
" "CAMEX.az" kimi müştərisinə sayğısızlıq edən, öz nöqsanlarını ört-bastır edib müştərini günahkar çıxaran ikinci bir karqo şirkətinin olmadığını nəzərə alın..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Toğrul Hacıyev adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Baxmayaraq ki 2018-ci ildən müştəriləriyəm, xeyli dost-tanışıma tövsiyə edib müştəri bazalarını çoxaltmışam və xeyli nöqsanlarına görə şikayətçi olmamışam (bəzi hallarda maddi ziyan da çəkmişəm), müştəri olaraq hörmət görmədim. Əksinə, günahkar çıxardıb, əlavə pul "dartırlar".
Müştəri xidmətlərindəki front ofisdə əyləşən, üzlərindən “nur” saçanlara elementar bir məsələni izah edə bilmədim. Menecerə yönləndirmələrini istəyincə isə Gürcüstanda oturduğunu söylədilər.
Sistemləri bərbad, müştəri xidmətləri bərbad, saytları belə köhnədir və gecikmələrlə işləyir. Düşünürlər ki müştəri axını sonsuzdur və bu həmişə belə də davam edəcək.
Bir sözlə belə hallarla rastlaşmaq istəmirsinizsə digər karqo şirkətlərini nəzərdən keçirməyinizi tövsiyə edirəm..."