“Expressbank” ASC-nin Risklərin İdarə Edilməsi departamentinə yeni direktor təyin edilib.
Banker.az xəbər verir ki, yeni vəzifəyə təyin edilən Məmmədov Fədail idi.
Fədail Məmmədov 2022-ci ilin noyabrından indiyə qədər “Expressbank”da Kredit riski üzrə anderraytinq şöbəsinin rəhbəri, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin noyabr ayına kimi “Kapital Bank”da Kredit Riski Anderrayter Departamentində baş mütəxəssis, 2019-2020-ci illərdə “Yapı Kredi Bank”da Kredit Riskinin Anderraytinqi Departamentində aparıcı mütəxəssis, 2018-2019-cu illərdə isə “PAŞA Bank”da kredit analitiki kimi çalışıb.
O, 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibatlıq və Maliyyə” üzrə bakalavr dərəcəsinə yiyələnib.