Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
“Dövlət kilsənin işlərinə, kilsə isə dövlətin işlərinə qarışmamalıdır”. “Yeni Müsavat” qeyd edir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədə erməni icmasının bir qrup nümayəndəsi ilə görüşü zamanı bildirib. Hökumət və kilsə münasibətlərindəki problemlərə gəlincə, Nikol Paşinyan qeyd edib ki, kilsə şəffaf olmalıdır.
“Hamı hökumətdən şəffaflıq tələb edir: hara getdiyinizi, kiminlə və nə yediyinizi, necə nəfəs aldığınızı deyin... Biz də bununla razıyıq. Bu sualları cavablandırmaqdan imtina etmirik. Həm də təkcə biz yox, dostlarımız, qohumlarımız, hətta həyatında heç olmasa bir dəfə salamlaşan insanlar da şəffaf davranmalıdırlar. Niyə kilsə də şəffaf olmasın?”, - Paşinyan bildirib. Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, “bəs niyə kilsə şam satanda ödəmir? Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq”, - o əlavə edib. Baş nazir həmçinin kilsənin fəaliyyəti dövlətdən ayrı olduğu üçün bütün ermənilərin katolikosu II Qaregini dəyişmək məqsədi güdmədiyini vurğulayıb.
Kilsə ilə hökumət arasındakı qarşıdurma Paşinyan və müttəfiqlərinin 2018-ci ildə küçə etirazları dalğasından sonra hakimiyyətə gəlişi ilə başlayıb. “Məxməri inqilab” ölkəni 20 il idarə edən və kilsə ilə yaxşı münasibətdə olan köhnə qvardiyanı süpürdü. Ermənistanın 44 günlük müharibədə məğlub olması münasibətlərdəki gərginliyi daha kəskin həddə çatdırdı. Belə ki, həmin məğlubiyyətə görə II Qaregin də hökuməti açıq şəkildə tənqid etdi. Ermənilərin Dağlıq Qarabağı tamamilə tərk etməsi də hakimiyyətlə kilsə arasında münaqişəni daha da artırdı. Katolikos “artsax”ın itirilməsinin əsas səbəblərindən biri kimi “Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla bağlı yanlış siyasətini” göstərir. Paşinyan hökuməti isə bunlara cavab olaraq Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırdı. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib. Baqrat Qalstyanın rəhbərlik etdiyi anti-Paşinyan hərəkatına kilsənin açıq dəstəyi münasibətlərin hansı həddə gərgin olduğunu bir daha göstərdi. Paşinyan isə buna reaksiya verərək “ümumerməni kilsəsi siyasətlə məşğul olmaq istəyirsə, siyasi partiya yaratsın” dedi. Baş nazir vurğulamışdı ki, kilsə ilə dövlətin funksiyalarını qarışdırmaqdan təhlükəli heç nə yoxdur: “Üst-üstə düşən bir çox məsələlərin olmasına baxmayaraq, dövlət və kilsə öz işi ilə məşğul olmalıdır”.
Kilsə və hökumət arasında münasibəti katolikos II Qareginin Paşinyanla bir müddət əvvəlki söz atışması da sübut edir. Paşinyanın “ölkəmizdə Tanrıya inanmayan ruhanilər var” replikasına “Tanrıya inanmayan insan din xadimi ola bilməz” cavabını verib. Paşinyan daha sonra ikibaşlı söz atıb: “Kilsə ilə hökumət arasında münasibətlər yaxşı deyilsə, deməli, kilsənin Tanrı ilə yaxşı münasibəti yoxdur”. Ekspertlərə görə, II Qareginlə Paşinyan arasında qarşıdurma ən azı 2026-cı ilin iyununda keçiriləcək növbəti parlament seçkilərinə qədər davam edəcək.
“Ermənistan kilsə dövlətidir. Uzun illər kilsə dövlətin həyatında iştirak edib. Bu gün də kilsənin təsiri qalır. Çünki erməni diasporu kilsə ilə həmfikirdir. Amma hakimiyyət "real Ermənistan" deyəndə həm də kilsənin idarəçiliyə müdaxilə etməməsini nəzərdə tutur. Kilsə isə həmişə qan-qadaya çağırıb. Halbuki din sülhə dəvət etməlidir. Bu mənada, Paşinyan son 6 il ərzində kilsənin siyasi rolunu xeyli azalda bilib və məsafə saxlayıb" - “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bu qənaətdədir.
Son olaraq keşiş Baqratın başladığı hərəkatın fiaskoya uğradığını xatırladan S.Əsədli hesab edir ki, bu, Paşinyanın kilsə üzərində qələbəsi və erməni cəmiyyətinin artıq Eçmiədzinə inamının dəfn olunmasının göstəricisi idi. VHP funksionerinin fikrincə, revanşizmin təbliği fayda vermir və yeni erməni nəsli daha müharibə istəmir: “Sözsüz ki, qisas hissi ola bilər. Ancaq irəliyə baxmağa çalışırlar. Kilsə və Qarabağdan Ermənistan siyasətinə gəlmiş keçmiş klan xalqa yaşatdığını yaşadıb. Məlum oldu ki, bu illər ərzində ermənilər nə Cəbrayıl, Zəngilan haradır bilmirlər, nə işğaldan xeyir görüblər. Onların "artsax" mifi də darmadağın oldu. Ona görə də daha kilsə-diaspora-keçmiş klan birliyinə inam yoxdur. Odur ki, əsl Ermənistanda yaşamaq haqda fikirləşirlər. Bu da Qarabağsız Ermənistandır. Yəni sərhədlər dəqiqləşir və sülh imzalanır. Kilsə və onun başındakı II Qaregin isə hələ də utopiya danışır, revanş xülyaları ilə yaşayır. Bundan da Paşinyan istifadə edir və xalqa seçim qoyur".
Qəzetimizə bu mövzunu şərh edən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə Erməni Apostol kilsəsi ilə Paşinyanın ulduzlarının hakimiyyətə gəldiyi gündən toqquşduğunu düşünür: “Demək olar ki, kilsə hökumətə təsir etməyə çalışır. Paşinyan isə kilsəni siyasətdən kənarda qoymağa cəhd edir. Kilsə çox çalışdı ki, onu devirsin. Xüsusən keşiş Srbazan qabağa verildi, amma nəticəsi olmadı. Nikolun İsveçdə kilsənin vergidən yayındığını deməsi də xüsusi vurğulanmalıdır. O deməkdir ki, Paşinyan yeni təzyiqlərə başlayacaq”.
Partiya rəsmisinin sözlərinə görə, kilsə ərazi iddialarının əsas səbəbkarıdır: “II Qaregin Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesinə mane olur. Paşinyanın qondarma soyqırımdan imtinası da kilsədə narazılıq doğurur. Göründüyü kimi, kilsə avantürist siyasətdən əl çəkmir və Ermənistanda qütbləşmənin dərinləşməsində, qonşulara düşmənçilikdə mühüm rol oynayır. İndi də barışa qarşı gedir. Bu da ilk növbədə erməni xalqında etiraza səbəb olmalıdır. İsveç görüşündə çıxışı isə göstərdi ki, Paşinyan kilsənin üzərinə getməkdə davam edəcək, siyasi hücumları artıracaq. Ancaq kilsə də geri addım atmır. Ona görə. Paşinyan növbəti mərhələdə kilsənin dayaqlarının zəiflədilməsi istiqamətində yeni islahatlar aparacaq. Bu da seçkidən sonraya təsadüf edəcək. Ümumilikdə erməni kilsəsi müəyyən qədər zəiflədilib, amma siyasətə təsirləri hələ də qalmaqdadır”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə Mirvari Qəhrəmanlının qızının əleyhinə QƏRAR ÇIXARDI - ƏSLİNDƏ İSƏ...
Bu gün, 12:02 |
|
|
|
• “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58 |
|
|
|
• Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50 |
|
|
|
• Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45 |
|
|
|
• ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23 |
|
|
|
• Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21 |
|
|
|
• Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18 |
|
|
|
• ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15 |
|
|
|
• Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11 |
|
|
|
• “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57 |
|
|
|
• Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48 |
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30 |
|
|
|
• Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02 |
|
|
|
• Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24 |
|
|
|
• Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20 |
|
|
|
• Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41 |
|
|
|
|