Dövlət Departamentində Qarabağ müzakirəsi .....                     Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... .....                     “166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... .....                     "Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" .....                     Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... .....                     Nurçuların Bakıdakı ticarət şəbəkəsi... .....                     Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                 

Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir... - Diqqət, TƏHLÜKƏ!
Tarix: 3-11-2020, 15:17 | Çap et
Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir...
Sentyabr ayının 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti dəfə təxribatlar törətməsi və bundan sonra şanlı ordumuzun ölkə ərazisinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara başlaması bir çox digər məsələləri ikinci plana çəkmiş oldu. Hətta belə bir şəraitdə bu ilin əvvəlindən bütün dünyanın bir nömrəli gündəmi olan COVİD-19 mövzusu da sanki bir qədər unudulmağa başladı. Əlbəttə ki, buna Azərbaycan dövləti tərəfindən həyata keçirilən pandemiya ilə mübarizə tədbirlərinin yüksək effektivliyi sayəsində yay aylarında ölkədə virusa yoluxma hallarının kəskin azalması və bu səbəbdən tətbiq olunan karantin rejimi şərtlərinin bir qədər yumşaldılması da müəyyən qədər səbəb olmamış deyildi. Lakin bu gün vəziyyət kəskin şəkildə dəyişmək üzrədir və artıq ölkədə koronavirusa yoluxma hallarının sayında təhlükəli artım tendensiyası müşahidə olunmaqdadır. Bəs bu vəziyyətə səbəb olan əsas amillər hansılardır?

Əlbəttə ki, ilk növbədə koronavirus pandemiyasının ikinci (bəzi ölkələrdə isə hətta artıq üçüncü) dalğasının yayılması bütün dünya ölkələrində müşahidə olunan bir haldır. Lakin bu, heç də o demək deyil ki, ayrı-ayrılıqda götürülmüş hər hansı bir ölkədə bu mərəzlə mübarizə daha effektiv şəkildə həyata keçirilə bilməz. Əksinə öz təcrübəmizdən də biz gördük ki, pandemiyanın kütləvi şəkildə yayılmasının qarşısını almaq olar. Sadəcə bunun üçün bəzi qaydalara riayət etmək lazımdır və bu qaydalardan da biri insanların kütləvi şəkildə toplaşdıqları məkanlarda sanitar-gigiyenik vəziyyəti ciddi nəzarət altında saxlamaqdır.

Bu gün ölkəmizdə məhz insanların kütləvi şəkildə toplandıqları məkanların sayını minimuma endirmək üçün bir çox böyük ticarət mərkəzlərinin fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Bəs görəsən fəaliyyəti davam edən məkanlarda vəziyyət necədir?

Elə “8-ci km bazarı” kimi tanınan ticarət mərkəzinə də В«Deryaz.azВ»saytımızın əməkdaşları növbəti dəfə məhz bu yönümdə araşdırma aparmaq üçün yollanmışdılar. Heç kim üçün sirr deyil ki, ərazisinə görə Bakının ən böyük ticarət məkanlarından olan bu bazar əvvələr də heç bir sanitar normalara əməl olunmadan fəaliyyət göstərib. İstər faktiki olaraq dörd seksiyaya bölünmüş olan ərzaq bazarı olsun, istər tikinti və təsərrüfat malları satılan bazar, istərsə də pal-paltar bazarı. Əslində ticarətin bu üç müxtəlif istiqamətləri “8-km bazarı”nda kifayət qədər tez-tez kəsişir. Məsələn, bir tərəfdən pal-paltar, digər tərəfdən isə metal məmulatlarının satış mərkəzləri arasında böyük bir ət bazarı fəaliyyət göstərir. Deyilənə görə, Ağdamlı Rauf adlı bir şəxsin idarə etdiyi bu ət bazarı özü-özlüyündə artıq böyük bir epidemioloji təhlükə mənbəyidir. Belə ki, hər gün səhər saat 4-5 radələrində (əlbəttə ki, komendant saatı rejiminin tətbiqindən əvvəlki vaxt nəzərdə tutulur) buraya çox sayda minik və kiçik həcmli yük avtomobillərində gətirilən heyvan cəmdəklərinin mənşəyi onları gətirənlərin özündən başqa heç kimə bəlli deyil. Sutkanın 24 saatı ərzində də bu ət bazarının yanından keçənlər üfunətdən burunlarını tutub, addımlarını itiləşdirməli olurlar. Sanitar epidemioloji mərkəzə olunan müraciətlərə isə cavab verirlər ki, bizim onları yoxlamaq səlahiyyətimiz yoxdur. Qəribədir, amma məhz elə bu mərkəzin həkimi də hər səhər bu bazara gəlir və əlindəki möhürü qarmaqdan asılan cəmdəklərə növbə ilə vuraraq, ət sıralarının qarşısından “ənənəvi” reyd keçirir.

Müxtəlif problemlər ərzaq bazarında da diqqəti cəlb edir. Az öncə qeyd olunduğu kimi, bu bazar faktiki olaraq üç seksiyaya bölünür və daimi müştərilər də həmin seksiyaları 1-ci bazar, 2-ci bazar, 3-cü bazar və 4-cü bazar deyə adlandırırlar. Q.Qarayev prospekti tərəfdən gələrkən müştərinin ilk daxil ola biləcəyi seksiya 1-ci bazardır. Burada qismən geyim və təsərrüfat malları, daha çox isə pərakəndə ərzaq məhsullarının satışı həyata keçirilir. Mənbələr bildirirlər ki, 1-ci bazar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin keçmiş rəisi Faiq müəllimə məxsusdur. İndi özü burda olmasa da, yerinə təyin etdiyi Etibar adlı başqa bir şəxs (əslən Tovuz rayonundan olduğu məlumdur) mütəmadi olaraq icarə pullarını toplayır və Faiq müəllimə göndərir.

2-ci seksiyanın “vizit kartı” qapalı (daha doğrusu üstü örtülü) məkanın girişində, küçədə təşkil olunan balıq ticarətidir. Hə, dərhal sonra da meyvə sıraları gəlir. Maraqlı müştərilər əvvəlcə əllərini çeşid-çeşid balıqların dərisinə sürtməklə dezinfeksiya edə, sonra da həmin əllə alacaqları meyvələrdən götürüb onların dadına baxa bilərlər. Mənzərəni təsəvvür edə bilirsiz? Deyilənə görə bu bazarın da sahibi Ağdamlı Rauf adlı bir şəxsdir.

3-cü və 4-cü bazarlarda isə daha çox topdan ticarətlə məşğul olurlar. Burada duran yük avtomobilləri isə çox vaxt öz sürücülərinin həm dükanı, həm yemək, həm də yataq otağı funksiyasını yerinə yetirir. Amma burada da pərakəndə ticarət gedir. Xüsusilə də evdə hazırlanan turşu-şorabaların satışı çox yüksək intensivliyə malikdir. Deyilənə görə bir vaxtlar bu bazar sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsən kurasiyasında imiş. Bu gün isə 3-cü və 4-cü bazarın sahibi olaraq Elşən və adı məlum olmayan bir şəxs tanınır. Bəzi mənbələr isə Elşən müəllimin radikal müxalifəti dəstəkləyən şəxs olaraq təqdim edirlər…

Amma məsələnin siyasi tərəfi bizi ən az maraqlandıra biləcək məqamdır. Çünki bu dörd bazarın dördündə də hal-hazırda cəmiyyətimiz üçün daha təhlükəli olan yüzlərlə başqa məqamlar mövcuddur. İstər bazarın daxilində, istərsə də ətrafında fəaliyyət göstərən köşklər, ərzaq mağazaları, yeməkxanalar və digər obyektlər inanın ki, bu gün pandemiyaya yoluxma hallarının artmasında bəlkə də ən çox təsiri olan vasitələrdir. Bunlar heç də boş ittiham deyil. Özünüz düşünün – insan sıxlığı ən yuxarı həddə; satıcıların və müştərilərin gigiyenik qoruyucu vasitələrdən istifadəsi təmin olunmur; sanitar vəziyyət sıfır səviyyədə; açıq satılan məhsullara alışa qədər onlarca insanın əli toxunur; məhsulların heç bir gigiyenik sertifikatı olmur və bəzi hallarda mənşəyi belə naməlum olur; 10 satıcıdan 9-nun sağlamlıq haqqında arayışın harada verildiyi barədə anlayışı belə yoxdur; burada alış-verişə demək olar ki, şəhərin bütün ərazilərindən insanlar gəlir.

Vergi deyilən ödəmə sistemi isə yaddan çıxıb.

İndi siz deyin, koronavirus infeksiyasının yayılması üçün bundan daha çox imkanlar verən hansısa başqa bir məkan tanıyırsınız?(Deryaz.az)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Departamentində Qarabağ müzakirəsi - Bakıdan reaksiya
Bu gün, 09:00
Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb... - BU NƏDİ BELƏ?
Bu gün, 08:54
“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI... - GİLEY
Bu gün, 08:50
"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib" - REAKSİYA
Bu gün, 08:39
Lerik sakini ÇARƏSİZ DURUMDA: Kömək istəyir... - VİDEOMÜRACİƏT
Bu gün, 07:26
Nurçuların Bakıdakı ticarət şəbəkəsi... - İNDİ DƏ...
Bu gün, 07:16
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru