BU NƏDİ BELƏ: Səhiyyə nazirliyi bu prosesi durdurmalıdır... - ŞOK FAKTLAR
Tarix: 6-01-2025, 09:20 | Çap et
 "Ötən il süni mayalanma yolu ilə donor vasitəsi ilə qadının əkiz uşaq doğması barədə Ali Məhkəmənin təəccüblü qərarı barədə yazmışdım. Qadının əri arvadının donordan doğmasına razılıq vermədiyini iddia edirdi..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib. O daha sonra ço ilginc məqamlara toxunbaraq bildirib: "Arvadı və həkimi Öndər Tulumbacı isə kişinin razılıq verdiyini bildiridilər. Bununla belə, kişinin razılıq ərizəsi ortaya çıxmasa da, Ali Məhkəmə hesab etmişdi ki, kişi razılıq vermədiyini özü sübut etməlidir. Bu mövqeyin təəccüblü olması ondan ibarətdir ki, heç kəs etmədiyi bir şeyi sübut edə bilməz. Əksinə, onun nəyisə etdiyini iddia edənlər bunu sübut etməlidir. Konkret bu halda kişinin ərizə verdiyini iddia edənlər ərizəni təqdim etməli idilər. Amma etməmişdilər. Bu dəfə oxşar bir iş üzrə Ali Məhkəmənin fərqli qərarını bölüşürəm. Deməli, burada cütlüyə 2017-ci ildə “Mərkəzi Klinika” MMC xdimət göstərib. Bu dəfə də əkiz uşaqlar doğulub (2018-ci ildə). Bu dəfə də kişi sonradan bilib ki, həkimlər onu aldadaraq uşaqları ondan deyil, donordan doğuzdurublar: “Həkimlər iddiaçını əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirmişlər. 25.05.2018-ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər iddiaçıdan xəbərsiz əlbir olaraq, donordan istifadə etmişlər.” Buna görə də kişi atalığının ləğvi və vurulan zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə üz tutub. Klinika məhkəməyə guya kişinin imzladığı razılıq ərizəsini (özü də tarixsiz) təqdim etmişdir. Həmin ərizəyə görə kişi arvadının donordan doğuzdurulmasına razılıq bildirir. Ağdam rayon məhkəməsi bunu rəhbər tutaraq kişinin iddiasını rədd etmişdir. Lakin kişi ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi xətşünaslıq ekspertizası keçirərək müəyyən etmişdir ki, imza həqiqətən də kişiyə məxsus deyil və bunun əsasında onun iddiasını qismən təmin etmişdir: 8586,34 manat maddi ziyan, 1000 manat isə mənəvi ziyan kimi tanımışdır. Tərəflər məbləğ və digər ikincidərəcəli məsələlər barədə Ali Məhkəməyə şikayət etmiş və sonuncu sırf bu məsələlərin araşdırılması üçün işi yenidən apellyasiya məhkəməsinə qaytarmışdır. Lakin əsas fakt odur ki, kişi razılıq ərizəsi verməmişdir. Buna baxmayaraq, arvadını donordan doğuzdurublar. Üstəlik üzünə də durublar ki, ərizə vermisən. Lakin təqdim etdikləri ərizədəki imza kişiyə məxsus deyil. Bir sözlə, kişini aldadıblar! Öndər Tulumabcının həkim olduğu işdən fərqli olaraq bu işdə əsas presedent yaranıb: kişi razılıq vermədiyini sübut etməli deyil! Ərizə imzalayıbsa, onu klinika təqdim etməlidir. Etmirsə, deməli, yoxdur ərizə. Təqdim edirsə, imzanın həqiqiliyi yoxlanılmalıdır. Odur ki, süni mayalanmaya gedən kişilər! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Son olaraq... Başqa məsələ ki, süni mayalanma əsnasında donordan istifadənin özü BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının 7-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən uşaq, mümkün olduğu dərəcədə, valideynlərini tapmaq (tanımaq) hüququna malikdir. Buna görə də əksər ölkələrdə, o cümlədən əxlaq səviyyəsinə bəzən şübhə etdiyimiz Avropa ölkələrində, habelə bizə ən yaxın olan Türkiyədə donor vasitəsilə süni mayalanma qadağandır. Bizdə isə qanunsuz olaraq buna yol verilir. Azərbaycan sözügedən Konvensiyaya qoşulub. Buna görə də bu biabırçılığa son qoyulmalıdır..."











|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Bu gün, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
|