"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                 

Yeniləşən ABŞ-Azərbaycan münasibətləri... - İNCƏLƏMƏ...
Tarix: 22-03-2022, 10:36 | Çap et
Yeniləşən ABŞ-Azərbaycan münasibətləri...
ABŞ lideri Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik zamanı bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan Bayden “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir”,- deyib.

Baydenin Novruz bayramı münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etməsi mühüm hadisədir. Bu, ilk növbədə rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir. Məsələ ondadır ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir.

Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.

Baydenin təbrik məktubunda bir sıra məqamlar diqqət çəkir:

Birincisi, məktubun Azərbaycan dili mətni ilə yanaşı ingilis dili mətnində də Novruz bayramı ifadəsi Azərbaycan dilində yazılıb. Bu, kiçik bir detal kimi görünsə də, bunu dünyanın supergücünün Azərbaycana jesti kimi qiymətləndirmək olar. Vaşinqton bununla bir daha göstərir ki, Bakı ilə əməkdaşlığa maraqlıdır və bu diplomatik yazışmalarda ən incə məqamda da özünü göstərir.

İkincisi, Bayden məktubunda bildirir ki, “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

Bayden regional sülhün təşviqi deyərkən ABŞ-ın həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyindən bəhs edilir. Vaşinqton iki ölkə arasında sülhün əldə olunmasına töhfə verə bilər. Bu zaman belə bir sual yaranır ki, Vaşinqton 27 il ərzində nə üçün bunu etməyib?

Keçən 27 ildə geosiyasi vəziyyətin dəyişməsi və Bakının 44 günlük müharibədə əldə etidiyi taixi qələbə Vaşinqtonun Cənubi Qafqaza baxışını dəyişib. Yəni ABŞ 44 günlük müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Vaşinqtonu Bakı ilə əməkdaşlığa sövq edən səbəblər

Prezident Baydenin Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik etməsi bütün hallarda müsbət hadisədir, lakin iki ölkə arasında son illərdə münasibətlərin daha da yaxşılaşmasının başlıca səbəblər var.

Şübhəsiz ki, ABŞ maraqları olmadığı təqdirdə heç bir ölkə ilə münasibətləri göz görəcək səviyyətə inkişaf etdirməz. Hesab edirəm ki, bu, Azərbaycanla da belədir. Məsələ ondadır ki, Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq regionda icra etdiyi meqa enerji layihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir.

Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası, İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır.

Mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycanın sərgilədiyi balans siyasəti, eyni zamanda rəsmi Kiyevə humanitar yardımların edilməsi də Azərbaycanı etibarlı tərəfdaş halına gətirir. Hesab edirəm ki, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir.

Bakının Vaşinqton qarşısındakı strateji hədəfləri

İki ölkə arasında münasibətlərin artan tempdə inkişafı Bakını Vaşinqton qarşısında bir sıra strateji hədəflər müəyyən etməyə sövq edir. İndiki məqamda ABŞ qarşısında bir sıra hədəflərimiz olmalıdır:

Birincisi, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş hələ də qüvvədədir. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır.

İkincisi, qeyd etdiyim 907-ci düzəlişin ləğvi üçün ilk növbədə ABŞ-da lobbi və diaspor fəaliyyəti artırılmalı və bu, ilk növbədə dövlət xətti ilə həyata keçirilməlidir. Əgər ABŞ-da lobbi və diaspor fəaliyyətimizi inkişaf etdirə bilməsək nə Vaşinqtonla münasibətlərin inkişafı davamlı olacaq, nə də 907-ci düzəliş büsbütün ləğv ediləcək. Hər şeydən öncə Ermənistanın ABŞ-la münasibətlərinin təməli olan lobbi və diasporunun qarşısını almaq lazımdır.

Üçüncüsü, Azərbaycan öz imkanları ilə son illərdə regionda meqa enerji layihələr icra edir. Bu, ölkəmizi Avropaya alternativ enerji dayışıcısı ölkə halına gətirir. Lakin bununla belə görülən səylər Qərbin tələblərini tam ödəmir. Yəni Rusiya ilə müqayisədə Bakının Avropaya nəql etdiyi qaz və neft çox azdır. ABŞ-la bu istiqamətdə əməkdaşlıq genişləndirilə, həm lazımi texniki avadanlıqlar, həm də investisiya cəlb edilə bilər.

Dördüncü, ABŞ-la təkcə enerji sahəsində deyil, hazırda bir çox fərqli sahədə də əməkdaşlıq edilə bilər. Xüsusilə Qarabağın bərpası istiqamətində ABŞ şirkətlərini regiona cəlb etmək mümkündür. İxtisaslaşmış ABŞ şirkətlərinin Azərbaycanda, xüsusilə də Qarabağda fəaliyyəti regionda Ermənistanın təxribatlarının və ehtimal gərginlik səylərinin qarşısını ala bilər.

Turan RZAYEV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru