"Bizi korona yox, "Azəriqaz" yıxacaq..." - GİLEY
Tarix: 11-12-2020, 09:21 |
Çap et
DİA.AZ: - "Şikayətim "Azəriqaz"dandır. Bir aydan coxdur ki, Xırdalanda yerləşən Yoncaliq deyilən ərazidə qaz közərir, təzyiq normal deyil". DİA.AZ bildirir ki, bu sözlər Aygün Ağa adlı istifadəçinin "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşımında yer alıb.
Daaha sonra narazı vətəndaş yazır: "Nə kombi isləmir, nə yemək bisirmək, çay isitmək olmur. İşdən evə gəlirsən ki, bəlkə bir stəkan çay içəsən... canın qıza... Onun üçün oturub iki saat gözləmək lazımdır ki nə vaxta çaydan qaynayar.
Vallah, bizi karona yox, yıxsa evdə olan bu soyuq, "Azəriqaz" yıxacaq. Daha bezmişik əllərindən".
Qeyd edək ki, narazı vətəndaş qazın təzyiqinin aşağı olduğunu sübutlayan fotonu da paylaşıb:
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...