ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                     Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var .....                     32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə .....                     Bayramqabağı əfv sərəncamı gözlənilir? .....                     İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                 

İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Tarix: Bu gün, 15:06 | Çap et
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb:
Son vaxtlar məktəblərdə müəllim- şagird münasibətlərinin kəskinləşməsi, bu sahədə münasibətlərin daha da mənfi istiqamətə doğru yönəlməsi kimi fikirlər getdikcə artır.

Bir sıra məktəblərdə baş verən proseslər də bu məsələnin həllini tapmadığını göstərir. Son hadisələrdən biri bugünlərdə Sumqayıt şəhərində 38 saylı məktəbdə müəllimin şagirdi stulla vurması olub.

Bütün bunlar isə ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

“Cümhuriyət”-in müsahibi təhsil eksperti Nadir İsrafilov olub. "Cebheinfo.az" müsahibəni təqdim edir:

-Son vaxtlar müəllim-şagird münasibətlərində problemlər daha da artıb. Burada məktəblə yanaşı, ailənin də rolunun olduğu deyilir. Müəllim-şagird münasibətləri necə tənzimlənməlidir?

-Xüsusilə son illər müəllim-şagird münasibətlərində gərginlik davam edir. Bizim təhsil tariximizdə bu dərəcədə müəllim-şagird gərginliyi olmayıb. Elə bir həftə, elə bir ay olmur ki, hansısa məktəbdə müəllimin şagirdi vurması, fiziki təzyiq göstərməsi kimi hallar gündəmə gətirilməsin. Hesab edirəm ki, bu proseslər davam edəcək. Sumqayıtda baş verən son hadisəni götürək.

Bu, ənənəvi hal alıb. O hadisə baş verən kimi standart cavab verirlər ki, bu məsələ araşdırılır, müvafiq tədbirlər görülür, sonra ictimaiyyətə açıqlanacaq. Bu məsələ nə qədər davam edə bilər?

Bunu doğuran səbəblər var. Bu məsələdə də ekspertlər, ictimaiyyət iki cəbhəyə ayrılıb. Bir qrup məktəbi, müəllimləri, digər qrup isə valideynləri günahlandırır. Məsələyə bu cür yanaşma da düzgün deyil. Əsas hədəfimiz məktəbdir, müəllimdir. Müəllimə bu dərəcədə düşmənçilik nədən qaynaqlanıb?

Onun hələ bir izahı yoxdur.

Şagird, valideyn məsuliyyəti ilə bağlı qaununvericiliyimizdə ciddi yanaşma yoxdur. Uşaq 5-6 saat məktəbdə olur, digər saatları ailəsində keçirir. Məktəb təlim-tərbiyə müəssisəsidir, ancaq tərbiyə ailədə formalaşır. Məktəbdə tərbiyəni inkişaf etdirməlidir.

Ailə tərbiyəsi olmayandan sonra məktəbdə onun əhəmiyyəti yoxdur. Uşaq elə həmin davranışı edəcək. Məktəbdə “Şagird davranış qaydaları” tətbiq ediblər.

Müəllimlərin etik-normativ qaydaları təsdiqlənib. Bu gün məsələ belə qoyulub ki, uşağa bir çırtma vurmaq, sinifdə saxlamaq, məktəbdən qovmaq olmaz. Uşaq da özündə tam arxayınçılıq hiss edir ki, hər hansı bir hərəkətinə görə cəza tədbiri yoxdur, o da özbaşınalıq edir.

Eyni zamanda, bəzi valideynlər uşaqları başından etmək üçün məktəbə göndərir ki, qulağı dinc olsun.

İkincisi də sosial mühit, sosial şəbəkələr var. Bunların təsiri özünü göstərir. Uşaq məktəbdə oxuduğunu, eşitdiyini gedir ailədə, sosial mühitdə görmür, başqa şey görür. Sovet sistemində çətin tərbiyə olunanlar üçün xüsusi məktəblər var idi.

İndi biz ali məktəblərdə SABAH qrupları açırıq, seçmələr aparırıq, istedadlıları yığırıq. Niyə görə çətin tərbiyə olunanlar üçün xüsusi məktəblər açmağa çəkinirik? Heç olmasa onlar digərlərinin tərbiyəsini pozmasınlar. Biz qabaqcıl dünya təcrübəsinə inteqrasiya edirik.

Dünya təcrübəsində valideynin də xüsusi məsuliyyəti var. Uşağın tərbiyəsinə görə xüsusi cəza tədbirləri var. Bizdə isə ancaq “valideyn etməlidir, edə bilər” kimi fikirlər səslənir. Uşaqların təlim-tərbiyəsində uşaqların rolunu yüksək tutsaq da, bütün baş verənləri məktəb, müəllimlə əlaqələndirmək ədalətli mövqe deyil.

Burada çoxcəhətli problemlər, səbəblər var. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır. “Şagird davranış qaydaları”na görə, qırmızı, sarı, narıncı, yaşıl kartlar tətbiq olunur. Pilot layihə olaraq 300 məktəbdə tətbiq edildi. Bu tədris ilindən bütün məktəblərə şamil olunacaq. Şagird 1-2 dəfə narıncı aldı, üçüncü dəfə qırmızı kart aldısa, onu məktəbdən xaric edək, göndərək çətin tərbiyə olunan şagirdlər üçün məktəbdə oxusun. Dəfələrlə deyilib ki, məktəbə telefon gətirmək olmaz.

Yenə də bəzi məktəblərdə qadağan ediblər, digərlərində davam edir. Nazirlik qəti təlimat vermir ki, məktəbə telefonla getmək qadağandır. Valideyn etiraz edə bilər ki, mən uşağımla əlaqə saxlayıram. Əgər bu valideynlər əlaqə saxlamaq üçündürsə, 30-50 manata adi, birfunksiyalı telefon almaq lazımdır. Ancaq gedib 3-4 min manata çoxfunksiyalı telefon alırlar, uşağın da dərsdə fikri yayınır, müəllimi çəkir, bunları da sosial şəbəkələrdə yayırlar.

“TikTok”un yaradıcı Çindir, ancaq orada bu sosial şəbəkə qadağan olunub. Bu saat Amerika, İngiltərə, Fransada da “TikTok”u dayandırmaq üçün məsələ hazırlayırlar. Ancaq biz məktəblərdə tiktokerlərlə, blogerlərlə görüş keçiririk. Nazirin bir sözü var: “Uzun illərdir təhsilimizdə radikal islahatlar aparılmayıb”. Onda elə müəllim-şagird münasibətinə dair radikal addım ataq.

- Müəllim şagirdə fiziki təzyiq göstərə, hansısa ağır cəza tətbiq edə bilməz. Eyni zamanda, şagirdi məktəbdən uzaqlaşdırmaq da olmur. Bu proseslər necə tənzimlənməlidir?

- Bizdə təhsil konsepsiyası var, ancaq tərbiyə konsepsiyası yoxdur. Ona görə də işimiz, gücümüz təhsilə yönəlib ki, neçə abituriyent ali məktəbə daxil olub, tərbiyə işi arxa plana keçib. Neçə dəfə deyildi ki, Nazirlər Kabinetinin təsdiq etməsi şərtilə tərbiyə konsepsiyası hazırlanmalıdır. Bu məsələ hökumət səviyyəsində olmalıdır. Tərbiyə konsepsiyası ilə bağlı komissiya da yaradıldı.

Sonra nəsə dayandırdılar. Məktəblərdə tətbiq edilən kartlarla bu məsələ həll olunmaz. Elə bir gün, həftə olmur ki, müəllim-şagird davranışı ilə bağlı bir hadisə baş verməsin. Bu da müəllimi hörmətdən salmağa yönəlir. Biz müəllimliyi şərəfli peşə, müqəddəs iş saymışıq. Əgər müəllimi bu dərəcədə ictimailəşdiririksə, onda müqəddəsliyə inanmalı heç nə qalmır. Bu sahədə radikal addımlar atılmalıdır.

Şagirdə, uşağa qarşı hər hansı bir fiziki təzyiq birmənalı şəkildə qadağandır. Məsələn, mən eşitsəm ki, övladımı hansısa müəllim vurub, mən özüm də buna dözümsüzlük göstərərəm. Amma uşağı məktəbdən qovmaq da olmaz. O zaman küçə uşaqlarının sayı artacaq.

Bu da yolverilməzdir. Bizdə bu təcrübə olub ki, çətin tərbiyə olunan uşaqlar xüsusi bir məktəbdə təhsil alıblar. Niyə görə müxtəlif təmayüllü məktəblər yaradırıq, ancaq çətin tərbiyə olunanlar üçün məktəblər yaratmırıq? Ümumiyyətlə, məktəblə bağlı məsələləri ictimailəşdirməklə məktəbə, müəllimə olan inamı, ümidi itiririk. Bu da bizim gələcəyimizin itməsi deməkdir. Onsuz da məktəb mühiti dağılıb, hamı repetitor yanına gedir. Hazırlıq kurslarının sayı məktəblərin sayını keçəcək. Ancaq nəsə etmək lazımdır.

-Sizə elə gəlmirmi ki, uşaqlar təhsil almaq üçün digər müəllim, repetitor yanına getdiklərinə arxalanaraq öz müəllimlərinə etinasız yanaşırlar?

-Şübhəsiz belədir. Müəllim-şagird münasibətlərinin kəskinləşməsində bir əsas məsələ odur ki, bəzi müəllimlər şagirdlə prinsip aparıb deyir ki, niyə səni mən hazırlaşdırmıram, başqa müəllim yanına gedirsən? Bu cür münasibətlər yaranıb. Yaxud məktəblərdə repetitorluğa otaqlar ayrılır. Repetitorluğu ya leqallaşdırmalıyıq, ya da buna son qoymalıyıq.

Neçə illərdir ki, repetitorluq söhbəti gündəmdədir. Onu bu saat ləğv edə də bilmirik. Çünki neçə min insan repetitorluqla çörək qazanır. Deyirlər ki, məktəblərdə kişi müəllimlər yoxdur. Ancaq ADPU-ya, yaxud kollecə baxsaq görərik ki, orada çox sayda oğlanlar təhsil alırlar. Buna baxmayaraq, məktəblərdə kişi müəllim yoxdur.

Çünki hamısı evdə repetitorluqla məşğul olur. Artıq müəllim məktəbdən, uşaq da müəllimdən ayrı düşüb. Bütün bu məsələlər təhlil olunmalıdır. Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu var. Orada yüzlərlə elmi dərəcəli şəxslər yığışıb, onlar vəziyyətin təhlilini aparmalıdırlar, buna görə əməkhaqqı alırlar.

Son vaxtlar “şokolad trendi” ortaya çıxıb. İctimai reaksiya yarıya bölünüb. Bir qrup deyir ki, bu, müəllimə diqqətdir, hörmətdir, digərləri başqa cür hesab edir. Digər bir məsələ kimi mövsümlə bağlı dərs saatının dəyişdirilməsidir. Nazirlik hər məktəbin öz nizamnaməsinin olduğunu deyir. Bu məsələləri hər məktəbin ixtiyarına buraxmaq olmaz. Yaxud bu kimi məsələlər məktəbli geyiminə də şamil olunmalıdır. Təhsil dövlət standartları ilə idarə olunmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Bu gün, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Bu gün, 20:24
Paşinyanın “təkliflər oyunu"
Bu gün, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru