Partlayan bombalar Azərbaycanı da “vurdu” .....                     Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... .....                     Əlilliyi olan işçilərin bu hüquqları var imiş... .....                     İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu .....                     Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... .....                     Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb .....                     Xamenei ÖLSÜNMÜ, QALSINMI? .....                     Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb .....                     Rəfail Abdullayevin şirkəti xalqa qarşı .....                     “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır .....                     "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" .....                     "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" .....                     Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib .....                     Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü .....                     “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...” .....                     Paşinyan Rusiyaya meydan oxuyur .....                     İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək .....                     İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir .....                     Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi .....                     “Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib .....                     Göyçayın bu məmuru narazılıq yaradır .....                     Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub .....                     Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma... .....                     Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək .....                     Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı .....                     ABŞ Xameneini buna görə qoruyur .....                     Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq .....                     Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb .....                     "Sən demə, əri fanatımdır" .....                     "Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" .....                     Sabunçunun yeni prokuroru o oldu .....                     Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq .....                     Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir .....                     2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                 

Tovuzda əkin-biçin belə iflic olur... - Əli Bayramovdan qalma ənənə davam edir...
Tarix: 8-06-2015, 09:43 | Çap et
Tovuzda əkin-biçin belə iflic olur...
Hesablama Palatasının aprel ayında "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı açıqladığı faktlar indiyə kimi müzakirə edilməkdədir. Hesabatda ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində aşkar olunan neqativ hallar göstərilirdi. Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib.

Proqnozlaşmanın tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmayıb, xərclər əsaslandırılmadan artırılıb, qurumun maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda, işçilərin mükafatlandırılması üçün vəsait ödənilib. Satınalmalar zamanı iddiaçıların təklifinin əsaslılığı araşdırılmayıb, kadr və ixtisaslaşdırma barədə məlumat alınmayıb, malların orta bazar qiymətlərinə uyğun ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilməyib, bir çox hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan açıq tenderlə həyata keçirilməli satınalma ayrı-ayrı kotirovkalara, kotirovka sorğusuyla xərc edilməli vəsait ayrı-ayrı müqavilələrə bölünməklə birbaşa müqavilələr bağlanıb. Auditlə əhatə olunan dövrün sonuna kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə mineral gübrə satışı üzrə böyük məbləğdə debitor borcu mövcud olub, ASC-nin 01 yanvar 2014-cü il tarixə tabeliyində olan bəzi aqroservis və loqistika bazalarının anbarlarında 5 adda mineral gübrə qalığı qalıb, maddi məsul şəxsin öhdəsində azot, nitroammofoska superfosfat gübrəsi və kalsium sulfat gübrəsi çatışmazlığı, gübrə satışından qəbzlərlə alınan vəsaitin kassaya mədaxil edilməsinə rəğmən quruma köçürülmədiyi və kassada gübrə satışından daxil olan nağd pul çatışmazlığı aşkar edilib. Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları aqroservis filiallarını daim nəzarətdə saxlayır və bu qurumlardan daxil olan şikayətləri dərhal araşdıraraq tədbir görürlər. İndiyə qədər ASC-nin bir neçə vəzifəli şəxsi korrupsiyada ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Lakin bütün bunlara rəğmən, cəmiyyətin bəzi filiallarında özbaşınalıq halları azalmaq bilmir. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Tovuz rayon Aqroservis filialında mövcud olan çoxsaylı nöqsanlar, habelə vəzifəli şəxslərin işinin öhdəsindən layiqincə gələ bilməməsi fermerlərin problemlə üzləşməsinə səbəb olub. Adının gizli qalmasını xahiş edən rayon sakininin sözlərinə görə, dövlət xəttilə filiala ayrılan texnika və gübrələrin fermerlərə çatdırılmasında ciddi nöqsanlar var: "Əkin-biçin vaxtı əhali kənd təsərrüfatı texnikasının çatışmazlığından əziyyət çəkir. Bu üzdən əksər hallarda kəndlilər ya əkinlərini vaxtından əvvəl əkə bilmirlər, ya da məhsullarını vaxtında toplaya bilmədiklərinə görə ziyanla üzləşirlər. Filialın balansındakı texnikalar ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatında işlədilir. Qurumun tabeliyinə kifayət qədər texnikanın verilməsinə baxmayaraq, bir qayda olaraq biçin işləri zamanı ciddi şəkildə kombayn və texnika çatışmazlığı meydana çıxır. Filialın müdiri Vidadi Əkbərov rayonda kənd təsərrüfatı sektorunun inkişafı üçün əlindən gələni etmir. Nəinki Tovuzda, ümumiyyətlə qərb bölgəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər texnikaları "Aqrolizinq" ASC-nin bu filialından əldə edə bilərlər. Burada şum traktorları, kombaynlar, taxılsəpənlər, kotan, otbiçən, dərmanlama aparatları və digər kənd təsərrüfatı üçün lazım olan bütün texnikalar var. Di gəl ki, sahibkarlar həmin texnikaları güzəştli şərtlərlə əldə edə bilmirlər. Texnika almaq istəyən şəxslərdən əlavə "rüsum" tələb olunur. Belə olan təqdirdə isə narazılıq halları baş verir". İqlimə uyğun olaraq tovuzlu fermerlər əsasən amonim-nitrat və amafos gübrəsinə üstünlük verirlər. Mənbəmiz vurğulayır ki, filialın xidmət gostərdiyi fermerlərin gübrə ilə təmin olunmasında da problemlər mövcuddur: "Müəssisə ilə fermerlər arasında müqavilələr bağlansa da, aqroservis həmin fiziki və hüquqi şəxslərə gübrəni nağd yolla satır. Bu da kənd təsərrüfatında çalışan insanların haqlı narazılığına səbəb olur. Tovuz Aqroservis filialının illik dövriyyəsi təxminən 50-60 min manat arasında dəyişir, amma əldə olunan gəlirin hara getdiyi məlum deyil. Bir sözlə, fermer və sahibkarlar güzəştli şərtlərdən lazımi səviyyədə yararlana bilmirlər".

Xatırlayırsınızsa, kənd təsərrüfatı naziri Heydər Əsədov bu ilin mart ayında "Aqrolizinq" ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan toplantıda kəskin tənqidlər səsləndirmişdi. Nazir xüsusilə gübrələrin satışında nöqsanların olmasına və yeni texnikaların yararsız hala salınmasına diqqəti çəkmişdi. Görünür, Tovuz Aqroservis filialının müdiri hələ də nazirin tənqidlərindən nəticə çıxarmayıb. Nə də ki, ASC-nin sədri Elşən Məmmədov qanunsuz əməllərə qol qoyan filial rəhbərini cəzalandırmaq niyyətindədir. Deyəsən, iş yenə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin üzərinə düşəcək. İdarənin əməkdaşları sözügedən filialda yoxlama aparsalar, o zaman müdirin törətdiyi özbaşınalıqların üstü açıla bilər.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... - HƏLƏ DƏ DAVAM EDİR...
Bu gün, 08:47
Əlilliyi olan işçilərin bu hüquqları var imiş... - Ekspert danışır...
Bu gün, 08:40
İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var
Bu gün, 08:36
Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... - FAKT BUDUR!
Bu gün, 08:33
Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - QALMAQAL
Bu gün, 08:30
Xamenei ÖLSÜNMÜ, QALSINMI? - SUAL BUDUR, BU!..
Bu gün, 08:28
Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38
"Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35
"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26
Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16
“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13
Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02
Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59
“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54
Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50
Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06
ABŞ Xameneini buna görə qoruyur – İranın Ali rəhbəri ilə bağlı müəmma
Dünən, 18:04
Nəbatat Bağında 5,6 milyona turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
Dünən, 18:01
Fransadan Azərbaycana köçürülən pullar 4 dəfə artıb - İLGİNC
Dünən, 17:59
"Sən demə, əri fanatımdır"
Dünən, 17:57
"Bu baş versə, nüvə partlayışından da güclü fəlakət olacaq" - XƏBƏRDARLIQ
Dünən, 17:55
Sabunçunun yeni prokuroru o oldu - BUNDAN SONRA...
Dünən, 17:53
Biz Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq – Paşinyandan AÇIQ ETİRAF
Dünən, 17:52
Cahid Şahbazovun qurbanlarından biri də məşhur stilistdir - "Ayaq əzələsini göz qapağına yerləşdirib"
Dünən, 17:50
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Dünən, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Dünən, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Dünən, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Dünən, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Dünən, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Dünən, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Dünən, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Dünən, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Dünən, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Dünən, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Dünən, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Dünən, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Dünən, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Dünən, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Dünən, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru