Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                     “Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” .....                     Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, .....                     Təhsildə ikitirəlik yaranır .....                     Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi .....                     ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək .....                     “Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” .....                     Zabrat maşınqayırma zavodu özəlləşdirilir .....                     Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                     Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub .....                     Bu mebel şirkətləri külli miqdarda borca düşdü .....                     İlham Əliyevlə Zelenski .....                     Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... .....                     "Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı! .....                     Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş .....                     Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ .....                     Putin TŞ-nin müşavirəsini keçirib, .....                     “Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” .....                     14 il deputat olub, indi icra başçısıdır .....                     Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı .....                     Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib .....                     Zelenski və İlham Əliyev arasında telefon danışığı olub .....                     “SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... .....                     Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ .....                     Bu, Azərbaycanın maraqlarına uyğundurmu? .....                     Dilarənin mafiya dönüşü gündəm oldu .....                     Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. .....                     Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir .....                     BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı .....                     "İş axtaranları qul kimi işlədib” .....                     "Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb .....                     Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! .....                     Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? .....                     Azərbaycanda investisiya şirkətinin .....                     Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi .....                     Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş .....                     İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq .....                     Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir .....                     ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi .....                 

`YAŞMA` ilə təlimə qatılan SEPAH yenə də ağzının qatığını dağıdır... - Bəs indi şirin quyruğunu kim TAPDALADI?
Tarix: 10-12-2024, 10:10 | Çap et
`YAŞMA` ilə təlimə qatılan SEPAH yenə də ağzının qatığını dağıdır...
Dekabrın 7-də İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) özünün rusdilli Telegram kanallarında Azərbaycana qarşı açıq hədə-qorxu dolu mesaj yayımlayıb. SEPAH bəyan edib ki, Qafqazda “müqəddəs müharibə”nin vaxtı çatıb.

Bu təhdidlər şübhəsiz ki, İranın Suriya və Yaxın Şərqdəki məğlubiyyətlərinin üstünü ört-basdır etmək üçün yeni avantüralar axtardığını göstərir. İranın mühafizəkar dairələri, xüsusilə SEPAH, Suriyada ağır məğlubiyyətlərə uğrayaraq öz proksi qüvvələrini ərazidən çıxarmağa məcbur olub. Bu uğursuzluqlar fonunda SEPAH-ın Azərbaycana qarşı yeni bir informasiya müharibəsinə başladığı aydın görünür. Yayılmış məlumatlarda iddia edilir ki, Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin rəhbəri Rişard Murun Bakıya səfərindən sonra Azərbaycan guya Ermənistanın Sünik (Zəngəzur - E.S.) bölgəsinə hücum etməyə hazırlaşır.

Musavat.com-un əldə etdiyi məlumatlara görə, bu iddialar İranın regionda gərginliyi artırmaq üçün uydurduğu təxribat dolu bir ssenaridən başqa bir şey deyil. SEPAH və İranın mühafizəkar çevrələri diqqəti özlərinin biabırçı uğursuzluqlarından yayındırmaq üçün belə provokasiyalara əl atır. Maraqlıdır ki, cəmi 15 gün öncə Güney Azərbaycanın Ərdəbil vilayətində SEPAH Azərbaycan XTQ ilə (“Yaşma”) birgə hərbi təlim keçirmişdi. İndi bu hədəni necə başa düşək?

Son bir aydır ki, SEPAH-a bağlı agentlik və qəzetlər Azərbaycan əleyhinə yenidən təbliğata start verməklə yanaşı, həm də təhdidə başlayıblar. Belə ki, İsrailin İrana son hücumundan sonra Azərbaycanın bəyanat vermədiyini bildirən Tehran mediası, SEPAH-dan aldığı təlimata əsasən təhdid dilinə keçib. İlk öncə “Khabarfori” saytı bununla bağlı geniş yazı dərc edərək, Azərbaycanı “İsrailin tərəfini tutmaqda” ittiham edib. Sayt bir qədər də irəli gedərək, Zəngilandakı camış fermasını yenidən “İsrailin hərbi bazası” kimi təqdim edib. Bunun ardından “Seda Sima” telekanalı ekspert Rəhiminin dilindən Azərbaycana təhdid yağdırıb. O, efirdə birbaşa bildirib ki, SEPAH generalları İsrailə dəstək verən Azərbaycanı cəzalandırmalıdır. “Pelikan.media” və ardından “Fərhixteqan” qəzetləri də anti-Azərbaycan təbliğatına qoşulublar. “Fərhixteqan” qəzeti iddia edib ki, Azərbaycanın İsrailin İrana hücumunu qınamaması “Azərbaycanın İsrailə təslim olmasının əlaməti”dir. Qeyd edək ki, İranda Azərbaycana qarşı iki fərqli qrup var. Bunlardan birinə, ən əhəmiyyətlisinə SEPAH başçılıq edir. Digər qrup isə ETTELAT-ın tərkibində fəaliyyət göstərən dəstədir. Bunların fonunda İran hökuməti, yəni Pezeşkian hakimiyyəti mümkün qədər Azərbaycanla əlaqələri gücləndirmək və münasibətləri tənzimləməyə cəhd edir. Onun son zamanlar Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq məsələsini ön plana çəkməsi də bunu deməyə əsas verir. Lakin İranda idarəçilik prezidentdə yox, SEPAH və dini liderdədir ki, bu da Pezeşkianın lazımi nəticə almasına imkan vermir.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, SEPAH-a yaxın Telegram kanallarının təhdidi yersiz, münasibətləri pozmağa yönəlik təxribatdır. Onun sözlərinə görə, hazırda ikitərəfli əlaqələrdə yumşalma müşahidə edilir və xüsusi təyinatlı qüvvələrin birgə təlimləri də mühüm bir mərhələ idi: “Vaxtilə İran-Azərbaycan arasında gərginlik yaşananda Araz çayının üzərində tampon körpülər atılaraq əleyhimizə təhdid xarakterli hərbi təlimlər keçirilmişdi. Buna cavab olaraq Türkiyə və Azərbaycan xüsusi təyinatlıları birgə hərbi təlimlər keçirmişdilər. Lakin bütün gərginliklər geridə qalıb və indi münasibətlər o dərəcədə yaxşılaşıb ki, İranla birgə təlimlər keçiririk. Belə vaxtda isə SEPAH-a bağlı informasiya resurslarının Azərbaycana dolayısı ilə hədyanlar yağdırması elə ilk növbədə rəsmi Tehranın siyasətinə zərər vurmaq məqsədi daşıyır”.

R.Məmmədli Cənubi Qafqazda müharibə deyil, sülh üçün münbit şərait olduğunu görür: “Bugünlərdə Rusiya 3+3 formatı ilə bağlı bir daha məsələ qaldırdı. İran da bu layihədə iştirak edir. Ona görə də regionda dayanıqlı sülh və iqtisadi əməkdaşlığın yeni forması üçün geniş fürsət pəncərələri açılır, platformalar yaranır. Əgər bu perspektiv bölgəni gözləyirsə, hansı müharibədən söhbət gedə bilər? Məncə, Rusiya Qafqazda yeni cəbhənin açılmasında maraqlı deyil. Onun müttəfiqi olan İran da bunu istəməməlidir. Sadəcə, vaxtaşırı belə sərsəm fikirlər eşidilir. SEPAH belə müharibə arzusundadırsa, Suriyada müqavimət göstərərdi və dayaqlarını əldən verməzdi. Cənubi Qafqaz müharibə deyil, iqtisadi əməkdaşlıq meydanına çevriləcək. Artıq Ermənistan da bunu yaxşı anlayıb. Eyni zamanda SEPAH hansısa siqnallar ötürsə də, hazırda İran-Azərbaycan arasında Araz dəhlizi ilə bağlı önəmli bir proses getməkdədir. Belə situasiyada bölgədə qanlı toqquşmalar heç bir tərəfin marağında ola bilməz. O baxımdan, Azərbaycanla İran hökumətləri, eləcə də hərbi rəhbərliklər əməkdaşlığı genişləndirməli, görüşləri intensivləşdirməlidirlər ki, bundan hansısa daxili güc mərkəzləri istifadə edə bilməsin".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Bu gün, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Bu gün, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Bu gün, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Bu gün, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Bu gün, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Bu gün, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Bu gün, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Bu gün, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Bu gün, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Bu gün, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Bu gün, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Bu gün, 17:00
İlham Əliyevlə Zelenski NƏDƏN DANIŞIB
Bu gün, 16:55
Yusif Baqiyev və digərlərinin MƏHKƏMƏ İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Bu gün, 16:36
Zavoddakı qəzada həlak olan şəxs tanınmış hərbçi imiş - FOTO
Bu gün, 16:33
Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?
Bu gün, 16:28
Putin TŞ-nin müşavirəsini keçirib, Lavrov müşavirəyə qatılmayıb
Bu gün, 16:19
“Qədir Rüstəmovun ailəsindən başqa heç kim mənimlə maraqlanmır, efirdə Rəmişin adını çəkmirlər” - Sənətkarın xanımından ETİRAZ
Bu gün, 16:18
14 il deputat olub, indi icra başçısıdır - FOTO
Bu gün, 16:16
Məhkənə həbsdəki vəkilin telefon danışığına qadağanı qüvvədə saxladı - AÇIQLAMA
Bu gün, 16:13
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
Bu gün, 16:11
Zelenski və İlham Əliyev arasında telefon danışığı olub - "Telegram2"
Bu gün, 16:08
“SƏS”İMİZ KƏSİLMƏYƏCƏK... - AMMA...
Bu gün, 16:06
Səfirliyimizə düşən RAKET QALIQLARINA görə rəsmi Bakı Rusiyaya NOTA VERDİ - Səfir XİN-ə çağrıldı
Bu gün, 15:57
Bu, Azərbaycanın maraqlarına uyğundurmu? - Paşinyan deyir ki...
Bu gün, 15:54
Dilarənin mafiya dönüşü gündəm oldu - FOTO
Bu gün, 15:50
Sonra deməyin ki... NİYƏ UDUZURUQ?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar gedir - Ararat Mirzoyan
Bu gün, 15:38
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı - bununla da...
Bu gün, 15:35
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:31
"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb - AÇIQLAMA
Bu gün, 15:27
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR! - ARAŞDIRMA
Bu gün, 15:22
Ruslar bizim diplomatik korpusun yaxınlığını TƏSADÜFƏN VURUR? - AKTUAL
Bu gün, 15:15
Azərbaycanda investisiya şirkətinin – BÖYÜK MƏBLƏĞDƏ VERGİ BORCU ORTAYA ÇIXIB
Bu gün, 15:04
Türkiyədə 22 şəhərdə 18 ton narkotik, 1,3 milyon həb ələ keçdi – Azərbaycanın da adı hallanır
Bu gün, 15:02
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO
Bu gün, 14:59
İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
Bu gün, 14:57
Ermənistan vətəndaşlarının 30%-dən çoxu Nikol Paşinyanı xəyanətkar hesab edir - KİV
Bu gün, 14:56
ARB TV-nin fəaliyyətinə xitam verildi və “Stream-Info” ilə birləşdi
Bu gün, 13:08
“Məmur məsuliyyətsizliyi maliyyələşmənin dayanmasına səbəb olmamalıdır” – AKİ katibi nazirliyə SƏSLƏNDİ
Bu gün, 13:03
Xocalı qatili qayıdır? - “Ancaq Bakı həbsxanasına...”
Bu gün, 12:59
“Ara qarışdırıb, boş-boş şeylərlə başınızı ağrıtmayın, bir muğam məktəbimiz var” - ETİRAZ
Bu gün, 12:54
Arayik və digərlərinin qaytarılması Paşinyanın gündəliyində deyil - deputat
Bu gün, 12:51
"Yüksək vəzifəli məmurların adından istifadə edib biznesimə əl qoydular" - Bakıda məşhur restoran bağlandı
Bu gün, 12:49
Ermənistan Prezidenti Gürcüstana səfər edəcək
Bu gün, 12:45
“Kiyev milyonlarla yardımı itirə bilər” - Politico
Bu gün, 12:44
"Səs" qəzeti fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 12:38
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb - Düşünür ki, yeni seçilib...
Bu gün, 12:37
Sabirabaddakı qətlin TƏFƏRRÜATI - 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru