"İki ildir aidiyyəti qurumlara müraciət edirik..." - GİLEY
Tarix: 12-01-2021, 09:33 | Çap et
 “Burda qışın da, yayın da öz problemləri var. Yol, qaz yoxdur, işıq da elə yox kimidir. İşıqlarımız o qədər zəifdir ki, yeməyimizi fənər işığında yeyirik. İki ildir aidiyyəti qurumlara müraciət edirik, deyirlər düzələcək, görünən isə odur ki, hər dəfə bizi aldadırlar”. DİA.AZ bildirir ki, bunu İmişlinin Əlyetməzli kənd sakinləri deyir. Sakinlər kənddəki problemlərdən danışırlar. Onları daha çox narahat edən yol, qaz, işıq dərdidir.
Əlyetməzlidə yaşayış 1940-cı illərdən başlayıb. Həmin vaxt kənddə cəmi 10-12 ailə yaşayıb. Vaxt keçdikcə, kəndə köç də çoxalıb, əhalinin sayı artıb. 1990-2000-ci ildən indiyədək isə kəndin bir tərəfində sakinlər özlərinə evlər tikməklə yeni yaşayış yerləri yaradıblar. Əhalinin sayı artsa da, kəndin işıq, qaz, su sistemi, infrastrukturu inkişaf etdirilməyib. Kəndin kənarındakı yeni yaşayış yerində ev-eşik tikib yaşayan sakinlər buradakı şəraitsizlikdən narazılıq edir:
“10-12 ildir ki, burada təzə evlər tikilib. Torpağı vətəndaşa satanda yüz cür dona girirlər, get, evini tik, yol elə olacaq, işıq belə olacaq... Ev tikib, yaşayırsan, vaxt keçdikcə anlayırsan ki, aldadılmısan... Bir işıq transformatoru nədir ki, illərdir buna görə işıq idarəsinin yolunu su yoluna döndərmişik, gətirib bir transformator quraşdırmırlar ki, biz də ölkənin işığından istifadə edək. 21-ci əsrdə neft lampasından istifadə edirik, yemək yeyəndə fənəri yandırıb masanın ortasına qoyuruq ki, süfrəmiz işıqlı olsun”.
Sakinlərin sözlərinə görə, yağışlar başlayanda evdən çölə çıxmaq çətinləşir: “Qış gəlib, yollarımızda palçıq yenə topuqdandır. Küçəyə çıxa bilmirik, yollarda yerimək çətindir. Maşın iki dəfə küçəni o baş, bu başa gedib gəlir, sıradan çıxır, təmirlik olur. Əraziyə ictimai nəqliyyat işləmir, rayon mərkəzindən qayıdanda məcbur oluruq ki, taksiyə minək. Taksilər biləndə ki, yolumuz bu məhəlləyədir, gətirməkdən imtina edirlər. Sürücülər deyir, 5 manat yolpulu verəcəksən, sonra gərək 25-30 manat verib maşının hansısa hissəsini düzəltdirim, maşının palçığını yuyum”.
11 il əvvəl baş vermiş Kür daşqınının vurduğu zərərlər Əlyetməzlidə hələ də tam ortadan qaldırılmayıb. Məlum olduğu kimi, sel suları daha çox köhnə tikililərə zərər vurub. Sakinlər deyir, həmin evlər dağılmaq üzrədir, həyətlərdəki çoxillik meyvə ağacları quruyub, torpaqlar münbitliyini itirdiyi üçün əvvəlki kimi məhsul vermir. Bir də bunun üzərinə işıq, qaz, su problemi gələndə vəziyyət ikiqat ağırlaşır: “Kürün kənarında yaşasaq da, nə içməyə, nə də əkin mövsümü gələndə sahələri suvarmağa su tapırıq. Arada pambıq əkininə baş qoşduq, baxdıq ki, məhsul inkişaf etmir, bu işin başını buraxmalı olduq. Torpaqlarda şoranlaşma da baş alıb gedir”.
Sakinlər deyir, kənd rayon mərkəzindən bir az uzaq olduğuna görə sanki unudulub: “Elə bil kəndimizə qarşı ögey münasibət var. O vaxt gəlib meyvə ağaclarımızı siyahıya aldılar ki, guya kompensasiya veriləcək. Sonra da unudulub getdi. Kəndlilər əsasən həyətyanı sahələrində yetişdirdikləri meyvələri satıb dolanırdı. 10 ildən çoxdur ki, nə ağac var, nə məhsul. O vaxt Kür çayı düz 8 ay ərazidən 4 metr hündürlükdə axdı. Ona görə də torpaqlarımız hələ də özünə gələ bilməyib. Məhsuldarlıq aşağı düşüb, dolanışığımız kəskin pisləşib. Kənd təsərrüfatı ilə məşğul ola bilmirik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57 |
|
|
|
• Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52 |
|
|
|
• "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49 |
|
|
|
• "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47 |
|
|
|
• “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44 |
|
|
|
• Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41 |
|
|
|
• “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36 |
|
|
|
• “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
• Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29 |
|
|
|
• İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26 |
|
|
|
• Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23 |
|
|
|
• “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20 |
|
|
|
• CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33 |
|
|
|
• Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29 |
|
|
|
• Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27 |
|
|
|
• Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24 |
|
|
|
• Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34 |
|
|
|
• Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21 |
|
|
|
• Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12 |
|
|
|
• Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05 |
|
|
|
• "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41 |
|
|
|
• “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34 |
|
|
|
• İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29 |
|
|
|
• 2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25 |
|
|
|
• Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22 |
|
|
|
• Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15 |
|
|
|
• "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03 |
|
|
|
• Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01 |
|
|
|
• AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57 |
|
|
|
• “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56 |
|
|
|
• Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46 |
|
|
|
• Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44 |
|
|
|
• Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38 |
|
|
|
• “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34 |
|
|
|
• Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30 |
|
|
|
• Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27 |
|
|
|
• Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15 |
|
|
|
• İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10 |
|
|
|
• Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06 |
|
|
|
• Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00 |
|
|
|
• Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58 |
|
|
|
• "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44 |
|
|
|
• Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31 |
|
|
|
• Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28 |
|
|
|
• Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17 |
|
|
|
• “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13 |
|
|
|
• "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09 |
|
|
|
|