Kazan hava limanı fəaliyyətini dayandırıb .....                     Azərbaycanın sülh şərti yerinə yetirilir .....                     Paşinyan Lukaşenkoya ictimai sillə vurdu .....                     Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir .....                     Paşinyanın “xəstə” siyasəti .....                     `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... .....                     Bura məktəbdir, `Biznes Center` deyil axı... .....                     Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? .....                     Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib .....                     Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... .....                     Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? .....                     Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... .....                     AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb .....                     Regionda fırtınaqabağı səssizlik .....                     Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” .....                     Məşhur tiktoker yenidən həbs edildi .....                     "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" .....                     Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? .....                     "Məsuliyyət Rusiyanın üzərinə düşür" .....                     “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” .....                     'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi .....                     “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı .....                     Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul .....                     Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                 

ABŞ Ermənistan ordusunu niyə "gücləndirir"? - və həm də KİMƏ QARŞI?..
Tarix: 7-12-2024, 12:50 | Çap et
ABŞ Ermənistan ordusunu niyə "gücləndirir"?
Elçin Alıoğlu - TREND


Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə görüşü İrəvan-Vaşinqton hərbi əməkdaşlığında yeni mərhələ olaraq, həm Cənubi Qafqaz regionunda, həm də qlobal səhnədə ciddi rezonans doğurur. Bu görüş, regionda kəskinləşən geosiyasi vəziyyət fonunda ABŞ-nin Ermənistanla əməkdaşlığı genişləndirmək istəyinin açıq bir ifadəsidir. Lloyd Ostin görüşü "tarixi hadisə" adlandıraraq, ABŞ-nin Ermənistanın müdafiə və təhlükəsizlik sektorlarını gücləndirməkdəki artan rolunu vurğulayıb. Ancaq bu, yalnızca Ermənistanla ABŞ arasında münasibətlərin dərinləşməsi deyil, həm də regiondakı qüvvələr balansına təsir edən mühüm bir hadisədir.

Görüş zamanı Ermənistan silahlı qüvvələrinin islahatı, təhlükəsizlik məsələləri və Vaşinqton-İrəvan əməkdaşlığının perspektivləri müzakirə olunub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, "Lloyd Ostin Ermənistanın suverenliyinə dəstəyi bir daha təsdiqləyib və Ermənistan ordusunun islahatlarına yardım etməyə hazır olduğunu bildirib".

Pentaqon tərəfindən son iki il ərzində Ermənistana əhəmiyyətli dəstəyin göstərildiyi vurğulanıb. Məzkur dəstək çərçivəsində İrəvana ordunun tələbatı üçün zirehli təcili yardım maşınlarının təhvil verilməsi, müasir çağırışlara cavab verə bilən kibertəhlükəsizlik mərkəzinin yaradılmasına dəstək, habelə NATO standartlarına uyğun hərbi kadrların hazırlanması üçün milli təlim mərkəzinin inşasına yardım nəzərdə tutulub.

Görüş zamanı xüsusi diqqət ABŞ-nin Kanzas ştatının Milli Qvardiyasına yönəldilib. Ostin qeyd edib ki, "qurum Ermənistan ordusunun islahatlarına aktiv dəstək verir". Pentaqon rəhbəri Suren Papikyanın ABŞ-yə səfərini "ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm siqnal" hesab etdiyini bəyan edəndən sonra , "Ermənistan ordusunun islahatlarının gələcəyi, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh imkanları barədə müzakirələrə ümidini" ifadə edib.

Pentaqondakı görüş və müzakirələr təbii ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olunmasına töhfə verən məqam sayıla bilməz. Çünki Birləşmiş Ştatların dəstəyi ilə Ermənistanda həyata keçirilən hərbi islahatlar "İrəvanın təhlükəsizliyini gücləndirmək cəhdi" kimi yox, regionun hərbiləşdirilməsi elementlərindən biri kimi qəbul olunur.

Vaşinqtonun Ermənistanın müdafiə siyasətinə artan təsirinin əsas məqsədi Rusiyanın mövqelərini zəiflətməkdir. Bu, xüsusilə Moskvanın Ukraynadakı münaqişə ilə məşğul olduğu bir vaxtda onun Cənubi Qafqazdakı nüfuzunun azalması fonunda daha da kəskin hiss olunur. ABŞ-nin Ermənistana yanaşması ilə Ukraynadakı münaqişə öncəsi tətbiq etdiyi strategiya arasında paralellər aparmaq da mümkündür. Ukrayna münaqişəsindən əvvəl də ABŞ geniş hərbi yardım göstərmiş, personalın hazırlığına diqqət yetirmiş və Kiyevin suverenliyinə dəstəyini bəyan etmişdi. Bu yanaşma nəticədə gərginliyin artmasına və genişmiqyaslı silahlı qarşıdurmaya səbəb olmuşdu.

Ermənistanla bağlı oxşar ssenari müşahidə olunur. ABŞ-nin artan hərbi əməkdaşlığı və suverenlik müdafiəsi ilə bağlı ritorikası regiondakı ziddiyyətləri gücləndirir. Bunun uzunmüddətli nəticələri sual doğurur, çünki Cənubi Qafqaz artıq yeni bir qeyri-sabitlik dövrünün astanasındadır. ABŞ-nin fəaliyyəti gərginliyi azaltmaq əvəzinə, yeni bir silahlanma yarışını və daha mürəkkəb geosiyasi vəziyyəti təşviq edə bilər. Belə bir şəraitdə, hər bir səhv region üçün fəlakətli nəticələr doğura bilər.

Ümumiyyətlə, ABŞ Ermənistana təhlükəsizlik sahəsindəki gücünü artırmaq məqsədilə son illərdə mühüm maliyyə dəstəyi göstərməkdədir. 2018-ci ildən bəri Ermənistan müxtəlif hərbi yardım proqramları çərçivəsində Birləşmiş Ştatlardan 120 milyon dollardan çox maliyyə alıb. "Yardım" çərçivəsində Vaşinqton İrəvana müasir hərbi-texniki avadanlıqlar, rabitə texnologiyaları təqdim edir və logistik dəstəyi yeniləyir. Bundan başqa, Ermənistan hərbçiləri üçün hər il NATO standartlarına uyğun təlimlər təşkil olunur. ABŞ-nin xüsusilə taktiki və strateji biliklərin artırılmasına yönəlmiş dəstəyi Ermənistan ordusunun peşəkarlığını əhəmiyyətli dərəcədə artırır.

Son illərdə ABŞ Ermənistanı qlobal kibertəhlükələrə qarşı müttəfiq kimi görərək, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət ayırır. Bu əməkdaşlıq çərçivəsində 12 milyon dollar dəyərində maliyyələşdirilmiş Kiberəməliyyatlar Mərkəzi yaradılıb. Sözügedən mərkəz əsasən kiberhücumların monitorinqi və qabaqcıl müdafiə texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması (illik təxminən 200 ekspert) və kritik infrastrukturun, o cümlədən enerji və telekommunikasiya sektorlarının qorunması strategiyalarının hazırlanması ilə məşğuldur.

ABŞ Ermənistanın potensialını artırmaq üçün infrastruktur layihələrinə də əhəmiyyətli dəstək verir. Ən iri layihələrdən biri 2021-ci ildə 25 milyon dollar dəyərində ABŞ maliyyəsi ilə inşa edilmiş Milli Təlim Mərkəzidir. Bu mərkəz Ermənistan hərbçilərinin NATO standartlarına uyğun hazırlanması, ABŞ müttəfiqləri ilə birgə təlimlərin keçirilməsi və regionun xüsusiyyətlərinə uyğun yeni təlim proqramlarının hazırlanması ilə məşğuldur.

Ermənistan-Amerika əməkdaşlığının vacib istiqamətlərindən biri də tibbi infrastrukturun gücləndirilməsidir. 2023-cü ildə ABŞ, Ermənistanın tibbi təsisatlarının modernləşdirilməsi üçün 7 milyon dollar sərf edib.

Xatırladaq ki, Vaşinqton Cənubi Qafqazdakı strategiyası çərçivəsində Ermənistana dəstəyi dəfələrlə vurğulayıb. Məsələn, ABŞ-nin İrəvandakı səfiri Linn Treysi qeyd etmişdi: "Ermənistan regionda demokratik dəyərlərin və sabitliyin irəlilədilməsi üçün əsas tərəfdaşdır".

ABŞ-nin gələcək planlarına Ermənistana maliyyə yardımının artırılması daxildir. Həmin bu yardımların büdcəsinin 30% artırılması ilə bağlı ABŞ Konqresindən sorğu göndərilib.

Təbii ki, ABŞ-nin Ermənistana fəal dəstəyi Moskvada və Tehranda narahatlıq yaradır. Rusiya və İran bu siyasəti Cənubi Qafqazda ABŞ təsirini gücləndirmək cəhdi kimi qiymətləndirərək, onu tənqid edir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib: "ABŞ-nin destruktiv addımları regionda qüvvələr balansını pozur və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olur".

Şübhə yoxdur ki, ABŞ-nin Ermənistana dəstəyi Vaşinqtonun regionda mövqelərini gücləndirmək istiqamətindəki strateji maraqlarını əks etdirir. Hərbi, infrastruktur və kibertəhlükəsizlik sahəsindəki yardımlar bu əməkdaşlığın əsas aspektlərini təşkil edir. Lakin bu siyasət regionda gərginliyi artırır və Ermənistanı geosiyasi mübarizənin mərkəzinə çevirir.

Çünki ABŞ-nin hərbi dəstəyi Ermənistanı Azərbaycanla Zəngəzur dəhlizi və digər ərazi mübahisələri ilə bağlı aqressiv və radikal addımlara təhrik edə bilər. Eyni zamanda ABŞ-nin regiondakı fəallığı Moskvanın ənənəvi dominantlığını sarsıdır və Cənubi Qafqazı yeni bir geosiyasi mübarizə meydanına çevirir. Vaşinqtonun tətbiq etdiyi islahat siyasəti Ermənistanın ABŞ-dən iqtisadi və hərbi asılılığını artırır, bu da onun qonşularla münasibətlərində manevr imkanlarını məhdudlaşdırır.

Yaranan risklər isə bəllidir.

Ermənistanın NATO standartlarına keçidi regionun sabitliyinə təhdid kimi qiymətləndirilir. ABŞ dəstəyi ilə yaradılan kiberəməliyyatlar mərkəzinin mümkün istiqamətləri və qonşu ölkələr üçün riskləri sual doğurur. ABŞ-nin Ermənistanın suverenliyinə dəstək bəyanatları Azərbaycanın mövqelərinə qarşı təzyiq kimi qəbul edilir.

ABŞ və Ermənistan arasındakı əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazda mühüm dəyişikliklərin katalizatoruna çevrilə bilər. Amma bu dinamika yalnız imkanlar deyil, həm də regionun geosiyasi sabitliyinə və qüvvələr balansına təsir edə biləcək ciddi problemlərə səbəb olduğundan Vaşinqton yaşananların hansı perspektivlər vəd etdiyini bir daha dəyərləndirməlidir.

Əsas narahatlıq doğuran məsələlərdən biri, ABŞ-nin dəstəyi ilə Ermənistanın öz maraqlarını, o cümlədən hərbi yolla daha fəal şəkildə irəlilətmək istəməsi ehtimalıdır. Azərbaycanla davam edən mübahisələr və möhkəm sülh razılaşmasının olmaması bu cür addımların mövcud münaqişələrin eskalasiyasına gətirib çıxara biləcəyini əsla istisna etmir.

ABŞ-nin Ermənistanda artan fəallığı Vaşinqton və Moskva arasındakı daha geniş geosiyasi rəqabətin bir hissəsidir. Cənubi Qafqaz uzun müddət Rusiyanın maraq dairəsində olub və o, regiondakı münaqişələrdə əsas vasitəçi rolunu oynayıb. ABŞ-nin təsirinin artması Ermənistan müdafiə naziri Suren Papikyanın Vaşinqtona səfəri və Pentaqon rəhbəri Lloyd Ostinlə görüşü kimi hadisələr bu rəqabəti daha da gücləndirir. Bu, Rusiyanı daha sərt reaksiya göstərməyə məcbur edə bilər ki, nəticədə region Qərb və Moskva arasındakı qarşıdurmanın yeni "qaynar nöqtəsinə" çevrilə bilər.

Bəhs olunan ehtimal isə təbii ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasına qarşı yönəlmiş ciddi təhdid sayıla bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41
Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40
Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37
Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35
`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32
Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27
Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19
Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12
Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08
Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07
AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58
Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26
Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21
"Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12
"Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07
“Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59
'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56
“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31
"TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru