“Təəssüf ki, illər öncə Naxçıvan Muxtar Respublikasında idarəçilik səbatsız şəkildə aparılıb. Bəzən belə təsəvvür yaranırdı ki, biz dövlət içində dövlət formalaşdırırıq. Mərkəzdən qaçma meyilləri güclənmişdi”.
TNS xəbər verir ki, bunu sabiq maliyyə naziri, professor Fikrət Yusifov TNS TV-nin “Doğru məkan” proqramına müsahibəsində deyib.
Sabiq nazir ilk dəfə Vasif Talıbovla aralarında yaranan insidentdən danışıb.