“Deyirlər ki, get, hara istəyirsən şikayət et” .....                     Tramp Kopenhagendən də cavab aldı .....                     Həbs edilən diplomatdan nə xəbər? .....                     Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var .....                     Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi .....                     SOCAR İnsan Resursları Portalında NONSENS!!! .....                     "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" .....                     Müğənnilərin sayı NİYƏ ARTIB? .....                     “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, .....                     Neft qiymətləri bahalaşır .....                     Yaxşı olar ki, Tehran odla oynamasın .....                     "Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." .....                     Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi .....                     Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... .....                     ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... .....                     Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? .....                     Burda elə işlər çevrilir ki... .....                     "Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" .....                     Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib .....                     Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU .....                     Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı .....                     Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? .....                     Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir .....                     Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır .....                     Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə .....                     Makron ona görə qəzəblidir ki... .....                     Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq .....                     Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... .....                     Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi .....                     İrəvan sülhdən daha çox zamana oynayır .....                     "Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" .....                     Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... .....                     Bakı-Kazan-Bakı aviareysi ləğv edilib .....                     Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? .....                     "Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." .....                     Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün .....                     Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? .....                     İran 120 minlik ordu ilə kimə meydan oxuyur? .....                     “Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... .....                 

“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Tarix: Dünən, 10:23 | Çap et
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Müəllimə Aygün Sadıq facebook səhifəsində təhsilimizin problemlərindən həm ürək yanğısı, həm də çox böyük cəsarətlə yazdığı “Bizə dəstək olun, hörmətli insanlar!” adlı yazısını elə mən də ürək ağrısı ilə oxudum. Yazını oxuduqca dəhşətə gəlirsən ki, təhsilimiz belə biabırçı bir vəziyyətlə hara gedir? Təhsilimizi belə rəzil günə salanların, müəllimi isə valideyn qarşısında belə başıaşağı edənlərin, nəticədə şagirdləri təhsildən uzaqlaşdıraraq, savadsız bir nəslin böyüməsində maraqlı olanların məqsədi nədir? Bu sualın cavabını Təhsilimizin başında oturanlar bilər...

Beləliklə, qərara gəldim ki, Aygün xanımın ürık ağrısı ilə qələmə aldığı yazısını və mənim də ona şərhimi olduğu kimi istəkli oxucularımızın diqqətinə çatdırım. Axı bu ağrılı problem Aygün müəllimənin şəxsi problemi deyil. Əgər “Gənclər bizim gələcəyimizdir” deyiriksə, o gənclərin bu günkü taleyinə biganə qalmağa mənəvi haqqımız yoxdur. İnanıram ki, çox hörmərli və vətənpərvər Aygün müəllimənin bu haqlı harayı cavabsız qalmayacaq.

***

Müəllim yazır:

-Çox şey görmüşəm 17 ildə. Nə yaxşı ki, əsəblərim dəmirdəndir və peşə fəaliyyətində məni hirsləndirmək mümkünsüzdür: istənilən hücum zamanı təbəssüm və təmkinimi qorumuşam. Hətta səsimin tonu o qədər asta olub ki, ucadan danışmaq rica edilib. Amma bunu etməmişəm. Bilirəm ki, hazırlıqlı gəlirlər: diktofon, gizli kamera... İndiyə qədər müəllim qala bilmisənsə, bir qism valideynlər səni yıxmayıblarsa, deməli, əsəbini idarə edə bilirsən. Çünki bunun imtahanını vermişik. Yadınızdadırsa, müsahibə öncəsi demişdim: nədən kəssələr də, psixologiyadan kəsə bilməyəcəklər, çünki onu ixtisasımla bərabər şəkildə, bəlkə də, ondan da çox inkişaf etdirir, yürüdürəm.

***

Təhsilə nə olub?-belə deyirlər... Batıb? Hələ bundan da pis olacaq. Nə qədər ki, səlahiyyətləri aldılar əlimizdən və valideynlərə verdilər, nə qədər ki, təhsili valideynlər idarə edir, bundan betər olacaq. Uşağa söz demək olur? Yazıq müəllim qarışır, üstünə hücum çəkirlər, qarışmır, onda da deyirlər "müəllim hara baxır?". Azzara baxır, dərdə baxır! İmkan verirsiniz ki, tərbiyə edək? Uşağınızı evdə eşşək kimi çırpır, qeyri-etik ifadələrlə böyüdür, amma məktəbdə bir az danlasaq, şığıyıb cumursunuz müəllimi döyməyə! Evdə kobudcasına hüquqları pozulan uşağın hüquqları nədənsə məktəbdə yada düşür.

Mənim işlədiyim yerdə həftədə biri gəlir üstümüzə, sanki avtoritetdir, “reket”dir. Uşağın yanında evdə müəllimin əleyhinə danışıqlar gedir. Məktəbdə də döyməyə gələndə uşaqların yanında, göz önündə edirlər təhqiri. Uşağı öyrədib göndərirlər, “onu de, bunu de, qorxma, arxandayam, qızışdır onu, çalış vursun, qalanını özün düz-qoş elə, iz qalsın, videoya çək, tamamdır”.

Elə bil xalq düşmənidir müəllim. Bu insanlarda, uşağına savad öyrədənə qarşı bu qədər kin, bu qədər aqressiya, bu qədər nifrət hardandır?

Sual verirəm: bu hücumun səbəbi nədir? Cahillərə bu cəsarəti verən nədir? Özüm də cavab verirəm: arxasızlıq, yiyəsizlik. Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır. Bizi o qədər qeyri-ciddi görürlər ki, heç klinikamız belə yoxdur: Onun-bunun klinikalarında o bu üstümüzə çımxıra-çımxıra, hamı itələyə-itələyə, məzlumcasına növbə gözləyə-gözləyə qalırıq. Bir çox qurumların ayrıca klinikaları var. Bəs niyə Təhsil Nazirliyinin və bu qədər müəllim ordusunun ayrıca kilinikası, hospitalı olmasın?

***

Çox çətindir müəllim olmaq. Hər hərfini, hər vergülünü gözləyirlər ki, şərləsinlər. Hər an hər şey edə bilərlər və adekvat davranmaqdan adam yorulur. Valideyni çağırırsan ki, uşağın dərsinə gəl, otur; gəlməz. Evdən durub əmr, ultimatum göndərər: "Onu elə etmə, belə et, dərsi bu cür keçmə, mən istəmirəm. “Vapşe” sən dərs keçmə mənim uşağıma! İttəmiləm".

Tapşırıq verirsən, valideyn qorxusundan qalırsan belə. Çox tapşırıq verəndə də cumur, az verəndə də cumur. Eyni adam!

Deyir, uşağın gündəliyinə qiyməti niyə rəqəmlə yazmırsan? İzah edirəm ki, başa düşürəm, hər kəs uşağının gündəliyində konkret rəqəm görmək istəyər və bu, bizə də asandır, qiymətləndirmə vaxt aparmır; amma rəqəmlə yazmağa icazəmiz yoxdur, ən mənfi nəticəni belə, müsbətə yönəlik və konkret cümlə şəklində, inkar şəkilçisi işlətmədən yazmağımız lazımdır, qayda belədir. Yola gəlmir. Qalırıq təlimatlarla valideyn arasında. Onun istədiyini etsək, qanunu pozmuş oluruq, etməsək, vəssalam, hücum.

Dərsi sovet üsulunda tələb edir, buna isə ixtiyarımız yox; onların əmrinə əməl etməyəndə ərli-arvadlı hücum başlayır. Dərsində oturmağa gəlmirlər. Amma əmr verməyə biri bəs etmir, acıq verir kimi ər-arvad bir yerdə gəlirlər üstümüzə. Yəni, "sən tək qadınsan, biz cüt, mutlu, nə edə bilərsən bizə?!". Bunun psixoloji tərəfini kim düşünəcək? Heç kim!...

Bəli, valideyn aşkar şəkildə müdaxilə edir işimizə. Onlar, çağıranda gəlmir, iclasa ən lazımlı valideynlər gəlmir, gələndə uşağının dərsi ilə maraqlanmağa yox, bizdə səhv axtarmağa, bizlə döyüşməyə, vuruşmağa gəlirlər.

***

Cəmiyyət müəlliminə dəyər verilən gün dirçələcək. Bizə fərqi yoxdur, həqarətlərə, hücumlara, böhtana öyrəncəliyik. Biz öz işimizi vicdanla görürük. Məhv olan sizsiniz, sizin gələcəyinizdir, sizin həyatınızdır, sizin cəmiyyətdir.

***

P.S. Özü də ki, gizli baxmaqdansa, bir fayda verməyə çalışın. Biz terrorçu deyilik ki, güdəsiniz. Uşağınızı bilmədən, tanımadan, tərəddüdsüz əmanət etdiyiniz yeganə insanlarıq... Biz müsbətə yönəlik insanlarıq. İşimiz zərər vermək yox, təlim vermək, təhsil verməkdir. Sadə vətəndaşlar bizi dəstəkləsə, inanın, çox şey dəyişər. Bizə dəstək olun, hörmətli insanlar! Biz ayın sonunda maaşı gözləyib pul üçün yaşayan biriləri deyilik, ən aşağı maaşla keçib gəncliyimiz, amma heç dəyişmədik. Uşağınız qəbul olunanda maaşımız artmır, "2" yazanda maaşımız azalmır; uşağınız aşağı qiymət alanda düşməncəsinə sevinmirik, əksinə, onlar qədər üzülürük; uşağınız işə girəndə, o qazanıb biz yeməyəcəyik, onların mənfəətindən bəhrələnən siz olacaqsınız. Bizə dəstək olun, hörmətli insanlar!

***

Hörmətli Aygün xanım, bütün bu yazdıqlarınızı oxuyandan sonra qərara gəldim ki, siz bu dünyada əsl cəhənnəm əzabı yaşayırsınız. 2015-ci ildən mənim məktəbli övladım yoxdur. Yazdıqlarınızı oxuyandan sonra isə, dəhşətə gəldim ki, yəni doğrudanmı müqəddəs saydığımız müəllim peşəsini və müəllimi bu qədər alçaltmaq olar? Bunun səbəbini də çox gözəl göstərmisiniz.Yəni, arxanızda duran yoxdur...

Aygün xanım, İtalyan yazıçısı və rəssamı Covanni Bokkaçonun belə bir kəlamı var: "Dərdli adama acımaq, təsəlli vermək, insana aid xüsusiyyətdir. Lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun".

Hörmətli Aygün xanım, Emin Əmrullayev də daxil olmaqla, son illər təhsilə rəhbərlik edən hansı nazir əlinə jurnal alıb, bircə dəfə də olsun sinfə girərək, heç olmasa 45 dəqiqə dərs deyib? Misir müəllimdən başqa heç biri... Bununla demək istəmirəm ki, Misir Mərdanov yaxşı nazir idi. Hər-halda müəllim işləmişdi. Amma təhsilimizi və şagirdləri kor qoyan, bu günə qədər də mahiyyətini hələ heç kimin dəqiq bilmədiyi kurrikulumu təhsilimizə sırıyan da M.Mərdanov idi... Nə isə...

Bəli, əlinə jurnal alıb sinfə girməyən nazir, müəllimin nə çəkdiyini hardan bilsin? Bir nazir deyirsə ki, (Emin Əmrullayev) "Bizim dövrümüzdə də məktəbdə uşaqlardan pul yığılırdı", onda, əlbəttə, valideyn müəllimin yaxasından tutub silkələyəcək də... Nazir bununla məktəbin təhsil ocağı statusundan çıxıb, bazara dönməsinə şərait yaratmırmı? Bazarda da ki, hər şey sizin yazdığınız kimi olur. Yəni, ara qarışır, məzhəb itir... İndiki arxasız, dayaqsız, amalı, məqsədi millətin balalarına elm, savad öyrətmək olan sizin kimi vicdanlı müəllimlərə lap yazığım gəldi. Keçmişdə valideyn uşağını məktəbə verəndə müəllimə deyirdi ki, "əti sənin, sümüyü mənim". Bununla da demək istəyirdi ki, uşağa nə edirsən, et, təki dərs-savad öyrənsin. İndi isə valideyn uşağına görə az qala müəllimin ətini yeyir... Əcəb epoxaya düşmüşük...

Biz gələcəyimizi bəs kimə etibar edək? Savadsız bir zümrə böyüyür axı. Qocaman müəllimlər, həkimlər, mühəndislər və s. dünyasını dəyişəndən sonra, onları kim əvəz edəcək? Bunu qətiyyən düşünən yoxdur... Nə isə...

Aygün xanım, yazdıqlarınız vətənini, dövlətini sevən, vətənpərvər bir xanımın harayıdır, SOS siqnalıdır. Bu haray qurğuşun tökülmuş qulaqlara çatacaqmı? Çətin! Qalır sizin halınıza acımaq. Təhsilin problemlərini o qədər incəliyinə kimi yazmısanız ki, əlavə sözə ehtiyac yoxdur... Bircə onu deyə bilərəm ki, Allah sizin kimi, müqəddəs müəllim peşəsinin adını qoruyub saxlayan, bunun üçün hər cür səviyyəsizin sözünü götürməyə məcbur olan, amma yolundan, amalından dönməyən bir müəllimi qorusun. Bəlkə kar qulaqlar nə vaxtsa açıldı və məktəb öz əvvəlki səviyyəsinə qayıtdı. Necə deyərlər, yeməkdən ümid yaxşıdır...

Ustad şairimiz Musa Yaqub ümidlə bağlı belə yazıb:

" Ahıllar iş başında,

Tarlasını becərir.

Aşiqlərin bağında,

Tər çiçəklər cücərir...

Mənimsə heç nəyim yox,

Hər şey ötüb keçəri..

Qapını açıq qoydum,

Ümid girsin içəri".

İndi Aygün xanım, ümid qapısını açıq qoyun... Dünyanın işini bilmək olmaz... Məktəblərdəki bu biabırçı vəziyyət həmişə belə davam edə bilməz. Bir gün təhsilin də yiyəsi olacaq... Mütləq olacaq. Onda sizin kimi vicdanını pula satmayan müəllimlərə xüsusi hörmət olacaq, heykəl qoyulacaq.

Elçin MƏMMƏDLİ - tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07
Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02
Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52
Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49
Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41
SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40
"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30
Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21
Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20
Yaxşı olar ki, Tehran odla oynamasın - UYARI!
Bu gün, 11:15
"Hətta İntiqam Əliyev işi şəxsən nəzarətinə götürdüyünü dedi, lakin..." - NARAZILIQ VAR...
Bu gün, 11:12
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi – Rusiyadan əmr gəldi
Bu gün, 11:06
Kritik seçim: Vaşinqton ya Ankaranı seçəcək, ya da... - Tramp Suriyanı Türkiyənin ixtiyarına buraxacaqmı?
Bu gün, 11:03
ÖRTÜLÜ BAZAR bizə ona görə yaddır ki... - Rəsmi Bakı açıq gedişlər edir...
Bu gün, 11:00
Makronun maniakal "erməni sevgisi" Fransaya necə zərbələr vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:53
Burda elə işlər çevrilir ki... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 10:50
"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"
Bu gün, 10:47
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bu gün, 10:45
Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU YAYILDI
Bu gün, 10:40
Azərbaycana məxsus 3 gəminin girov götürülməsi ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Bu gün, 10:37
Diaspor işimiz NƏDƏN BÜDRƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 10:35
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir - MƏQALƏ
Bu gün, 10:26
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 10:23
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi yol üstündə - Çətin durumla üzləşdilər
Bu gün, 10:13
Makron ona görə qəzəblidir ki... - İNCƏLƏMƏ
Bu gün, 10:11
Ermənistanın ABŞ-dan dəstək almaq cəhdi puça çıxacaq - Erməni politoloq
Bu gün, 10:10
Suraxanıda SƏFƏRBƏRLİK PROBLEMİ... - İTTİHAM VAR...
Bu gün, 10:09
Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Bu gün, 10:04
İrəvan sülhdən daha çox zamana oynayır - FAKT BUDUR!
Bu gün, 09:59
"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - DİQQƏT!
Bu gün, 09:58
Uşaq bağçasının həyətində RESTORAN AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:56
Bakı-Kazan-Bakı aviareysi ləğv edilib
Bu gün, 09:54
Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi? - AKTUAL
Bu gün, 09:41
"Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə adları qeyd olunur ..." - Ekspert danışır...
Bu gün, 09:33
Makronun Azərbaycanı Rusiyaya doğru SIXIŞDIRMA CƏHDİ... - NƏ ETMƏLİ?
Bu gün, 09:29
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır
Bu gün, 09:28
Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...
Bu gün, 09:26
İran 120 minlik ordu ilə kimə meydan oxuyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
“Azcosmetics” MMC-də QARANLIQ İŞLƏR... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:18
Burda körpələrin həyatı təhlükədədir - VİDEOFAKT
Bu gün, 09:11
Məhkəmə Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan şəxslə bağlı QƏRAR VERDİ
Bu gün, 09:03
Azərbaycanda bələdiyyə sədrinin möhürü oğurlanıb?
Bu gün, 09:01
İran "Zəngəzur açıqlaması"nı niyə TƏKZİB ETDİ? - Ermənistanda yaranan panikanın DETALLARI
Bu gün, 09:00
MB-dəki islahatlar NƏYƏ HESABLANIB? - ŞƏRH
Bu gün, 08:58
Sabiq məmurun oğlu ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 08:57
İran sərhədimizə qoşun yığmağa BAŞLADI: Tehran NƏYƏ HAZIRLAŞIR? - Görünəni odur ki...
Bu gün, 08:56
Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? – Sabiq nazir mühüm məqamları açdı
Bu gün, 08:54
Müştərinin nə sifariş etdiyi önəmli deyil - Önəmli olanı "Starex kargo"nun nə göndərəcəyidir...
Bu gün, 08:52
Aİ ilə Bakı arasında iki CİDDİ PROBLEM - Danışıqların nəticəsi...
Bu gün, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru