Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... .....                     Ermənistan sülh istəmirsə, bizə də lazım deyil .....                     Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü .....                     Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü .....                     Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər .....                     Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli .....                     "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" .....                     Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur .....                     İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? .....                     Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi .....                     Az çiskin olacaq... .....                     Bayden administrasiyası son həmlələrini reallaşdırır .....                     Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB .....                     Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib .....                     Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar .....                     2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? .....                     Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? .....                     Əhəd Abıyevin yeni işi məlum oldu .....                     Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb .....                     Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı .....                     Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır .....                     Eyni adama məxsus 4 şirkət ləğv olunur .....                     Niftulla Məmmədlinin xanımı vəfat etdi .....                     Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır .....                     Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... .....                     Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin .....                     Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? .....                     İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                     Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir .....                 

Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Tarix: Bu gün, 08:40 | Çap et
Paşinyanın yeni sülh sazişi blefi
Ermənistan sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndinə dair Azərbaycana təkliflər göndərib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib. Onun sözlərinə görə, müsbət cavab verildiyi təqdirdə, Ermənistan sənədi imzalamağa hazırdır. “Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etdik və Azərbaycan müsbət cavab verərsə, müqaviləni imzalamağa hazırıq”, - Paşinyan qeyd edib.

Yada salaq ki, Prezident İlham Əliyev dekabrın 17-sində Dmitri Kiselyova verdiyi müsahibəsində sülh sənədinin 17 maddəsinin 15-i razılaşdırıldığını deyib. “Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüş zamanı aydın oldu ki, bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu yaxınlarda vurulmuş zərərin təhlili başa çatdı. Dövlət başçısı vurğuladı ki, buna 4 il vaxt sərf edildi. İşğal illərində vurulan zərər təqribən 150 milyard dollardan çoxdur. Qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini sərhədimizdə yerləşdirməməklə bağlıdır: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq”.

Azərbaycanın prinsipial mövqeyi bəllidir və dəyişməz olaraq qalır. Rəsmi Azərbaycanın şərtlərini hər cür bəhanə ilə qəbul etməyən İrəvanın yeni göndərdiyi təkliflərdə çətin ki, Bakını təmin edən mövqe olsun.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında rəsmi İrəvanın destruktiv siyasətindən bəhs etdi: “Ermənistanın baş nazirinin açıqlamaları onu göstərir ki, hələ də oyunbazlıqla məşğuldur. Prezident İlham Əliyevin mövqeyi səlis, prinsipial və qətiyyətlidir. Danışıqlarda iki olduqca əsas məqam konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupunun ləğvi məsələsidir. Ermənistan bu iki məsələ ilə hələ də razılaşmır, müxtəlif bəhanələr gətirməyə çalışır. Digər məqam bölgədə 3-cü qüvvələrin mövcudluğuna son qoyulmasıdır. Ermənistan bu məsələdə də israrlıdır. Görünür, sərhəddəki son təxribatlar da həmin missiyanın bölgədə fəaliyyət müddətinin uzadılmasına yönəlib”.

C.Məmmədov qeyd etdi ki, digər mühüm məsələ kommunikasiyaların açılmasıdır: “Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizi açılmalıdır. Biz Naxçıvana sərbəst gedib-gələ bilməliyik. Ermənistanın hazırkı təklifləri Azərbaycanı qane etmir. Hələ də Paşinyan müxtəlif kəsişmələrdən, layihələrdən danışır. Ermənistan Azərbaycanın şərtini qəbul etməlidir. Yekun olaraq, dövlət başçımızın bəyan etdiyi kimi, Ermənistana sülh lazım deyilsə, Azərbaycana da lazım deyil. Bütün hallarda prosesdə gecikən və ən çox zərər görən tərəf Ermənistandır. Bunu anlamalıdırlar”.

Politoloq, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, Ermənistan rəhbərliyinin təkliflərinin nələrdən ibarət olduğunu hələ bilmirik: “Ermənistandakı analitiklərin fikrincə, təkliflər bundan ibarət ola bilər: avropalı müşahidəçilər sərhəddə demarkasiya olunan hissələrindən çəkiləcəklər, sərhədin digər hissələrində də belə proseslər həyata keçirildikcə bu müşahidəçilərə ehtiyac qalmayacaq. Amma bunların yalnız boynunda "binokl olan mülki şəxslər" olmadığı və sərhədin bir çox hissələrində hərbi infrastruktur yaradıldığı bəllidir. Demək, Ermənistan aldadıcı manevr etmək istəyir".

Q.Çaxmaqlı bildirdi ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın əsas şərtləri bunlar deyil: “Əsas şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycan ərazilərinə iddia ilə bağlı yer alan maddə və ifadələrin çıxarılmasıdır. Ermənistan deyir ki, konstitusiya dəyişikliyi referendumla olmalıdır və bu referendum 2026 - cı ildən tez keçirilə bilməz. Paşinyan bildirir ki, Konstitusiya Məhkəməsi demarkasiya ilə bağlı Komissiyanın sənədini təsdiq edibsə, bu, artıq ərazi iddialarının olmadığının sübutudur. Bu fikri Paşinyanın öz ölkəsində belə lağa qoyanlar var və Azərbaycanı bu yolla aldadacağını düşünməsi özü qeyri- ciddiliyin əlamətidir”.

Politoloq qeyd etdi ki, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı da Ermənistan rəhbərinin aydın mövqeyi yoxdur: “Qarabağ məsələsi yoxdursa, o zaman nə üçün Paşinyan Minsk Qrupunun ləğvi ilə bağlı mövqeyini açıqlamır? Sülh arzulayan ölkə məğlub olduğu ölkənin şərtlərini ağıllı şəkildə müzakirə edib, qərar verməlidir. Bu, hələ ki Ermənistandan gələn mesajlardan aydın olmur. Erməni rəhbər özünü elə göstərir ki, guya bütün siyasətini sülhə nail olmaq üzərində qurub. Amma bu, belə deyildir. 44 günlük savaşın bitməsindən artıq dörd ildən çox vaxt keçib. Sülh müqaviləsi yoxdursa, demək, bunu ürəkdən istəyən siyasi iradə çatışmır. Bu məsələdən Paşinyan daxili siyasəti dizayn etmək üçün də istifadə edir. Gələn il keçiriləcək seçkilərə də o "sülhpərvər lider" kimi getmək istəyir. Özü bilər. Amma Azərbaycan üçün prinsipial olan məsələləri axıracan başa çatdırmaq kimi bir dövləti vəzifəsi vardır. Tanıdığımız bir toplum və dövlətə güvənmək kimi lüksümüz olmamalıdır".

Yazı çapa hazırlanarkən məlum oldu ki, Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla, Azərbaycanla sülhün əldə edilməsinə dair 12 təklifini dərc edib. Musavat.com bildirir ki, Ermənistanın baş naziri bu barədə sosial media hesabında paylaşım edib. Digər təkliflər arasında silahlara qarşılıqlı nəzarət mexanizmlərinin formalaşdırılması, döyüşkən ritorikadan imtina və sülh müqaviləsinin imzalanması ilə “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi daxildir. Ermənistanın baş nazirinin fikrincə, Azərbaycanın iki hissəsi arasında Ermənistan ərazisindən keçən kommunikasiya məsələləri (və əksinə) və iki ölkədən olan qaçqınların problemləri bütövlükdə nəzərə alınmaqla, bu çərçivədə həll edilə bilər. Həmçinin bu məsələyə ekspert komissiyalarının cəlb edilməsini də zəruri sayır.

Ümumilikdə görünən budur ki, N.Paşinyanın mövqeyi sülhü yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır. Xüsusilə ona görə ki, Paşinyan Azərbaycana Qərbi Azərbaycan terminindən imtinanı “tövsiyə” edir. Eyni zamanda Qərbi Azərbaycan dedikdə, Naxçıvanı və digər ərazilərimizi nəzərdə tutduğunu bildirir. Bununla da o, Azərbaycan Prezidentinin qərbi azərbaycanlılarla görüşüb, onları dinləmək təklifindən yayınmağa cəhd göstərir. Bu, Paşinyanın növbəti blefidir. Amma bu yol nə özünə, nə də ölkəsinə xeyir gətirməyəcək, Azərbaycan Prezidenti xilas yolunu göstərib. Bakının beynəlxalq hüquqa əsaslanan qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüququnun tanınması təklifinə də “yox” deməsi Paşinyana və bütövlükdə Ermənistana çox baha başa gələ bilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44
Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41
2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39
Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36
Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28
Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24
Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20
Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59
Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru