Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                 

“QƏZETDƏ OXUDUM Kİ, GUYA MƏN HƏYAT YOLDAŞIMLA..."
Tarix: 11-09-2012, 12:18 | Çap et
“QƏZETDƏ OXUDUM Kİ, GUYA MƏN HƏYAT YOLDAŞIMLA..."

"O SEVGİ NAKAM SEVGİDİR"

Müğənni Lalə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Lalə xanım, dünəndən bu günə nə dəyişib?

- Çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşım çatırdısa, indi artıq səhv etmək hüququm azalıb. Çünki ailəm, övladım var. Mən hər bir ailə üzvümə görə məsuliyyət daşıyıram. Eyni zamanda da illər ərzində sənətimdə topladıqlarımı bir səhvim ucbatından məhv edə bilmərəm.

- İngilis dili fakültəsini bitirmisiniz. İngilis dili yadınızdan çıxmayıb hələ?

- Nə yaddan çıxmaq? Mən ingilis dilində dərs deyirəm. Həmçinin pedaqoji fakültəni bitirmişəm.

- Onda ingiliscə necə deyərdiniz: "Bu şou-biznes ki var, çox qəliz məsələdir"?

- (gülür) ...This show business is very difficult matter.

- Şou-biznesdə baş çıxara bilirsiniz?

- Nəyə görə şou-biznes deyəndə pis şeyləri nəzərdə tuturlar? Mən əgər bu gün yaradıcılığımla pul qazanıramsa, deməli, mən şou-biznesdəyəm və təəssüf ki, qazanc yerimiz yalnız toylardır. Arzu edərdim ki, sivil ölkələrdəki kimi, bizim də qazanc mənbəyimiz verdiyimiz konsertlər, buraxdığımız albomlar, televiziyadakı çıxışlarımız olsun.

- Atalar deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. Şou-biznesi bir qazana bənzətsək, görün orada neçə qoçun başı bir yerdə qaynayır?

- Çoxdur... (gülür) Mən deyərdim, şou-biznesdə qoçlar çoxdur, amma onların başları bir qazanda qaynadığı üçün də bişən yeməyin dadı tamaşaçını qane etmir.

- Od olmayan yerdən, doğrudan, tüstü çıxmır?

- Düz fikirdir. Heç vaxt elə-belə tüstü çıxmaz. Səbəbsiz heç nə olmur.

- Özünüz haqda bu günədək hansı xoşagəlməz şayiəni eşitmisiniz?

- Təzə ailə qurmuşdum. Bir gün qəzetdə oxudum ki, guya mən həyat yoldaşımla dalaşmışam və qayınanam məni qəbul eləmir. Bu xəbəri oxuyanda ailəlikcə çox güldük. Mən çox gözəl anlayıram ki, çoxları inana bilmirlər ki, müğənninin həyatında hər şey yolunda gedə bilər.

- Əvvəl məşhurlaşmaq asan idi, yoxsa indi?

- Məşhurlaşmaq əvvəllər daha çətin idi. Əgər kifayət qədər istedadın, normal repertuarın yox idisə, səni efirə və radioya buraxmazdılar. Amma bu gün televiziya və radiolarda kommersiya saatları var ki, həmin vaxtlarda pulun varsa, keyfiyyətsiz mahnın və ifanla efirdə səslənə və görünə bilərsən. Ona görə də əgər pulun varsa, məşhur ola bilərsən.

- Bəs gənc müğənnilər tanınmaq üçün hansı üsullardan istifadə etməlidirlər?

- Gənc müğənni, əgər istedadı varsa, hər zaman öz üzərində çalışmalı, intellektini artırmalıdır. Yox, əgər istedadı yetərincə deyilsə, o zaman peşəsini dəyişməlidir.

- Qadın həmkarlarınızla bir araya gələndə kim özünü daha çox dartır, kim isə hər zamankı kimi sadədir?

- Mən özünü dartan, göylə aparan heç bir həmkarımı görmürəm. Yaşından, başından asılı olmayaraq kimsə mənim yanımda özünü göylə aparanda mən o insanın kompleksli olduğunu düşünürəm.

- Müğənnilərdə sevmədiyiniz xüsusiyyət nədir?

- Bilirsiniz, nəyi bəyənmirəm? Efirdə bir cür danışıb, kimlərəsə "həyat fəlsəfəsi" dərsini keçən, özünü nümunəvi göstərən, adi həyatda isə dediklərinə tam zidd həyat tərzi sürən sənətçiləri sevmirəm. Bir də, yaşından, sənətindən asılı olmayaraq hansısa sənətçi hansısa verilişdə və ya saytda çıxıb geyiminin brendindən danışanda çox qıcıqlanıram, ürəyim sıxılır. Mənə elə gəlir ki, o insan bu brendi heç vaxt görməyib və indi görüb, insanlara nümayiş etdirir ki, mən brend geyinirəm.

- Lalə Məmmədova bu gün konsert versə, zalı tam doldura bilər?

- Mən hər zaman deyirdim ki, mən özüm heç vaxt konsert verməyəcəm, yalnız təklif gəlsə, edərəm. Elə alındı ki, Rəşid Behbudov adına Mahnı Teatrının solisti seçildim və onlar mənə konsert keçirməyi təklif etdilər. İnşallah, bu ilin axırınadək iki günlük konsertim nəzərdə tutulub. Amma tarixi hələ dəqiqləşməyib. O ki qaldı zalın dolmasına, mən çox rahatam. "Leyli və Məcnun" tamaşasını oynayanda üç gün ərzində bütün biletlər satıldı. Hər kəs məndən bilet istəyirdi. Elə bilirdilər, biletləri mən paylayıram. Utandığımdan telefon nömrəmi də dəyişmişdim. Onda əmin oldum ki, məni sevənlər çoxdur və mən bilet satışından zərrə qədər də narahat deyiləm.

- Açıq etiraf edə bilərsiniz, kimlə rəqabət aparırsınız?

- Mən hamını özümə rəqib bilirəm. İstəyir, yeni müğənni olsun, istəyir, illərdir sənətdə olsun. Amma yaxşı mənada. Bu, düşmənçilik deyil, sağlam rəqabətdir. Kim deyirsə ki, mənim rəqibim yoxdur, düz deyil.

- Ailə qurmaq sizin hansı planlarınızı ürəyinizdə qoyub?

- Heç bir planımı ürəyimdə qoymayıb. Mən 8 ildir ki, ailəliyəm və bu günədək sənətimdə bir dəqiqə belə fasilə verməmişəm. Mənim ən böyük dəstəkçim elə yoldaşımdır. Yoldaşım kimi məni bu qədər tanıyan ikinci bir prodüser olmayıb, olmayacaq da.

- Qızınız bacısız, qardaşsızmı böyüyəcək?

- Qızım çox istəyir (gülür). Elə mən də yenidən ana olmaq istəyirəm. İstəmirəm, qızım tək böyüsün. İnşallah, Allah nə vaxt qismət etsə, o vaxt da olar.

- Şou-biznesdə ən gözəl qadın həmkarınız kimdir?

- Mən əgər plastik gözəlliyə üstünlük versəydim, sizin gördüyünüz Lalədən qat-qat gözəl olardım. Amma mən təbiiliyi sevirəm. Əlbəttə ki, yaş özünü göstərəndə nələrəsə əl atmaq olar, amma çərçivədən çıxmamaq şərtilə. Bu günədək istəsəydim, burnumu, bədənimi düzəltdirərdim, amma Allah verənlə kifayətlənirəm. O gün disk almaq üçün mağazaya girmişdim, rəflərə baxıb gördüm ki, disklərin üstündəki müğənnilər hamısı bir-birinə oxşayır. Qabarıq dodaqlar, kəsilmiş burunlar, hədəqədən çıxmış qaşlar. Haradasa ürəyim ağrıdı onlara. O vaxtın gözəl aktrisaları vardı ki, heç bir plastik əməliyyat keçirmədən gözəl qala biliblər. Məsələn, Leyla Bədirbəyli, Nəcibə Məlikova...

- Tamaşada Leylini mükəmməl oynadınız, həyatda da Lalə Leyli kimi sevir?

- Mən sevməsəydim, heç vaxt ailə qurmazdım. Qaldı ki Leylinin sevgisi, elə sevmək hələ heç kimə nəsib olmayıb. O sevgi nakam sevgidir, fəlsəfi və ilahi sevgidir. Mən sevirəm, amma boynuma alım ki, Leyli kimi yox.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru