"Bu boyda ölkənin Endokrinoloji Mərkəzinin gördüyü işə baxın" - BU NƏDİ BELƏ?
Tarix: 1-04-2023, 06:27 | Çap et
 DİA.AZ: - "Dünən oğlum Respublika Endokrinoloji Mərkəzində yenidən qan verməli oldu. Bu dəfə ac qarına. Mərkəzin baş tibb bacısından xahiş etdim ki, qanı daha təcrübəli və peşəkar tibb bacısı götürsün. Çünki keçən dəfə götürənlər uşağın qollarını dəlmə-deşik etdilər və götürdükləri qan da özlərinin dediyinə görə laxtalandı, cavabı da çıxmadı". DİA.AZ bildirir ki, bu barədə şikayətində Nadir Qocabəyli qeyd edr. N.Qocabəyli daha sonra davam edir: "Uzun çək-çevirdən sonra həqiqətən peşəkar bir tibb bacısı tapıldı və qanı çox asanlıqla götürdü. Biz də təşəkkür edib, evə gəldik. Bu gün saat 12-də getdik cavabı almağa. Təsəvvür edə bilməzsiniz nə oldu. Xeyli növbədə dayandıqdan sonra məlum oldu ki, cavab yenə çıxmayıb. Niyə? Səbəbini bizə demədilər və həkimin köməkçinin gəlməsini tələb etdilər. Həkimə dedim və köməkçisini birtəhər axtarıb tapdıq. Məlum oldu ki, qanın doldurulduğu flakonu səhv salıblar. Yəni tibb bacısı qanı qısa, həm də başlığı göy rəngdə olan qaba çəkməliymiş, amma uzun və başlığı qırmızı rəngdə olan qaba çəkib. Dedim, bacılar, nə fərqi var axı. Qabın üstünə gözümün qabağında barkod yapışdırıldı, uşağın adı dəftərə yazıldı. Dedilər indi axtarıb taparıq, tapsaq, çıxaracağıq, tapmasaq, gərək yenidən qan versin. Oğlum da, mən də dilxor olduq. Bu boyda ölkənin Endokrinoloji Mərkəzinin gördüyü işə baxın. Bir yandan da dalağım sancdı. Bəlkə bizimilə oyun oynayırlar? Ancaq səbrimi basıb, işin sonunu gözlədim. Çünki məni təxribata da çəkə bilərdilər. Yəni əsəbləşib, dava salım, bunlar da polis çağırsın. Bunlardan nə desən gözlənir... Yarım saatdan sonra dedilər ki, qan tapılıb, bir saat gözləyin cavab çıxsın. Bir saatdan sonra dedilər ki, 3 nəticədən biri çıxıb, əgər həkim yekun diaqnozu ona əsasən qoya bilərsə, digər ikisini heç çıxarmayaq. Ancaq həkim bununla razılaşmadı, dedi ki, voenkomat onu qəbul etməyəcək və yenidən göndərəcək. Həkimin (adı Mehriban Aslanova) bu mövqeyi xoşuma gəldi doğrusu. O razılaşsaydı da, mən razılaşmayacaqdım. Yenə dedilər ki, əgər T1 və T2-ni çıxarmaq üçün plazma az olsa, gərək uşaq yenidən qan versin. Yarım saat gözləyin, məlum olacaq. Yarım saat da gözlədik və bəlli oldu ki, bütün nəticələr çıxıb və qan verməli olmayacağıq. Üstümüzdən dağ götürldü. Həkim diaqnozu yazıb, imzalayıb verdi. Möhür vurdurub götürdük Bazar ertəsi, inşallah, Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə verəcəyik. Ancaq həkimin verdiyi sənəddə müəyyən uyğunsuzluqlar var. Məsələn, xəstənin şikayətləri arasında səhərlər ayaqlarının şişməsi, ürək döyüntüsünün olması qeyd olunmayıb. Halbuki bunları oğlumdan soruşdu və o da təsdiq cavabı verdi. Yəni bu cür şikayətləri olduğunu dedi. Mehriban Aslanova xanım oğluma 3 dərmandan ibarət resept yazdığı halda, verdiyi çıxarışda onlardan yalnız birinin adını qeyd edib. Bizə "Eutiroks-75" qəbul etməli olduğunu dediyi halda, çıxarışa "Eutiroks-50" yazıb. İnşallah, bunlar Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi hərbi-tibbi komissiyasının yekun qərarına təsir etməz. Edərsə, təkrar müayinə tələb edəcək və paralel olaraq özəl tibb müəssisələrindən birində müayinədən keçəcəyik. Bir skeptik olaraq iki qan analizinin cavablarının vaxtında çıxmamasından ciddi şəkildə şübhələnir, bunu təsadüf saymıram. Həkimin qanın laxtalanmasını toxluqla əlaqələndirməsi də doğru deyilmiş. Bunu bu gün araşdırdım. Məlum oldu ki, zob üçün tox qarına da analiz vermək olar. Bir sözlə müəmmalı məqamlar çoxdur. Ancaq mənimlə oynamaq lazım deyil. Kim oynayacaqsa, başı ağrıyacaq. Başımı ağrıdanın başını ağrıdacağam. 31 mart, 2023-cü il" Məsələ ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
|