`VMF`lə də VAXT GETMİRMİŞ... - GİLEY
Tarix: 10-12-2024, 09:18 |
Çap et
"Şikayətim "VMF" firmasındandır..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində sosial şəbəkə istifadəçisi Elxan Əsgərov qeyd edib.
O daha sonra əlavə edib: "Mən bir dəfə aldım... peşman elədilər... 2 dəfə xarab olub saat...
Deyirlər, yenə xarab olsa, gətir... Yəni dəyişmək... geri qaytarmaq söhbəti yoxdur...
Saatın 2 il zəmanəti var, hec aldığımın üstündən 6 ay keçməyib... Amma artıq 2 dəfə dayanıb saat..."
"DİA-AZ" qeyd edir ki, 20 ildən çox Azərbaycan bazarında dünya şöhrətli saat markalarını təmsil edən VMF 2018-ci ildə öz saat markasını istehsal edib. VMF saatlarının müəllifi isə ANS Şirkətlər Qrupunun qurucusu Vahid Mustafayevdir.