İrəvandan Zəngəzur açıqlaması .....                     10 manatlıq şirkət 25 milyon manatlıq tenderin .....                     Polşada ər-arvad Rusiya kəşfiyyatına casusluqda ittiham edilib .....                     Mülayim şərq küləyi əsəcək .....                     "Bircə, qız nəvəm var, kişi kimidir" .....                     Hövsanda STADİON ərazisi kimlərə satılıb? .....                     Qızılın qiyməti rekord vurur, neft ucuzlaşır... .....                     “Bu məmurlar şəhəri bölüşdürüb satır” .....                     Elçin Mirzəbəyli ƏHD Partiyası ilə YOLLARINI AYIRDI .....                     Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi... .....                     “Tik-Tok” mübahisəsi qanla bitdi: Gecə evində söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb... .....                     Azərbaycanda 55 yaşlı qadın 20 yaşlı kişiyə ərə gedib .....                     Müdafiə Nazirliyinin tenderi niyə ləğv edildi? .....                     Rəsul Quliyev Azərbaycana QAYIDIR? .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki .....                     Suriya lideri Əhməd Şara 55 min dollarlıq saatı GÜNDƏM OLDU .....                     ATƏT sədri sabah Ermənistana səfər edəcək .....                     Elgiz Əkbər müğənnini efirdən qovdu .....                     Sabunçu Tibb Mərkəzinin baş həkimi vəzifəsindən azad olunub .....                     5 ölkəyə qırıcı təyyarələrə sahib olmaq qadağandır .....                     Onun Azərbaycanda da ittihamları hazırdır .....                     AZAL-ın ikinci yeni "Airbus A320neo" təyyarəsi Bakıya gətirilib .....                     Həbsdəki jurnalist aclığı dayandırıb .....                     Qanunsuz hökm çıxaran hakimi hansı cəza gözləyir? .....                     Çörək də BAHALAŞACAQ? .....                     Naxçıvanda GİZLƏDİLƏN EPİDEMİYA: Minlərlə heyvan tələf olur... .....                     Putin BAŞINI DAŞA DÖYSƏ DƏ... .....                     “Tamstore” bu məhsulların qiymətində ciddi dəyişiklik etdi .....                     Paşinyandan Qarabağ açıqlaması: Bu üç nəfər bizi aldadıb .....                     "Allianz Trade" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb .....                     Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilir .....                     Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb .....                     Arvadını bıçaqlayan şəxsə .....                     Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib .....                     Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib .....                     "Yarım gün ərzində xırda bir problemi həll edə bilmirsənsə..." .....                     Bu indoneziyalıya Azərbaycanda .....                     Bakı Trampın Qəzza planında iştirak edə bilər? .....                     Pakistan vətəndaşı Azərbaycanda 100 min manatlıq şirkət yaradıb .....                     Şair Əlisəmid Kür vəfat edib .....                 

“Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...” - Əsirlikdə olmuş müharibə əlili tanınmış vəkili İTTİHAM EDİR
Tarix: 5-09-2024, 09:54 | Çap et
 “Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...”
90-cı illərdə erməni əsirliyində olmuş, II qrup müharibə əlili Şirin Abbasov Azərbaycandakı məşhur vəkillərdən biri tərəfindən aldadıldığını deyir. Onun sözlərinə görə, nəticədə bu gün ailəsi ağır vəziyyətə düşüb – evsiz qalıblar, müalicə oluna bilmir.
Bizimyol.info xəbər verir ki, Şirin Abbasov müxtəlif dövlət orqanlarına vəkil Adəm Məmmədovdan şikayət edib. O, iddia edir ki, prezident tərəfindən ona bağışlanmış mənzilinin pulu aldadılaraq, əlindən alınıb.

Şirin Abbasovun sözlərinə görə, oğlu Lətif Abbasov bir neçə il əvvəl yol qəzası törədib, nəticədə bir nəfər həlak olub. Həmin işdə Adəm Məmmədovu vəkil tutublar:

“Bizi əmin elədi ki, bu işi həll eləyəcək, hakimlər də, prokurorlar da ona hörmət eləyir. Bizim də olanımız-qalanımız bir evimiz vardı, o evi də möhtərəm prezidentimiz vermişdi, evimizi satdıq. Əvvəl 30 min verdik, sonra 28 min 500, sonra da 25 min. Ümumilikdə bizdən 83 min 500 manat pul aldı. Bəzən özünə vermişik, bəzən də Zərdabi Abbasov vasitəsilə göndərmişik. Hamısının da sübutu var. Evimizi satıb, ona verdik, o da bizi aldatdı, küçədə qoydu”.

Şirin Abbasov bildirib ki, Binəqədi Rayon Məhkəməsində oğlunun 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını daha da ağırlaşdıraraq, 5 il 6 ay edib:

“Bundan sonra başa düşdük ki, Adəm Məmmədov bizi aldadıb. Zəng eləyirdik, zənglərimizə cavab vermirdi. Ona görə Vəkillər Kollegiyasına şikayət elədik, 5-ci polis bölməsinə ərizə yazdıq. Şikayətlərdən sonra bizi ofisinə çağırdı, xahiş elədi ki, şikayətimizi geri götürək. Pulumuzdan 30 min qaytardı. Söz verdi ki, Ali Məhkəmədə mütləq oğlumun hökmü ləğv olunacaq. O da yalan çıxdı. Ali Məhkəmə qüvvədə saxladı”.

Şirin Abbasov onu da qeyd edib ki, avqust ayında Baş Prokuror Kamran Əliyevin vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub, şikayətini ona çatdırıb. Onun sözlərinə görə, Baş Prokuror onu dinlədikdən sonra bu məsələni nəzarətinə götürdüyünü bildirib.

Şirin Abbasov və həyat yoldaşı Gülbadam Abbasova ötən həftə Vəkillər Kollegiyasında da qəbulda olub. Onlar bildirir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Onları sədr müavini Pərviz Ələkbərov qəbul edib: “Bizə dedi ki, şikayətimizi araşdırırlar. Məsələ İntizam Komissiyasındadır. Bir cavab deyəcəklər. Dördüncü dəfədir gəlirəm”.

Gülbadam Abbasova əlavə edib ki. indi əsas tələbləri qalan 53 min 500 manat pulun geri qayıtmasıdır. Çünki acınacaqlı vəziyyətdə qalıblar.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən də Abbasovların qəbul edildiyini Bizimyol.info xəbər portalına təsdiqləyiblər: “Vətəndaşların şikayəti dinlənilib. Məsələ araşdırılacaq və nəticəsi barədə onlara məlumat veriləcək”.

 “Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...”
 “Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan Zəngəzur açıqlaması - Papoyan ermənilərə söz verdi
Bu gün, 13:00
10 manatlıq şirkət 25 milyon manatlıq tenderin - QALİBİ SEÇİLDİ
Bu gün, 12:58
Polşada ər-arvad Rusiya kəşfiyyatına casusluqda ittiham edilib
Bu gün, 12:55
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
"Bircə, qız nəvəm var, kişi kimidir"
Bu gün, 12:24
Hövsanda STADİON ərazisi kimlərə satılıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Qızılın qiyməti rekord vurur, neft ucuzlaşır... – Qlobal böhran TƏHLÜKƏSİ
Bu gün, 12:07
“Bu məmurlar şəhəri bölüşdürüb satır” - Bakının memarlıq abidələri əldən gedir…
Bu gün, 12:01
Elçin Mirzəbəyli ƏHD Partiyası ilə YOLLARINI AYIRDI - AÇIQLAMA
Bu gün, 11:54
Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi... - DETALLAR
Bu gün, 11:50
“Tik-Tok” mübahisəsi qanla bitdi: Gecə evində söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Azərbaycanda 55 yaşlı qadın 20 yaşlı kişiyə ərə gedib
Bu gün, 11:34
Müdafiə Nazirliyinin tenderi niyə ləğv edildi? - DETALLAR
Bu gün, 11:32
Rəsul Quliyev Azərbaycana QAYIDIR? - AÇIQLAMA
Bu gün, 11:29
Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
Bu gün, 11:24
Suriya lideri Əhməd Şara 55 min dollarlıq saatı GÜNDƏM OLDU - FOTO
Bu gün, 11:22
ATƏT sədri sabah Ermənistana səfər edəcək
Bu gün, 11:21
Elgiz Əkbər müğənnini efirdən qovdu - VİDEO
Bu gün, 11:19
Sabunçu Tibb Mərkəzinin baş həkimi vəzifəsindən azad olunub - ƏMR
Bu gün, 11:13
5 ölkəyə qırıcı təyyarələrə sahib olmaq qadağandır - Səbəb nədir?
Bu gün, 11:07
Onun Azərbaycanda da ittihamları hazırdır - Hələlik erməni müstəntiqlər hökm oxuyur...
Bu gün, 11:04
AZAL-ın ikinci yeni "Airbus A320neo" təyyarəsi Bakıya gətirilib
Bu gün, 11:01
Həbsdəki jurnalist aclığı dayandırıb - Qohumları deyir ki...
Bu gün, 10:56
Qanunsuz hökm çıxaran hakimi hansı cəza gözləyir? - QANUN DEYİR Kİ...
Bu gün, 10:52
Çörək də BAHALAŞACAQ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Naxçıvanda GİZLƏDİLƏN EPİDEMİYA: Minlərlə heyvan tələf olur... - vaksinasiya üçün ayrılan PULLARI YEYİBLƏR...
Bu gün, 10:45
Putin BAŞINI DAŞA DÖYSƏ DƏ... - AXI NİYƏ?
Bu gün, 10:40
“Tamstore” bu məhsulların qiymətində ciddi dəyişiklik etdi - SİYAHI
Bu gün, 10:27
Paşinyandan Qarabağ açıqlaması: Bu üç nəfər bizi aldadıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 10:23
"Allianz Trade" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb - KİV
Bu gün, 10:21
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilir
Bu gün, 10:18
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb
Bu gün, 10:00
Arvadını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 09:59
Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib
Bu gün, 09:55
Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib - DEMƏLİ...
Bu gün, 09:54
"Yarım gün ərzində xırda bir problemi həll edə bilmirsənsə..." - GİLEY
Bu gün, 09:49
Bu indoneziyalıya Azərbaycanda VƏZİFƏ VERİLDİ
Bu gün, 09:36
Bakı Trampın Qəzza planında iştirak edə bilər? - AKTUAL
Bu gün, 09:34
Pakistan vətəndaşı Azərbaycanda 100 min manatlıq şirkət yaradıb
Bu gün, 09:28
Şair Əlisəmid Kür vəfat edib
Bu gün, 09:24
"Vüsal 300" kimi tanınan iş adamı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 09:21
Putin Azərbaycanın diaspor təşkilatlarına hücumu dayandıracaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:16
Məhkəmə sabiq baş həkimlə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:08
Hindistan Taliban hökumətini tanıdığını açıqlayıb
Bu gün, 09:06
“Faiq Ağayevlə dostluq etdiyim üçün mənimlə danışmırlar, məhkəmələrində iştirak etmişəm...”
Bu gün, 09:02
“ECO Park” yaşayış kompleksində fəhlələr arasında dava - MƏHKƏMƏ
Bu gün, 09:00
Polis Razim Abbasovun villasında əməliyyat keçirdi - FOTO
Bu gün, 08:55
Şabranda 6,4 milyon manata taxıl şirkəti yaradılıb
Bu gün, 08:41
"Az qala pişiyimizə də supulu yazırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:34
Dünən Bakıda öldürülən gömrükçünün FOTOSU YAYILDI
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru