Kürdəmirdə fermerlər dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Tarix: 21-03-2024, 09:14 | Çap et
 Ölkədə suvarma sistemləri və su çatışmazlığı ilə bağlı uzun illərdir ki, problemlər yaşanır. Xüsusən də, yaz və yay aylarında Aran zonasındakı sakinlər bu problemlə qarşılaşırlar. Kürdəmirli fermer Allahverən Allahverənov Meydan TV-yə deyib ki, su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv ediblər.
15 hektar əkin sahəsi olan vətəndaş deyir ki, ilbəil artan quraqlıq ərazinin azalmasına səbəb olur:
“Məcburuq ki, azaldaq. Son beş ildə su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv etmişik. Əziyyət çəkib hektarla əkirdik, yazda, yayda su tapmırdıq ki, suvaraq. Saralıb yanırdı, torpaq çat olurdu. İndi ildə az suvarılan əkinlərə üstünlük veririk. Taxıl əkini ildə iki dəfə ilə dözür, bostan ən azı 3-4 dəfə, soğan 15-20 dəfə suvarılmalıdır”.
“Suvarma çətin olduğu üçün itkini də hiss etmirik”
Fermer deyir ki, kəndlərdəki mövcud beton kanallar istifadəsiz qaldığından və təmirsizlikdən dağılıb. Bunun əvəzinə salınan torpaq kanallar və nəzarətsiz suvarma illərdir ki, su itkisinə səbəb olur.
Onun sözlərinə görə, əvvəllər iri kəndlərdə 10-15 min hektarlıq əkin sahələri artıq yarıya enib. Torpaqlarda şoranlaşma isə 20-25 faiz artıb.
Müasir suvarma sistemlərindən istifadə isə nəinki kəndli, fermerlər üçün belə əlçatmazdır:
“Suvaranda insanlar səhlənkarlığa və tərəfkeşliyə yol verirlər. Öncə rayondakı iri şirkətlər suyu öz sahələrinə verir, sonra kəndlərdə növbəlilik yaranır. Bizim kənddə su varmı ki, itkiyə getsin? Suvarma çətin olduğu üçün itkini də hiss etmirik. Beton kanalları illərdir təmir etməyib su idarələri deyə gözdən kənarda qalıb. Ötən il 25-30 sentner məhsul gözlədiyim halda normal suvarma getmədiyi üçün 15 sentner götürdüm. “Pivot layihə” məqsədilə nazirlik bizi yığıb yarmarkaya topladı. Məlum oldu ki, 50-100 hektarda nəzərdə tutulan “Pivot” sistemə 70-80 min manat hətta, daha çox məbləğdə pul lazımdır. Şərtlərə biz fermerlərə yaxın düşə bilmərik, o ki, qalsın kəndlilər. 60-70 min güzəştli kredit götür, icra et deyirlər. Ancaq o pulu işlərlə təsərrüfatdan qazana bilmirik. Gərək 20 il onlara işləyim ki, krediti ödəyim”.
“Quru məsləhətlə müasir suvarma sistemi qurulmur”
Kürdəmir sakini Elxan Usubov da 4 hektar taxıl və yonca əkib. O da bahalığa görə kəndlilərin həyətyanı sahələrdə əkini artırdığını, ancaq günlərlə su üstündə mübarizə apardıqlarını deyir:
“Bizim Sovla və Söyüdlər kəndində 872 hektar pay torpağında əkin var. Quraq hava şəraitinə arada yağan yağıntı kömək etməz, suvarma qaçılmazdır. Vaxtında da suvarma olmayanda hektarına 10-15 % məhsuldarlıq aşağı düşür. Kəndin bir hissəsi suvaranda, digər hissəsi aydan çox gözləməli olur. Bu da kütləvi suvarma dövründə əkinə mənfi təsir göstərir. Kəndə su Kür çayından motorla vurulub torpaq kanallar vasitəsilə gətirilir. Suvun səviyyəsi aşağı düşməsi ilə kəndlərə su gəlişi kəsilir. Ötən il buna görə ay yarım su tapmadıq. Bizdə üçüncü kateqoriya torpaqdır, suvarılması vaxtında getməlidir. Nazirlik səviyyəsində gəlib təbliğat aparırlar, ancaq vəsait olmayandan sonra quru məsləhət ilə müasir suvarma sistemi qurulmur. Dörd hektar əkinim var, hektarına 220 manat subsidiya alıram ki, onun da 25 faizi nəğd olur, qalanı gübrəyə gedir. Ondansa 70-ci illərdə çəkilən beton kanallar bərpa olunsun və su israfına yol verilməsin, suvarma vaxtı da nəzarət edilsin”.
“Niyə vaxtında təmir etmədilər, məhv olub qaldılar? Müasir suvarma sistemlərindən iri şirkətlər istifadə edir ki, 50-100-500 hektarları əhatə edirlər. Dövlətin imkanları və güzəştləri də onlar üçündür. Ötən il 10 ton arpa, buğda götürdüm, ancaq toxumu bir manatdan aldım, satanda 30-35 qəpik oldu. Biçin əkini ödəmir, o ki qaldı suvarma sistemi olsun”, – deyə əkinçi vurğulayır.
Yeri gəlmişkən, bu problem təkcə Kürdəmirdə deyil, digər rayonlarda da su çatışmazlığı sindromu yaşanır.
Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, ölkə üzrə mövcud 4.78 mln hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 1.48 milyon hektar sahəsi suvarılır. Mövcud 1.88 mln əkin sahəsindən isə ancaq 1.15 mln hektarında suvarma həyata keçirilir. İldən ilə isə suvarmada itki göstəricisi artır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ötən il üçün bu itkinin 50 faizdən çox olduğunu bildirib.
Ölkədə su resursu 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb.
Bunun da 70 faizi transsərhəd çayların, 30 faizi daxili suların hesabına formalaşır. Son illər yağıntıların az olması, illik orta temperaturun yüksəlməsi, mövcud suvarmada itkilər su ehtiyatını azaldır, quraqlığı daha da artırır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ramiz Mehdiyevi HƏBS ETMƏK BU QƏDƏRMİ ÇƏTİN İDİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:06 |
|
|
|
• Xocavənddə bir evin təmiri üçün 59 min manat xərclənəcək
Bu gün, 18:02 |
|
|
|
• Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək - Gizli təhlükə
Bu gün, 18:00 |
|
|
|
• Rusiyalı milyarder Fərhad Əhmədov məhkəmədə ifadə verib - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin işi
Bu gün, 17:55 |
|
|
|
• Ramiz Mehdiyevin vəkili kim olacaq? - “Fantastik rəqəm təklif edilsə, fikirləşərəm”
Bu gün, 17:51 |
|
|
|
• ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək
Bu gün, 17:48 |
|
|
|
• “Nəcməddin Sadıkov kimi fiqurları da tam zərərsizləşdirməyə zaman lazımdır...” - ÇAĞIRIŞ
Bu gün, 17:34 |
|
|
|
• Küsmələrinə səbəb pul imiş
Bu gün, 17:26 |
|
|
|
• “Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” - Eks-nazir
Bu gün, 17:23 |
|
|
|
• “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 17:13 |
|
|
|
• II Qaregin Köçəryanın adamıdır - Rubinyan
Bu gün, 17:06 |
|
|
|
• Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycanda şirkətin təsisçiləri, direktoru və adı dəyișilir
Bu gün, 16:58 |
|
|
|
• “Proseslərin başında Ramiz Mehdiyev dururdu” - Rasim Balayev sirləri açdı
Bu gün, 16:55 |
|
|
|
• Husilərin Baş Qərargah rəisi öldürülüb
Bu gün, 16:53 |
|
|
|
• Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır - Ermənistan MTX
Bu gün, 16:50 |
|
|
|
• Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb - XƏSTƏXANADADIR
Bu gün, 16:47 |
|
|
|
• Gürcüstan sərhədində QALMAQAL: - Erməni yük maşınları saxlanılır, sənədlər müsadirə olunur
Bu gün, 16:39 |
|
|
|
• Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Bu gün, 16:37 |
|
|
|
• Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər –onların sonrakı aqibəti necə oldu?
Bu gün, 16:25 |
|
|
|
• ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• ƏDALƏTİN BUDURMU, AY İNAM? - İnam Kərimovun məhkəmələri GÜL VURUR...
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı - Prezident İlham Əliyev
Bu gün, 15:56 |
|
|
|
• "Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən"
Bu gün, 15:53 |
|
|
|
• Bu mənzillər BAHALAŞACAQ - Qərar hansı binalara ŞAMİL OLUNACAQ?
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda zərgərlər işsiz qalıb - Qızıl bazarında görünməmiş vəziyyət
Bu gün, 15:42 |
|
|
|
• Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
Bu gün, 15:37 |
|
|
|
• Ermənistanda “kilsə əməliyyatı” - Paşinyanla ruhani elita arasında açıq savaş başlayır
Bu gün, 15:32 |
|
|
|
• DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? - “Past”
Bu gün, 15:15 |
|
|
|
• Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 15:13 |
|
|
|
• ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI
Bu gün, 15:08 |
|
|
|
• Anar Sadıqovun hakimlik fəaliyyətinə XİTAM VERİLDİ
Bu gün, 15:06 |
|
|
|
• Burda qanunlar nəzərə keçərli deyil? - FOTOFAKT
Bu gün, 15:04 |
|
|
|
• Azərbaycan əsgəri bu dəfə QƏZZADA... - Tramp da bunu istəyir...
Bu gün, 14:55 |
|
|
|
• Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu
Bu gün, 14:50 |
|
|
|
• “Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası
Bu gün, 14:47 |
|
|
|
• “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 14:40 |
|
|
|
• “ExpressBank” kapitalını itirib - HESABAT
Bu gün, 13:51 |
|
|
|
• Ermənistanda sürücülər ayağa qalxdı
Bu gün, 13:49 |
|
|
|
• Ramiz Mehdiyevin həbs qərarını KİM ÇIXARIB: Səbail məhkəməsi xəbərsizdir... - NƏ BAŞ VERİR?
Bu gün, 13:41 |
|
|
|
• Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verib
Bu gün, 13:14 |
|
|
|
• Hərbi Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 13:13 |
|
|
|
• Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır - Kürəkəni təkzib etmədi
Bu gün, 13:11 |
|
|
|
• Parlament Ramiz Mehdiyevə görə buraxılacaq? - AÇIQLAMA
Bu gün, 13:10 |
|
|
|
• Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt
Bu gün, 13:07 |
|
|
|
• "Vəngi kəndinə köçmək üçün dəfələrlə müraciət etmişik... AMMA..." - GİLEY
Bu gün, 13:06 |
|
|
|
• DEPUTATIN QARDAŞI FƏHLƏLƏRİN PULUNU VERMİR... - daha bir MÜRACİƏT
Bu gün, 13:01 |
|
|
|
|