DİA.AZ: - "2 gün öncə "Xalqlar dostluğu" yaxınlığında yerləşən "Bazarstore" supermarketdə alış-veriş etdim..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Leyla Məmmədli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Kartla ödəniş etdim çekləri götürdüm orada baxmadım çekə, kaş baxardım.
Gəldim gördüm çekdə nə "QR kod" oxunur ədv üçün, nə də "Fiscal id" hissəsi görünmür. Özlərinə yazıram, deyirlər qeydə aldıq. Maraqlıdır ki sadəcə təsadüfdür yoxsa bu da yeni bir növ müştərini aldatmadır?"
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...