Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? .....                     Əhəd Abıyevin yeni işi məlum oldu .....                     Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb .....                     Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı .....                     Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır .....                     Eyni adama məxsus 4 şirkət ləğv olunur .....                     Niftulla Məmmədlinin xanımı vəfat etdi .....                     Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır .....                     Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... .....                     Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin .....                     Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? .....                     İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                     Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir .....                     SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? .....                     Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ .....                     Məşhur idmançının məhkəməsidir .....                     İranın sirli generalının Bakıya qəfil səfəri .....                     Pasiyentin həyatını heçə sayan "həkimlər" .....                     Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, .....                     Tələbə təqaüdləri nə vaxt artırılacaq? .....                     İstehsalçılar unun qiymətini açıqladı .....                     Paşinyanın saytında şokedici məlumatlar tapdım .....                     Oskanyan Qərbi Azərbaycandan danışdı .....                     "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox" .....                     Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib .....                     Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! .....                     Pakistanın Baş naziri Azərbaycana səfər edəcək .....                     BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb .....                     "Döyülə-döyülə buralara gəlib çıxmışıq" .....                 

Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:37 | Çap et
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh sazişinə maneə olan səbəblərdən danışıb. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Onun sözlərinə görə, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir: “Biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Prezident ümid etdiyini bildirib ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtləri qəbul ediləcək: “Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri”.

Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılacağını vurğulayıb. Bildirib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Sərhədlərin delimitasiya və demarkasiyası barədə danışan ölkə başçısı bu zaman bir çox amillərin – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair - nəzərə alınmalı olduğunu qeyd edib: “Ermənistan ilə Azərbaycan arasında mövcud olan şərti sərhəd, birincisi, ehkam deyil. Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik”.

Azərbaycan Prezidentinin müsahibəsindən bir gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan onun fikirlərinə münasibət bildirib. Paşinyan bildirib ki, İrəvan sülh strategiyasına sadiq qalacaq və sülh gündəmini ardıcıl olaraq davam etdirəcək. Deyib ki, Ermənistan təcavüz deyil, dialoq dilindən istifadə edəcək: “Biz bundan sonra da sərhədlərin demarkasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh qovşağı” layihəsinin həyata keçirilməsi, humanitar məsələlər, o cümlədən itkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə diqqətimizi davam etdirəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Bakı daha əvvəl bildirmişdi ki, sülh sazişi layihəsinin 17 bəndindən 15-i razılaşdırılıb. Rusiya dövlət mediasına verdiyi müsahibədə İlham Əliyev bildirib ki, İrəvan və Bakı bir-birinə qarşı beynəlxalq məhkəmə çəkişmələrindən çəkinmək və üçüncü dövlətlərin nümayəndələrini sərhəddə yerləşdirməmək bəndləri ilə bağlı hələlik razılığa gəlməyiblər.

Paşinyan bildirib ki, sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı həll yolları təklif olunub və Azərbaycanın müsbət cavab verəcəyi təqdirdə İrəvan sazişi imzalamağa hazırdır.

İlham Əliyevin “Zəngəzur dəhlizi”nin açılmalı və açılacağı, “nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır” bəyanatına Paşinyan belə cavab verib: “Ermənistan Respublikası “Sülh yollarının kəsişməsi” layihəsini masaya qoyub və həyata keçirmək üçün çalışır. Gündəliyimizdə başqa layihə yoxdur”.

Zəngəzur dəhlizinin açılması barədə İlham Əliyevin fikirlərinə münasibət bildirən Paşinyan xatırladıb ki, Ermənistan Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı Azərbaycana konkret təklif verib. “Bu, təklifdən daha çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycanın müsbət cavabını gözləyirik, bundan sonra saziş kağız üzərində yazılacaq və biz dəmir yolunun özümüzə aid hissələrinin tikintisinə başlayacağıq”, - deyə hökumət başçısı bildirib.

İlham Əliyevin “Ermənistan silahlanmağı dayandırmalıdır” bəyanatına Paşinyan belə cavab verib: “Ermənistan Respublikası ordusunun islahat gündəmində qeyri-legitimlik elementi yoxdur”.

Baş nazir xatırladıb ki, Ermənistan Respublikası bütün qonşularının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və eyni şeyi, yəni Ermənistanın ərazi bütövlüyünün Azərbaycandan aydın və qeyd-şərtsiz tanınmasını gözləyir.

“Mən həmçinin elan etdim ki, biz Ermənistan Respublikasının işğal olunmuş ərazilərinin 200 kvadrat kilometrdən artıq hissəsinin hərbi yolla geri qaytarılması problemini qoymuruq, çünki sərhədlərin delimitasiyası prosesi bu problemi sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə imkan verir”, - Baş nazir bildirib.

Paşinyan təsdiqləyib ki, yanvarda sərhədin demarkasiyası komissiyalarının iclası planlaşdırılır. "Mən əminəm ki, 2024-cü ildə demarkasiyanın müsbət təcrübəsi sakit, iş şəraitində inkişaf etdirilməlidir. Biz belə işə hazırıq", - Baş nazir yekunlaşdırıb.

Politoloq Fərhad Məmmədov Azərbaycanın dövlət başçısının mövqeyini şərh edərək, 2025-ci il üçün Ermənistanla münasibətlərin əsas tendensiyalarını qeyd edib. Politoloq sülh müqaviləsi ilə bağlı Azərbaycanın şərtlərinin ötən ilin sonunda ifadə olunduğunu xatırladıb:

“Burada ilk növbədə danışıqların ancaq ikitərəfli formatda aparılması qeyd olunmalıdır. Həmçinin bunlar;

- birbaşa mətndə üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq qurumlarda qarşılıqlı iddialardan imtina etmək üçün qarşılıqlı öhdəliklərdir;

- Sülh prosesinə gəlincə, bu, sülh müqaviləsi imzalanana qədər ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyaya düzəlişlərin edilməsi deməkdir. Prezident İlham Əliyev bu şərtlərin təfərrüatı üzərində dayanmadı və qeyd etdi ki, mövqe dəyişməyəcək və vəziyyəti dəyişə biləcək heç bir kənar qüvvə yoxdur. Nəticə etibarı ilə bizdə Azərbaycanın yanaşma çərçivəsi var: “...Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Biz bunu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik”.

Fərhad Məmmədov vurğulayır ki, Prezidentin çıxışında Ermənistanın demilitarizasiyasına geniş yer verilir: “Bu da fövqəladə vəziyyətin göstəricisidir. Eyni şəkildə Prezident İlham Əliyev Fransanın prosesə neqativ təsiri barədə xəbərdarlıq etdi və il yarımdan sonra Fransa prezidenti ilə danışıqların təfərrüatlarını açıqladı. Xatırladım ki, Makron Qarabağda olmayanı tanımaqla hədələmişdi. Bu o deməkdir ki, bu mövzuda da tələlər var... Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar: Qərbdə çoxları deyir ki, Azərbaycanın Ermənistanın demilitarzasiyası tələbi qeyri-adekvatdır. Qeyd olunur ki, Ermənistan suveren dövlətdir və silah almaq hüququna malikdir. Bəli, bu doğrudur... Amma Ermənistanın yaradılması ideologiyası bu ölkənin qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, azərbaycanlılardan təmizlənmiş ölkənin nasist prinsipində yatır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, sabah nə olacaq?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. İndi gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq”.

Ekspert bildirir ki, Azərbaycan Prezidenti dünya geosiyasətində baş verən dəyişiklikləri vurğuladı və Ermənistanın hərbiləşdirilməsi kontekstində yeni çalarlara toxundu. Onun sözlərinə görə, Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunub, indi isə Fransa, Hindistan, İran və ABŞ-a istiqamətlənir. Sabah Ermənistandan bu dövlətlər tərəfindən Azərbaycana qarşı istifadə edilməyəcəyinə təminat haradadır?!

F.Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. O, xatırladır ki, Paşinyan bu fərqin daha çox olduğu 2019-cu ildə Qarabağda qışqırırdı.

Politoloq onu da bildirib ki, Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandıran mövzulardan biridir və prezident bunu xüsusi vurğuladı. Belə görünür, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq qərarına gəlsə, müəyyən mərhələdə Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır. Azərbaycan Prezidenti şərti sərhəddə durbinlə şəkil çəkdirən dövlət başçıları ilə bağlı ifadələrdən yayınmadı...

Sərhədlərin dəqiqləşdirilməsi barədə danışan ekspert bildirib ki, hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib. “Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır”, - o vurğulayıb.

F.Məmmədov qeyd edib ki, de-fakto sülh yaxın gələcəkdə həll etməli olacağımız bir məsələdir. “Aydın oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Bu o deməkdir ki, biz faktiki sülh vəziyyətini necə gücləndirəcəyik, bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik: məsələn, ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhədlərin dəqiqləşdirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsi və hərbçilərin geri çəkilməsi”, - politoloq bildirib.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36
Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28
Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24
Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20
Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59
Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
"Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14
Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11
Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək - “The News International”
Bu gün, 09:45
BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:42
"Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27
Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09
"Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08
Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58
Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55
Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 08:46
Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40
Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru