Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı .....                     Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? .....                     Ermənistanın yeni münaqişə planı .....                     "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" .....                     Ermənistan Fransa silahını rus pulu ilə alır .....                     «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» .....                     Sərbəst auditor Novruz Pənahov vəfat edib .....                     Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi .....                     "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." .....                     "Bank Respublika" mənfəətini bölüşdürəcək .....                     İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... .....                     XİN-nin sabiq müavini də həbsin bir addımlığında .....                     İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? .....                     Zəngəzur üçün tarixi şəraitin yetişməsi... .....                     Ünvanlı sosial yardım üçün müraciət etsə də... .....                     4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? .....                     Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT .....                     Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? .....                     Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... .....                     Çıxış yolu çıxılmazlıqda tapılır .....                     Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                 

Dizi yerə gələn Lənkəran: Məmurlar varlı, camaat yoxsul... - AXI NİYƏ?
Tarix: 26-10-2023, 06:56 | Çap et
Dizi yerə gələn Lənkəran: Məmurlar varlı, camaat yoxsul...
Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq uzun illərdir cəmiyyəti narahat edən ən başlıca problemlərdən biri olaraq qalır. Aşağıdan yuxarıya doğru məmur iyerarxiyasında oturuşmuş korrupsiya şəraitində şəffaflıq və hesabatlılığa nail olmaq, təəssüf ki, mümkün olmur. Məhz korrupsiya ölkənin əldə etdiyi yüksək həcmli neft-qaz gəlirlərinin insan inkişafına sərf olunmasına böyük ölçüdə imkan vermir.

Qeyd edək ki, mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək, xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlasalar da, yerli icra hakimiyyətləri ilə bağlı bunu görmək demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra hakimiyyətlərinin İnternet resurslarında bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir…

Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Lakin reallıqda rayonların təhsil, səhiyyə müəssisələrinin maliyyələşdirilməsindən tutmuş, pensiya və sosial müavinətlərin ödənişi, yolların çəkilişi, dövlət qurumlarının binalarının tikintisinə qədər bütün xərclər mərkəzi büdcədən maliyyələşdirilir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər.

Bu yazımızda Lənkəran rayonunun timsalında yerli xərcləmələrdəki şəffaflıq, səmərəlilik, regionlarda aztəminatlı və həssas təbəqələrə yerli icra strukturlarının dəstəyi ilə bağlı vəziyyəti araşdırmağa çalışmışıq.

Lənkəran Azərbaycanın cənub bölgəsinin iqtisadi, sosial, mədəni paytaxtı hesab olunur. 2019-cu il əhali siyahıyaalınmasına görə, Lənkəran rayonunda 223,7 min nəfər əhali yaşayıb. Bunun 52,8 min nəfəri Lənkəran şəhərində yaşayanlardır.

Yerli icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən əsasnaməyə görə, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq yerli gəlirlərin proqnozlaşdırılandan artıq hissəsinin 50 faizi yerli icra hakimiyyətlərinə qaytarılır və onların büdcədənkənar fondu hesab olunur. Prezidentin təsdiqlədiyi qaydaya əsasən bu fondun vəsaitinin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə, 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə, 50 faizi isə mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, həmçinin şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə sərf olunmalıdır.

Məlumdur ki, rayonlarda əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, pensiyaçı və digər sosial təminata ehtiyacı olan şəxslərə ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə mərkəzi büdcədən həyata keçirilir. Lakin yuxarıda qeyd etdiyimiz qayda ilə yerli icra hakimiyyətlərinə aztəminatlı və şəhid ailələrinə xərclənməsi üçün müəyyən fond da təmin edilir. Bu isə o deməkdir ki, yerli İH-lər öz ərazilərində yaşayan bu cür ailələrə dəstək vermək imkanına malik olurlar.

2023-cü il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsində Lənkəranın yerli gəlirləri 31 milyon 300 000 min manat, yerli xərcləri isə 9 milyon 520 min manat həcmində proqnozlaşdırılıb. Büdcə sənədinə əsasən yerli gəlirlərdən mərkəzi büdcəyə çatacaq məbləğin aşağı həddi 19 milyon 220 min manat həcmində nəzərdə tutulub. Bu həddən yuxarı mərkəzi büdcəyə təmin ediləcək gəlirin 50 faizi Lənkəranın büdcədənkənar fondu kimi icra hakimiyyətinə qaytarılmalıdır.

Lənkəran büdcə gəlirlərinin həcminə görə ölkənin Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Xaçmaz, İmişli, Şəkidən sonra 9-cu rayonudur. Maraqlıdır ki, iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcminə görə isə Lənkəran 613 milyon manatla rayonlar arasında orta mövqedədir. Lakin əhalinin gəlirlərinin həcmi göstəricisi üzrə Bakı, Abşeron, Sumqayıt və Gəncədən sonra 908,6 milyon manatla 5-ci yerdə gəlir. Ümumiyyətlə, statistik göstəricilər Lənkəranın ölkə üzrə rayonlar arasında orta gəlirdən yuxarı gəlirə malik olduğunu deməyə əsas verir.

Rəsmi məlumata əsasən ötən il ötən il Lənkəran şəhərinin büdcə gəlirləri proqnozdan artıq icra edilməklə 34 milyon 157,2 min manat təşkil edib, büdcə gəlirlərində yerli gəlirlərin payı 57,2 faiz və ya 19 milyon 539,8 min manata çatıb. Yerli xərclərin məbləği isə 15 milyon 961,5 min manata bərabər olub.

2022-ci ildə Lənkəran şəhər icra hakimiyyətinin büdcədənkənar gəliri 1 milyon 481,8 min manat, büdcədənkənar xərcləri isə 1 milyon 457 min manat olub. İH-nin rayonda göstərdiyi xidmətlərdən, əmlak icarəsi və sair gəlirləri 2022-ci ildə 21 399 manat, 2023-cü ilin 6 ayında isə 18 095 manat təşkil edib.

Lənkəran İH-dən informasiya sorğusuna verilən cavabdan aydın olur ki, ötən il 991 şəxsə ev təmiri və digər ehtiyaclar üçün 370 min 450 manat maddi dəstək göstərilib. Bu, Prezidentin təsdiqlədiyi qaydalarda nəzərdə tutulan bölgüyə əməl olunduğunu göstərir. Lakin bu vəsaitin kimlərə, hansı məbləğdə və hansı ehtiyacın qarşılanması üçün verildiyini İH-dən açıqlamırlar. Ayrılan məbləği yardım olunan şəxslərin sayına böldükdə adambaşına 373,8 manat düşür. Aydın məsələdir ki, bu məbləğlə ev təmir etmək qeyri-mümkündür.

Halbuki Lənkəranda evə ehtiyacı olan aztəminatlı ailələrin, şəxslərin sayı kifayət qədərdir. Onlardan biri İcra Hakimiyyəti binasının təxminən 100 metrliyində yaşayan Rövşən İsayevdir.Əfqanıstan müharibəsi veteranı olan R.İsayev, 56 yaşı olsa da, evli deyil. Özü bunu imkansızlıq, xüsusilə də evsizliklə izah edir.

Onun qardaşları və onların ailələri ilə birlikdə yaşadığı mənzilin şəraitsizliyi göz önündədir. R.İsayev müyyən dövrdə həbsdə yatıb. Hazırda evlərinin yaxınlığındakı maşın dayanacağında gözətçi işləyir. Dediyinə görə, gündəlik qazancı 5-6 manatdan yuxarı deyil.

Lənkəran İH-dən tutmuş, ölkənin bütün müvafiq strukturlarına müraciət etsə də, mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək ala bilməyib.

Bildirir ki, yuxarılara yazdığı müraciətlərə görə bir neçə dəfə polis ona xəbərdarlıq edib: “Deyirlər, niyə yazırsan hər yerə? Neynəyim, əlacsız vəziyyətdəyəm. Ayda 80 manat sosial yardım alıram, dolana bilmirəm”.

R.İsayevlə birlikdə dayanacaqda işləyən Hacıyeva Xatirə Qulamhüseyn qızı da sosial vəziyyətinin ağırlığından şikayətlənir: “35 yaşım var.

Zülm içində yaşayıram. Kasıbçılıq ucbatından “Bizon”, “Kola” qabları yığıram,1 kiloqramını 1 manat 50 qəpiyə satıram.

Bayram nədir, istirahət nədir bilmərik. Həyat yoldaşım da qapılarda fəhləlik edir – kanal təmizləyir, sement qatışdırır. Hava yağışlı-qarlı olanda bunlar da olmur. Ayda qaldığımız bu uçuq-sökük evə 100 manat kirayə haqqı veririk. Hələ işıq, qaz, su pulunu demirəm”.


X.Hacıyeva da evlə təminatda dövlətdən dəstək gözləyir.
Yeri gəlmişkən, Lənkəran İH-nin İnternet saytında müxtəlif imtiyazlı təbəqələrdən olan və ev növbəsinə götürülən şəxslərin adlı siyahıları yerləşdirilib.

Onu da qeyd edək ki, Lənkəranda həssas və aztəminatlı təbəqələrdən olan sakinlərin sayı ölkə üzrə orta göstəriciyə yaxındır. Belə ki, 2022-ci ilin 1 yanvarında Lənkəran şəhərində 17 328 nəfər 65 yaşdan yuxarı əhali yaşayıb. 2021-ci ildə Lənkəran rayonunda pensiyaçıların sayı 26 219 nəfər, orta pensiya məbləği 275,25 manat təşkil edib. Pensiyaçıların 14 394 nəfəri yaşa görə, 8449 nəfəri əlilliyə görə, 3376 nəfəri ailə başçısını itirməyə görə pensiya alıb. Sosial müavinət alanların sayı 9538 nəfər, orta məbləği isə 118,34 manat olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda Pensiyaçıların sayı Lənkəran rayonu üzrə 23,1 min, əlilliyi olan şəxslərin sayı isə 12,3 mindir (6,11 mini əlilliyə görə pensiya, qalanları müavinət alır). Rayonda 2,3 min ailə ünvanlı sosial yarım alır. Ünvanlı sosial yardımın orta aylıq məbləği bir ailə üçün 466 manat təşkil edir.

Bu ilin 8 ayında Lənkəran rayonunda ƏƏSMN-in yerli şöbələri tərəfindən 71 nəfər (onlardan 63 nəfəri ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır) tənha ahıl və əlilliyi olan şəxsə evində sosial-məişət xidməti göstərilib. Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.
Lənkəran İH-nin büdcədənkənar fondundan belə şəxslərə hansı yardımların edildiyi, təəssüf ki, açıqlanmır…

Lənkəran İH-nin maliyyə fəaliyyətinin Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlanması faktı qeydə alınmayıb. Ölkənin əsas maliyyə nəzarəti orqanı olan Hesablama Palatası isə bir dəfə – 2017-ci ildə Lənkəran İH-nin 2013-2016-cı illərdə 13 məktəbin, 24 mənzilli yaşayış evinin, 2 uşaq bağçasının tikintisinə, 1 məktəbin əsaslı təmirinə, Lənkəran şəhərində qəza vəziyyətində olan 15 ədəd 4 və 5 mərtəbəli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılmasına, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun əsaslı təmirinə, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun yenidən qurulmasına, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri üzrə istifadə etdiyi ümumilikdə 61 milyon 604,5 min manat vəsaitin auditini aparıb. Məlum olub ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu tikinti obyektləri üzrə hazırlanan layihə tapşırıqlarında bir sıra hallarda Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin tələblərinə əməl edilməyərək məktəblərin tikintisinin layihə tapşırıqları hazırlanıb. Həmin tapşırıqlar əsasında layihə təşkilatları tərəfindən tərtib edilmiş layihə-smeta sənədləri əsasında yerlərdə real şagird sayından fərqli məktəblər inşa edilib. İnşa edilən məktəblərdə 1 şagird yeri üçün tikinti işlərinə çəkilən xərclər fərqli olub.

“Tikililərin əvəzsiz balansa verilməsi haqqında” sərəncamla Lənkəran Şəhər Təhsil Şöbəsinin balansına verilmiş 7 məktəb üzrə əsas fondların dəyəri az göstərilib. Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda 2 obyekt üzrə “Təkliflər sorğusu” üsulu ilə tender keçirilib. Satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddələrinin tələblərinə əməl edilməyib. Bir sıra məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verilib, həmçinin, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Dövlət Qəbul Komissiyasının Aktında (“Tikinti obyektinin istismarına İcazə”) bəzi obyektlərin dəyəri göstərilməyib.

Fövqəladə Hallar Nazirliyi TTNDA-nın Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilən ekspertiza rəyinə uyğun olaraq 2 kənd tam orta məktəbinin tikintisi obyektinin layihə-smeta sənədlərinin Təhsil Nazirliyi ilə razılaşdırılması təmin edilməyib.

Həmin məktəblərin tikintisi üzrə təqdim edilmiş “Eskiz layihə”də normadan artıq yemək qəbulu və akt zalları üçün sahənin layihələndirilməsi hesabına əlavə büdcə vəsaiti sərf edilib. “Lənkəran rayon, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi” (15,6 km) obyekti üzrə işlərin 2014-cü ildə başa çatmasına baxmayaraq, müvafiq qaydada istismara qəbulu təmin olunmayıb”.

Bu nöqsanlara görə kimlərinsə cəzalandırılıb-cəzalandırılmadığı bilinmir. Bilinən odur ki, Lənkəranda tikinti-təmir İH-nin xərcləmələrinin əsas ünvanıdır. Bu xərcləmələr barədə dövlət satınalmalarına dair internet portalından məlumatlar əldə etmək mümkündür. Portalda yerləşdirilən müqavilələrdən aydın olur ki, bu ilin aprelində Lənkəran İH 2 ay əvvəl yaradılmış şirkətə – “All The Trifles” MMC-yə 266 min 742,54 AZN-lik sifariş verib. Sifariş müxtəlif tikinti mallarının tədarükünü əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb.

Bu ilin ötən dövrü ərzində Lənkəran İH Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı “Xezer-Construction” MMC ilə 729 min 425,78 AZN, Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı “Mars Construction” MMC ilə 699 min 284,57 AZN,
Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı “Topxana Layihə İnşaat” MMC ilə 228 min 861,77 AZN, Lənkəran şəhəri və rayon ərazisində aparılacaq bir sıra yenidənqurma və təmir-bərpa işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı “Global Engineering Management Company” MMC ilə 46 804,7 AZN dəyərində müqavilələr bağlayıb.

Lənkəran İH-nin digər xərcləmələri barədə hər hansı məlumat əldə etmək mümkün deyil. Yeri gəlmişkən, 2022-ci ilin oktyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevi vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalayıb. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub, birinci həbs edilib…

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12
Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08
"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45
İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru