Şirzad Abdullayev Saatlıda necə rüsvay oldu? - FAKT
Tarix: 22-06-2016, 08:51 | Çap et
 İyunun əvvəllərində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. Foruma dəvət olunan fermer və sahibkarlara qabaqcadan bildirilmişdi ki, onlar tədbirə qatılsınlar.
Çünki Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev şəxsən iştirak edəcək və fermerlərə güzəştli şərtlərlə kreditlər veriləcək. Bunu eşidən fermerlər 3 il əvvəl həmin bu Şirzad Abdullaevin iştirakı ilə rayonun Qıraqlı kənd orta məktəbində bu mövzuda keçirilmiş iclasını xatırladılar...
Yalançının evi yandı...
Saatlıdan olan fermerler belə yerdə məşhur el məsələni xatırlamağa məcbur olublar: “Yalançının evi yandı, heç kim inanmadı”. Axı Ş.Abdullayev 3 il bundan əvvəl rayonun fermerlərini kredit verilməsi adı ilə bir dəfə aldatmışdı. O vaxt Ş.Abdullayevin iclasına qatılan fermerler tədbirin sonuna qədər gözlədilər. Ancaq onlara kredit verilməsi barədə bir kəlmə də vəd verən olmadı. İki gündən sonra televiziyalar bar-bar bağırdılar ki, bəs Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayon fermerlərinə 3 milyon manat məbləğındə kredit paylayıb. Fermer və sahibkarlar bir-biri ilə əlaqə saxladılar və məlum oldu ki, həmin məbləğ bir nəfərə verilib. O da əslən Saatlıdan olsa da, Bakı şəhərində yaşayır və mərkəzdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 3 milyon krediti də ona veriblər. Bununla da Saatlı fermer və sahibkarların Şirzad Abdullayevə olan inamı birdəfəlik söndü...
Fermerlər nazirin qəbuluna niyə buraxılmadı?
Yaxın vaxtlarda İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Saatlıda yerli sakinlərlə görüş keçirən zaman Şirzad Abdullayev tərəfindən aldadılmış fermerlər yenidən bir yerə toplaşaraq bu barədə nazirə məlumat vermək istəyiblər. Ancaq Ş.Abdullayev və onun adamları, daha doğrusu ətrafı bu görüşə mane olublar. Şirzad müəllim bu dəfə də fermerlərə söz verib ki, onların kredit məsələsini özü həll edəcək. Fermerlər bu dəfə də dövlət məmurunun yalan vədlərinin qurbanı oldular. Qarşıdan isə taxıl biçini, pambıq yığımı gəlirdi. Bu ciddi məsələlər fermerləri çox narahat edirdi. Axı bu məhsullar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Üstəlik, Prezident İlham Əliyev ölkədə pambıq əkin sahələrinin genişləndirilməsi, bu sahəyə xüsusi diqqət yetirilməsi barədə tapşırıq verib. Pambıq dünya bazarında yaxşı satıldığından ölkəmizin valyuta ehtiyatlarının artırılmasında çox əlverişli vasitədir. Ancaq sən saydığını say, gör Sahibkarlığa Kömək Milli Fondu nə sayır. Elə iyunun 3-də də Saatlıda İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun keçirdiyi görüşün əsas məqsədi də pambıqçılığın inkişafı ilə əlaqədar fermerlərə yardımçı olmaq idi. Amma...
Dövlət məmuruna yaraşmayan yalanlar...
Bu dəfəki işgüzar forumda əsas mövzu sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, Saatlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması və sahibkarların investisiya layihələrini maliyyələşdirmək olmuşdur. Lakin sahibkarların Şirzad Abdullayevə qarşı sönmüş inamı bu dəfə alovlanmış və onlar dövlət məmuruna bu yalanlara son qoymağı bildirmişlər. Onun ötən tədbirlərdə verdiyi yalan vədlər, “nazir Şahin Mustafayevin qəbuluna getməyin, özüm hər şeyi yoluna qoyacağam” deyərək, fermerləri aldatması açıq şəkildə üzünə deyildi... “Daha bəsdir bizi aldatdın. Belə yalanlar dövlət məmuruna yaraşmır. Həm də bu yalanlar cənab Prezidentin pambıqçılığın inkişafı ilə əlqədar verdiyi tapşırıqların ziddinə getməkdir”. Dövlət məmuru isə cavab verə bilmədi. Sözləri heç kimin başa düşə bilmədiyi bir tərzdə-kəkələyə-kəkələyə dedi. Sonra isə...
Yalanları ört-basdır edilə bilmədi
Bütün bunlardan sonra Şirzad A bdullayev tədbiri yarımçıq tərk etdi. Elan olundu ki, guya tədbir başa çatdı. Görünür dövlət məmuru yalanlarını ört-basdır edə bilmədiyindən aradan çıxıb. Həm də bu dəfə Saatlı fermerləri məsələni çox kəskin qoyublar: Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin fermerləri aldatması, onları “kredit oyununa” qoşması barədə Azərbaycan Prezidentinə və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə məlumat verəcəklər. Fermerlər bildiriblər ki, Şirzad Abdullayevin onları dəfələrlə aldatması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə yetişdirilən məhsulların vaxtında əkilib-becərilməsinə və toplanmasına əngəllər yaradır...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41 |
|
|
|
• Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29 |
|
|
|
• "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19 |
|
|
|
• ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06 |
|
|
|
• Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02 |
|
|
|
• ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59 |
|
|
|
• "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52 |
|
|
|
• Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45 |
|
|
|
• İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37 |
|
|
|
• Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31 |
|
|
|
• Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31 |
|
|
|
• İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26 |
|
|
|
• İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25 |
|
|
|
• Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22 |
|
|
|
• Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06 |
|
|
|
• Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04 |
|
|
|
• Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59 |
|
|
|
• Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52 |
|
|
|
• Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46 |
|
|
|
• Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44 |
|
|
|
• İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40 |
|
|
|
• Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38 |
|
|
|
• "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35 |
|
|
|
• Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31 |
|
|
|
• ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26 |
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
|