Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib .....                     MİDA-nın 620 minlik tenderi ləğv edildi .....                     “Qoca qitə” çarə axtarışında: .....                     Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? .....                     Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi .....                     Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü .....                     “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib .....                     Erməni əsilli İsveç deputatı haqlıdırmı? .....                     Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib .....                     Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub .....                     Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... .....                     Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib .....                     Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? .....                     “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” .....                     “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? .....                     Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? .....                     “Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub .....                     14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU .....                     Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi .....                     Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... .....                     Vüsal Aslanov daha bir rəisi işdən çıxardı .....                     Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar .....                     Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb .....                     Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? .....                     Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun .....                     “Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ .....                     Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı .....                     Lalə Babayeva işdən çıxarıldı .....                     Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... .....                     Azərbaycanda şirkətin direktoru istefa verdi .....                     Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər .....                     Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... .....                     İcra başçısının qardaşı vəfat etdi .....                     "Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" .....                     Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır .....                     “Direktorun otağında görüş keçirmək etik sayılmaz” .....                     “Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” .....                     Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı .....                 

Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu? - AKTUAL
Tarix: Dünən, 23:25 | Çap et
Arestoviçin Əliyevlə bağlı tarixi sözləri: O, nəyi nəzərdə tutdu?
II Dünya müharibəsindən sonra qurulan, Soyuq müharibənin bitməsi ilə yenidən formalaşan dünya nizamının tranformasiyaya uğradığı, beynəlxalq münasibətlər sisteminin çətin sınaq qarşısında qaldığı müşahidə edilir. Ukrayna ətrafında baş verənlər – bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin geosiyasi bazarlığa çıxarıldığı vəziyyət bunun real örnəyidir və belə görünür ki, Trampın Ağ Evə qayıdışından sonra qlobal nizam xaos mərhələsinə qədəm qoyub. Hərçənd, Ukraynada müharibənin başlandığı 3 il öncəki proseslərə diqqət etdikdə bugün baş verənlərin təməlinin Bayden administrasiyası zamanı qoyulduğunu görmək mümkündür.

Rusiyanın Ukraynaya hücumu kollektiv Qərb tərəfindən qlobal güc kimi qəbul edilmək məqsədi daşıyırdı, lakin burada təkcə Moskvanın yox, Vaşinqtonun da maraqları vardı: ABŞ bu müharibə ilə mərkəzdən qaçan və Çinlə əməkdaşlığı genişləndirərək, “güc mərkəzi”nə çevrilmək istəyən Avropanı öz çətiri altına qaytarmağı, eyni zamanda, qlobal hakimliyinə rəqib kimi önə çıxan Pekinin qarşısını kəsməyi planlaşdırırdı.

Üç il davam edən müharibədə hər iki tərəf – ABŞ və Rusiya hədəflərinə, müəyyən qədər də olsa, nail oldular.

– Moskva Şərq cəbhəsində “əsas güc” olduğunu nümayiş etdirdi və bunun qəbul etdirilməsi istiqamətində irəliləyiş əldə etdi;

– Vaşinqton Qərb cəbhəsində Avropanın “güc mərkəzi”nə çevrilməsinin qarşısını aldı və öz nəzarətini gücləndirdi.

Müharibənin gedişində Ukraynanın geosiyasi hesablaşmada poliqon kimi istifadə edildiyi daha aydın görünürdü. Ukraynanı silahlandıran ABŞ və Avropa ölkələri bu silahlardan Rusiya ərazisində istifadə edilməsinə imkan vermir, o cümlədən, Kiyev üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə sistemlərini göndərmirdi. Ukraynaya silahlar faktiki olaraq, qalib gəlməsi üçün yox, müharibəni davam etdirmək üçün verilirdi.

Nəticə göz önündədir. Yüz minlərlə qurban, milyonlarla qaçqın, dağılmış infrastruktur, qaranlıq gələcək.

Və ən dəhşətlisi odur ki, üç illik müharibədən sonra bu müddətdə geosiyasi məqsədləri naminə Ukraynanı poliqona çevirənlər indi onun təslim olmasını istəyirlər. Rəsmi Kiyev olmadan danışıqlar aparan ABŞ və Rusiya müharibənin bitməsini müzakirə edir və hər iki tərəfin Ukraynadan almaq istədikləri var.

– Rusiya 2014-cü ildəki sərhədlərin (Krım və Donbasın bir hissəsi) qəbul edilməsini, eləcə də müharibədə zəbt etdiyi ərazilər üzərində nəzarətin tanınmasını istəyir;

– ABŞ müharibə dövründə verdiyi yardımların qarşılığında Ukraynanın faydalı qazıntılarından – neft və qaz, eləcə də infrastrukturu da daxil olmaqla – strateji əhəmiyyətli sərvətlərindən əldə olunan gəlirlərin ən azı 50 faizini tələb edir;

Faktiki olaraq, iki oyunçudan biri – Rusiya – Ukraynanın ərazisini, digəri – ABŞ – sərvətlərini istəyir. Əslində müharibənin başlanmasında geosiyasi hədəflərin bu olduğu aydın görünürdü: qlobal güc kimi qəbul edilməyə çalışan Rusiyanın bu istəyi ABŞ tərəfindən təmin olunur; Avropanın “güc mərkəzinə” çevrilməsini istəməyən və Çinin önünü kəsməyi planlaşıran ABŞ hədəflərinə müəyyən qədər də olsa çatır; yekunda Ukraynadan daha qazanclı çıxmağın müzakirəsini aparırlar.

Ukrayna örnəyi bir neçə strateji faktoru yenidən aktuallaşdırdı:

1. Hər bir ölkə milli təhlükəsizliyini öz imkanları çərçivəsində təmin etməlidir;

2. Qlobal güclərin geosiyasi hesablaşmasında tərəf olmaq günün sonunda ölkənin məhv olmaq təhlükəsini də özü ilə gətirir;

3. Hər bir ölkə belə bir vəziyyətlə üzləşməmək üçün doğru siyasət izləməli və daim güclü olmalıdır.

“Belə vəziyyətə düşməmək üçün İlham Əliyev olmağı bacarmaq lazımdır. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir. O, Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu”.

Bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Ukraynada Azərbaycan lideri İlham Əliyevi tez-tez nümunə göstərirlər. Haqlıdırlar, çünki təkcə postsovet məkanında yox, qlobal müstəvidə ölkəsinin geosiyasi toqquşmaların poliqonuna çevrilməsinə imkan verməyən, həm də bu toqquşmalardan maksimum yararlanaraq, milli maraqlarını qoruyan yeganə lider İlham Əliyevdir. Ukraynadan fərqli olaraq, Azərbaycan 30 il işğaldan əziyyət çəkdi və Qarabağ münaqişəsi dünyada yeganə məsələ idi ki, ABŞ və Rusiyanın timsalında qlobal oyunçular uzlaşma xəttindən çıxış edirdilər. Dünyanın müxtəlif coğrafiyalarında toqquşan tərəflər məhz Qarabağda ortaq mövqe sərgiləyir, Ermənistanın maraqlarını müdafiə edirdi. 2023-cü ilin 20 sentyabrında Xankəndidə suverenliyimizin bərpası ilə nəticələnən antiterror tədbirlərindən üç gün öncə – 17 sentyabrda ABŞ, Rusiya və Fransa nümayəndələrinin İstanbulda gizli toplantı keçirməsi, Azərbaycanın qarşısının alınmasının yollarını müzakirə etməsi də bunun örnəklərindən biridir. Halbuki həmin vaxt ABŞ və Rusiya Ukraynada toqquşurdu. Bütün bunlara rəğmən, İlham Əliyev Azərbaycana qarşı birləşən qlobal gücləri “oyundankənar vəziyyətə” salaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Buna görə dünyada “İlham Əliyev olmağı bacarmaq lazımdır” fenomeni yaranıb.

Ukraynada baş verənlər fonunda qlobal nizamın dağılması, meydana çıxan yeni geosiyasi şərtlər Azərbaycanın da qaşısında yeni çağırışlar qoyur. Bu, İlham Əliyevin yaratdığı güclü Azərbaycan fenomeninin qorunması naminə dövlət-xalq birliyinin möhkəmləndirilməsindən ibarətdir. Çünki dünyada qlobal anarxiya mərhələsi başlanır:

– II Dünya müharibəsindən sonra formalaşmış Avroatlantik məkanda daxili ziddiyyətlər yaranıb: ABŞ Avropanın maraqlarını nəzərə almır, Avropa Birliyinə üzv ölkələr arasında qarşıdurma genişlənir, “Köhnə qitə”də indiyə qədər təbliğ olunan dəyərlər arxa plana keçir;

– Beynəlxalq hüquq və bu hüququn təminatçısı rolunda çıxış edən institutlar sıradan çıxır: artıq BMT-nin təsir mexanizmləri mübahisə mövzusudur, ABŞ-ın dünyanın ali orqanından çıxmaq istiqamətində atdığı addımlar prosesi daha da sürətləndirir;

– Liberal dəyərlər yerini ultra-radikalizmə, liberal bazar iqtisadi müharibələrə verir;

– Dünyada “güclü olan haqlıdır” prinsipi artıq aksiomaya çevrilməkdədir.

Qlobal cəngəlliyi xatırladan geosiyasi vəziyyətdə dünya faktiki olaraq qeyri-müəyyən perspektivlərlə üzləşib. Bu mənzərə hər bir dövləti öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün güclü olmaq, öz gücünə arxalanmaq çağırışı ilə üz-üzə qoyub, o cümlədən, Azərbaycanı. Azərbaycan digər dövlətlərlərdə ən azı bir addım öndədir, çünki milli lider İlham Əliyev qlobal çağırışlara qarşı ölkənin immun sistemini daha öncədən gücləndirib və bu gün güclü Azərbaycan fenomeni beynəlxalq münasibətlər sistemində nümunə olaraq qəbul edilir. İndi dövlət və xalq olaraq, güclü Azərbaycan fenomenini qorumaq üçün daha sıx birləşmək, dövlət-xalq birliyini möhkəmləndirmək milli vəzifəmizdir.

Asif Nərimanlı









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58
Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48
Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44
Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37
Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12
14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01
Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59
Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 11:52
Vüsal Aslanov daha bir rəisi işdən çıxardı - ƏMR
Bu gün, 11:50
Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?
Bu gün, 11:47
Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb - "Politico"
Bu gün, 11:42
Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...
Bu gün, 11:30
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun ifadəsi elan olunub
Bu gün, 11:25
“Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ - NARAZILIQ VAR...
Bu gün, 11:22
Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı - FOTO
Bu gün, 11:19
Lalə Babayeva işdən çıxarıldı - ƏMR
Bu gün, 11:17
Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:14
Azərbaycanda şirkətin direktoru istefa verdi - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Bu gün, 10:57
Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... - SƏSİ SONRA ÇIXACAQ
Bu gün, 10:56
İcra başçısının qardaşı vəfat etdi
Bu gün, 10:49
"Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" - MÜSAHİBƏ
Bu gün, 10:47
Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır - deputat
Bu gün, 10:45
“Direktorun otağında görüş keçirmək etik sayılmaz” – Deputatdan həmkarına SƏRT REAKSİYA
Bu gün, 10:22
“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:14
Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:12
Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:04
ABŞ Ukraynaya şərtini açıqladı – “Müharibəni dayandırmağın yeganə yolu budur”
Bu gün, 09:58
Mirşahin Ağayevə ağır itki üz verdi
Bu gün, 09:50
“Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 09:46
Paşinyan türk ordusunu Ermənistana çağıracaq - ŞOK İDDİA
Bu gün, 09:43
2 aylıq körpə xəstəxanada öldü
Bu gün, 09:38
Rafael Ağayev bu ölkəni seçdi
Bu gün, 09:37
KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:24
“Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər”
Bu gün, 09:14
Tanınmış ifaçı balkondan yıxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru