Ağsunun boğaza çıxan problemləri...
Ağsunun problemləri dəyişməz qalıb. Bu günə kimi qarşıya qoyulan tapşırıqlar yerinə yetirilməyib, ayrılan dövlət vəsaitləri təyinatı üzrə xərclənməyib. Bu da ölkə rəhbərliyinin əyalətlərin idarə olunması ilə bağlı konsepsiyası, apardığı statistik-analitik araşdırmalar üçün mühüm rol oynayıb. Məlum olub ki, son bir il ərzində özünü doğrultmayan icra hakimləri vəzifəsindən tədricən kənarlaşdırılsın. Son olaraq Göyçay icra başçısı haqda imzalanan fərman buna sübutdur. O baxımdan Ağsuya 9 ildir rəhbərlik edən Ənvər Seyidəliyevin də Göyçayın eks-rəhbəri Mübariz Ağayevin ardınca postunu təkr edəcəyi istisna olunmur. Bu barədə özəl qaynaqlardan “Gündəm-xəbər”ə daxil olan informasiyada qeyd olunur ki, 1950-ci ildə Ağsunun Pirhəsənli kəndindən anadan olan Seyidəliyev xeyli zamandır nazir qohumunun hesabına vəzifəsində qalmağa müvəffəq olub. 2007-ci il dekabrın 18-dən doğma rayonuna başçılıq edən Seyidəliyev əlini ağdan qaraya vurmayıb. Ağsuda olanlar da təsdiqləyər ki, rayonun sosial-iqtisadi inkişafı üçün heç bir iş görülməyib, abadlıq işləri isə icra hakimiyyəti binasının ətrafını əhatə edib. Qarşılığında isə Ağsudan gələn şikayətlər günbəgün artır; istər prezidentin elektron poçtuna, istərsə Prezident Administrasiyasına, istərsə də mətbuata ünvanlanan müraciətlərdə əhalinin problemlərindən bəhs olunur. Həm rayon, həm Ağsunun kəndlərinin sakinləri, o cümlədən sahibkarlar Seyidəliyevin və ətrafındakı məmurların özbaşınalıqlarından cana doyub. Nazir Səlim Müslümovun dayısı Seyidəliyev və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları camaata yaşamağa imkan vermir. Sakinlər vurğulayırlar ki, məmurların, xüsusən də, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları onların həyatını cəhənnəmə çeviriblər.
Məmurların arasında bölüşdürülən rayonda yaşamaq mümkün deyil. Ağsunun demək olar ki, bütün dövlət idarələrinin rəhbərliyi, ticarət obyektləri və torpaq sahələri bu iki məmurun şəbəkəsinin nəzarətindədir. Mikayıl İsmayılov kənd sakinlərinin maddi imkansızlığından istifadə edərək, torpaqları son qarışına qədər zəbt edib, yaxın qohumlarını “köy ağası” statusuna mindirib. Məmurlar vətəndaşlardan hətta pay torpaqlarını da zorla alırlar. Sakinlərin sözlərinə görə, rayonda icarəyə verilən bütün dükanlar, obyektlər məmurların yaxın ətrafınındır. Onlar da istədikləri qiymətə və istədikləri müddətə icarəyə verirlər, ürəkləri istədikləri vaxt da dükanı boşaltmağı tələb edirlər. Hansı kiçik dükanı belə, icarəyə götürmək istəyirsən, hamısının sahibləri bunların qohum-əqrəbası çıxır. Ona görə də sakinlər tezliklə rayona yeni icra başçısı göndəriləcəyi günü gözləyir.
Mənbənin “Gündəm-xəbər”ə dediklərinə görə, hazırda Seyidəliyevin komandasında müavinləri və köməkçisi meydan sulayır. Onun müavinləri - Rasim Novruzov, İqbal Mikayılov və köməkçisi Vüqar Atakişiyev Seyidəliyevin sahibkarlara, torpağı olan kəndlilərə qarşı təlimatlandırılmış kadrlarıdır. Ümumilikdə, Ənvər Seyidəliyevin rayon sahibkarlarına qənim kəsildiyi hər kəsə bəllidir. Daxil olan məlumatlarda bildirilir ki, rayonun icra nümayəndələri hər ay qapı-qapı düşərək obyektlərin həcmindən aslı olaraq müxtəlif məbləğdə sahibkarlardan pul tələb edirlər. Səbəbini soruşanda isə Ənvər Seyidəliyevin tapşırığı olduğu bildirilir. Bundan əlavə, aylıq pul ödəməyən sahibkarların obyektləri söküləcəyi ilə hədələnir. Ağsuda bütün sahələrdə ciddi problemlər yaşanır. Təhsil, səhiyyə və digər sahələrdə baş alıb gedən özbaşınalıq rayon sakinlərinin istismar olunmasına hesablanıb. Əhali yoxsulluq içində yaşadıqca problemlər də hər gün bir az artır. Bu isə icra başçısını qətiyyən maraqlandırmır.
Özlərinin heç bir maddi problemi olmayan və yağ-bal içində yaşayan icra başçısının qohumları rayon sakinlərini istismar etməkdən sanki həzz alırlar. Sakinlərin sözlərinə görə, rayonda işsizlik problemi daha çətin, daha acınacaqlıdır: “Təsəvvür edin, sosial yardım üçün müraciət etməyən adam tapılmır. Hamısı işsizlikdəndir. Dolana bilmirlər. Yoxsa, kim könüllü gedib, bürokratik əngəllərdən keçməyə cəhd edər? Sözsüz ki, ora da həm ədalətsiz, həm qanunsuz xidmət göstərən qurumdur. Ora gedənlər də haqqını tapa bilmir. Kimə istəyirlər, kimdən pul ala bilirlər, ona yardım verirlər. Ölkənin hər yerində olduğu kimi, Ağsu da bir qrup adamın əlindədir. Ölkə necə bir qrup adamın əlindədirsə, rayonlar da bir qrup adamın əlindədir. Rayonda qohumbazlıq, yerlibazlıq hökm sürür”. Sakinlərin sözlərinə görə, kənd təsərrüfatının ənənəvi sahələri rayonda inkişaf etdirilə bilərdi: “Heç kim bununla məşğul olmur. Ancaq bir qrup adam, rayonu talamaqla məşğuldur. Sahibkarlara verilməli olan subsidiyalar da mənimsənilir Bu, mənimsənilmə mexanizminə çevrilib. Hətta “Azqranata” zavodunda fəhlə işləmək üçün də tanış tələb olunur. Sakinlər bildirirlər ki, Ağsunun bələdiyyə torpaqlarını icra başçısı Ənvər Seyidəliyev və yaxınları qanunsuz olaraq, mənimsəyiblər: “Torpaqlar rayon sakinlərinə verilmir. Özləri alıblar və icra başçısı dəllalların vasitəsi ilə satdırır. Artıq satılmalı torpaq da qalmayıb. Hətta Şəhidlər Xiyabanının ətrafını da satıblar. Xiyabanın ətrafı evlərlə doludur. Şəhidlər Xiyabanı isə biz dəfələrlə müraciət edəndən sonra təmir edilməyə başlanıb”. Ağsu aşırımındakı restoranlara məmurlar göz dikiblər və bu obyektləri əhalinin əlindən almaq istəyirlər: “Ağsu sosial problemlərin ən çox olduğu rayondur. Ağsu dolaylarından min nəfərə yaxın adam dolanırdı, evinə çörək aparırdı. Oranı da iki-üç ildir ki, təmir adı ilə bağlayıblar. Bir neçə dəfə istəyiblər, buranı camaatın, ağsuluların əlindən alsınlar. Camaat imkan verməyib. Aksiya keçirildi. Məsələ şişirdildi, məmurlar da acığa düşüb, yolu bağladılar. Yalandan hər iki tərəfdən yazıblar ki, yol təhlükəlidir. Gələn maşınlar da İsmayıllı tərəfdən gedir. Əslində isə təhlükə yoxdur”. Sakinlər qeyd edirlər ki, son illər ərzində fəaliyyət göstərən həmin restoranlar məmurların güdazına gedərək, fəaliyyətsiz hala gəlib: “İndi nə baş verib ki..? Ağsu aşırımını da monopoliyaya götürürlər. Deyirlər ki, bu “pereval” ağsuluların əlindən çıxmalıdır. Qısası, məmurların Ağsu aşırımına gözləri düşüb. Oyun qururlar. Hətta 50-ci illərdən qalan polis postu da oradan götürülüb”. Sakinlərin dediklərinə görə, rayonda iş tapıb, işləyənlər də icra başçısının qohum-əqrəbasıdır: “İşləyənlər əsasən icra başçısının qohumlarıdır. Rayonda bütün idarələrdə işləyənlər Pirhəsənli kəndindəndir.
Ancaq Pirhəsənli kəndi yaxşı yaşayır. Bura Ağsunun Naxçıvanıdır, nazirin kəndidir. İdarə müdirləri əsasən Səlim Müslümovun qohumlarıdır. Məsələn, zibilyığan idarənin siyahısında yüzə yaxın işçi var. Ancaq cəmi 5-6 nəfər işləyir. Adları yazılanların hamısı icra başçısı Ənvər Seyidəliyevin qohumlarıdır. Adlarını yalandan yazıblar, maaş alırlar. Sosial yardım alan da yenə öz qohumlarıdır”. Bundan əlavə, Ağsu Suvarma Sistemləri İdarəsində də işlər qaydasında getmir. Səfər Məmmədovun rəhbərlik etdiyi idarədə mövcud olan neqativ hallar rayonda fermer təsərrüfatı ilə məşğul olan insanları xeyli qayğılandırır. Belə ki, idarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Rəisin yarıtmaz idarəçiliyi ucbatından rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir ki, bu da məhsuldarlığa pis təsir göstərir. İdarə rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Ağsu Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə əvvəlcə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Elan olunan tenderlərdə qanunsuzluqlara yol verilir, Səfər Məmmədovla qabaqçadan sövdələşən şirkətlər kağız üzərində keçirilən müsabiqələrdən qalib çıxarılır. Suvarma təsərrüfatının ehtiyacı üçün iş və xidmətlər, mal və materiallarla təmin etmək hüququnu qazanırlar. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Səfər Məmmədovun özünə qaytarılır. Ancaq S.Məmmədov da Ə.Seyidəliyevlə hesablaşır. İddialara görə, icra başçısıma hesabat verən rəis əvəzində rayonda biznesn qurmaq üçün müəyyən imtiyazlar əldə edib. Beləliklə, Ağsuya ağalıq edənlərin özbaşına fəaliyyəti elə bir ustalıqla həyata keçirilir ki, kimsənin “tükü tərpənmir”. Sakinlərin gün-güzəranı isə göz qabağındadır. Hər halda hörmətli icra başçısı da Ağsudakı vəziyyətdən agahdır. Ümid olunur ki, tənqidlərdən sonra bir müsbət dəyişiklik olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru