İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı .....                     "Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." .....                     Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir .....                     Tanınmış plastik cərrah olan arvadını öldürən .....                     İranın “Müqavimət oxu”: .....                     İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib .....                     Trampın “Yeni Amerika Xəritəsi”: .....                     ABŞ-də güclü yanğın: .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır .....                     İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi .....                     Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb .....                     Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb .....                     Bakıda arvadını qətlə yetirən kişi .....                     Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… .....                     Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü .....                     AFFA Lənkəran və Masallıdakı stadionları alır? .....                     Ermənistanın Azərbaycanla bağlı müharibə planı... .....                     Aparıcıların “ağlaşma” şousu və... .....                     “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” .....                     Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi .....                     Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir .....                     Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, .....                     Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı .....                     NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... .....                     Yevlaxda təhsil adına biabırçılıqlar... .....                     Avropa İttifaqının Bakı səhvləri: .....                     Narazı sakin Xəzər İH-i .....                     "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." .....                     Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək .....                     ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır .....                     Nüfuz alverində ittiham olunan vəkilə .....                     Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: .....                     Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib .....                     “Competo” MMC-də yeni təyinat .....                     “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” .....                     Şagird məktəb yoldaşını xəstəxanalıq etdi .....                     Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                 

Direktor olmaq üçün yüksək bal topladı, vəzifəyə deyil, türməyə göndərildi - QALMAQAL
Tarix: 11-08-2018, 10:31 | Çap et
Direktor olmaq üçün yüksək bal topladı, vəzifəyə deyil, türməyə göndərildi
İmişli rayon Qulubəyli kənd sakini, təhsil işçisi Elşən Şəmmədli 2017-ci il Təhsil Nazirliyinin direktorların işə qəbulu müsabiqəsində iştirak edərək rayon üzrə ən yüksək nəticə göstərsə də, təəssüf ki, sonda Elşən Şəmmədli vakant yer olan İmişli Şəhər 7 saylı məktəbə direktor yox, həbsxanaya göndərilib. E. Şəmmədlinin məsələ ilə bağlı “Hürriyyət” qəzeti vasitəsilə prezident İlham Əliyevə müraciəti də İmişli Rayon Təhsil Şöbəsinin vecinə olmayıb. Görünən odur ki, bu ölkədə haqqın olan nəyisə əldə etməyin özü də müşkül məsələyə çevrilib.

“Burada İmişli rayon Təhsil Şöbəsinn müdiri Ramiz Əmirovun da barmağı var”

Elşən Şəmmədlinin həbs olunması ilə bağlı dayısı Murad Seyidov “Hürriyyət”ə bildirdi ki, İmişli rayon Məhkəməsini sədri Qurban Hacıyev bacısı oğlu Elşən və onun haqqında saxta akt tərtib edib: “ Bizə qarşı 289.1 maddəsi ilə (məhkəməyə qarşı hörmətsilzik) cinayət işi açmışdı. Amma sübut olundu ki, onlar hamısı yalandı. Respublikanın 38 məhkəmə binasında ən müasir texnologiya qurulub, hamısında kamera var. Bu binalardan biri də İmişli rayon Məhkəməsidir. Qurban Hacıyev həmin görüntülərin hamısını silib. Axı, dediklərinin hamısı saxtadır. 8 nəfər də məhkmə işçisi o akta qol çəkib. Təbii ki, Elşən müəllimi də, məni də həbs etdirmək üçün hamısı qol çəkəcək, Qurbanın işçiləridir. Dünənki məhkəmədə məni 600 manat cərimə etdilər. Elşən müəllimə 3 ay həbs kəsdilər. Əslində, onun iki azyaşlı uşağı var, ona güzəştə getməliydilər. Burada Qurban Hacıyevin xüsusi marağı var. Çünki o, 7 saylı İmişli Şəhər məktəbinə direktor təyin olunmaq üçün ən yüksək bal toplamışdı. Biz qarşı akt və Elşən müəllimin həbsi onunla əlaqdardır. Burada İmişli Rayon Təhsil Şöbəsinn müdiri Ramiz Əmirovun da barmağı var. O, aşkar dəfərlərə Elşənə deyib ki, “o məktəbin yiyəsi var. Səni hansı məktəbə deyirsən, ora direktor göndərək. 7 nömrəlinin yiyəsi var, bizlik deyil”. Bir ildir ki, məktəb yiyəsizdir, direktor təyin olunmur. Elşən də müxtəlif yerlərə şikayət etmişdi. Yəqin ki, tədris ili başlayanda Elşən ora direktor təyin olunacaqdı. Ona görə, bu oyunu qurdular ki, o, sıradan çıxsın. Aldığım məlumata görə, həmin məktəbə direktor təyin etmək üçün bir nəfərdən 27 min manat pul alıblar. Biz də pul verən deyilik. Biz də tələb edirik ki, ən yüksək bal toplayıb, Elşən burada işləməlidir. Buranın yiyəsi var idisə, niyə vakant yer kimi verilirdi?”

M. Seyidov qeyd etdi ki, hökmə görə ikisinin də cinayət tərkibi eynidir: “Əslində, mənə 600 manat cərimə idisə, iki uşağa görə, onu 500 manat cərimə etməliydilər. Maraqlıdır, eyni cinayət məcəlləsi ilə mənə 600 manat cərimə yazır, onu 3 ay azadlıqdan məhrum edir. Qərarın özündə uyğunsuzluq var”.

“Qurban Hacıyev bacıma “həyasız köpəkqızı” dedi”

Şikayətçi xatırlatdı ki, ötən il Elşən müəllimin evinə oğru girib, onu tutub ağaca bağlayıblar: “Həmin o oğru haqqında həbs qəti-imkan tədbiri var idi. Həmin oğru da Əfqan Şahbazov idi. Bu hadisə ilə bağlı 2017-ci il dekabrın 6-da məhkəmə iclasında Qurban Hacıyev dedi ki, “bu adam mənim dostumun qohumu, Şahbaz Şahbazovun əmisi oğludur. Əfqan Şahbazovun bacanağı mənim köməkçimdir. O biri məhkəmənin hakimi Aşqin Əfəndiyevin köməkçisi də Əfqanın əmisi oğludur. Ona görə, mən onu açıb buraxacam”. Qurban Hacıyev məhkəmədə elan etdi ki, İmişli rayon Prokurorluğunun göndərdiyi təqdimat sübuta yetmədiyinə görə təmin olunmasın, təqsriləndirilən Şahbaz Əfqan Əlqəmə oğlu zaminə buraxılsın. Mənim də bacım içəridə idi. Bacım etiraz etdi ki, yaxşı, bunu buraxırsan, bəs bzim təhlükəsizliymizi kim təmin edəcək? Gəlin, bu hökmü verməyin. Qurban Hacıyev qalxdı məhkəmə paltarını stolun üstə atdı, zala düşdü və bacımla mübahisə etməyə başladı. Bacıma “həyasız”, “həyasız köpəkqızı” dedi. Bacımın da təzyiqi var, belə deyəndə özündən getdi. Biz hakimə xahiş etdik ki, təcili yardım çağırsın, təcili yardım da çağırmadı, bizə dedi “basın bayıra”. Bunlar hökm veriləndən sonra oldu. Biz də oradan İmişli rayon icra başçısına zəng etdik. Başçı da səhəri gün-dekabrın 7-də bizi qəbul etdi, Qurbanı da çağırdı. Qurban da orada üzr itsədi ki, əsəbi olmuşam və başçı bizi barışdırdı. Rəhbər kimi, dedi “ayıbdı, belə şey nə lazımdı, gedin, işinizlə məğul olun””.

“Dünən nahaqdan Elşəni həbs etdilər”

“Biz də sonra xəbər tutduq ki, guya, biz məhkəməni pozmuşuq, o da məhkəmənin vaxtını dəyişib. Hökm verəndən sonra məhkəmənin vaxtı necə dəyişir? Yəni özünə bəraət qazandırmaq üçün məhkəmənin işini təxirə salıb. Guya, səhəri günə keçirib və yenə də Əfqan Şahbazovu açıb braxıb. O 8 nəfər məhkəmə işçisi akta qol çəksələr də, məhkəmədə ifadə verəndə heç birinin sözü düz gəlmədi, izahatları üst-üstə düşmədi. Çünki onlar orada olmayıblar. Biz də məhkəmədə tələb etdik ki, içəridə 12 kamera var, orada görüntülər var. Hakimə nəzarət, protokol kamerası var. Oradan görüntüləri çıxardın. Onu da Qurban Hacıyev sildirib, vermədi. Rabitə və İnformasiya Nazirliyinə şikayət etdik, onlar da təmin etmədilər. Sonda da dünən nahaqdan Elşəni həbs etdilər”, - deyə şikayətçi təəssüf etdi.

“Bax, bu cür böhtan atırlar”

“Siz məhkəməyə hömətsizlik etmişdinizmi” sualına M. Seyidov belə cavab verdi: “Vəkil deyir ki, mən içəri girəndə bunlar içəridə idi. Bunlar heç çölə çıxmadı, məhkəmə başladı. Vəkil orada yox idi axı, yalan deyir. Sual verdik, ay vəkil, əgər məhkəmə qapalıydısa, biz içəridə ola-ola məhkəmə gedə bilərmi? Deyir, yox. Bəs nətəhər məhkəmə olub? Məhkəmənin katibi deyir ki, “Guya, məhkəmə başlayandan yarım saat keçmişdi Murad müəllimlə, Elşən müəllim qapının təpiklə vurdu, içəri girdi, məhkəməni söyməyə başladı”. Bax, bu cür böhtan atırlar”.

“Qəsdən fırlatdılar ki, dərs ili başlayan qədər Elşən müəllimi həbs etsinlər, direktor təyin olunmasın”

“Keçən il olan hadisə ilə bağlı Elşən müəllim niyə dünən həbs olunur” sualını isə M. Seyidov belə cavablandırdı: “Qəsdən fırlatdılar ki, dərs ili başlayan qədər onu həbs etsinlər, direktor təyin olunmasın. Bu vaxta kimi arada çağırırdılar, gedib, gəlirdik. Yenə deyirəm, burada Qurban Hacıyevin də, Ramiz Əmirovun da, direktoruluğu istəyən Əliheydər Ataşovun da marağı var. O da Xocalı rayon prokuroru var idi, onun qardaşı oğludur. Bildyimə görə, ondan direktor olması üçün 27 min pul alıbar. Həmin Əliheydər Ataşov imtahanda bal toplaya bilməyib, cəmi 11-12 bal toplayıb. Mənim bacım oğlu nəinki rayonda respublikada ən yüksək bal toplayıb və 7 nömrəli məktəbə düşüb. Pula görə onu fırlayırlar, qoymurlar təyin oluna. O da müxtəlf yerlərə yazıb, sizin qəzetdə də yazılar getmişdi. Gördülər ki, bu, təyin olunacaq. Çünki o, keçən ay Təhsil Nazirliyində qəbulda olmuşdu, orada demişdilər ki, get, gözlə yaxın günlərdə sənə məlumat veriləcək, təyin oluncaqsan”.

“Aqşin Əfəndiyevin apardığı məhkəmə sənədlərində Abdulla Şahbazovun adı yazılıb”

“İndi də Qurban Hacıyev Ədliyyə Nazirliyinə, Məhkəmə hüquq Şurasına, Cəbrayıl Rayon Məhkəməsinə rəsmi sənəd göndərib ki, Şahbazov Abdulla adlı adam bizdə işləmir. Hansı ki, həmin adam bacım oğlunun evindən oğurluq edən Əfqan Şahbazovun əmisi oğludur. Cəbrayıl Rayon Məhkəməsinə də ona görə rəsmi sənəd göndərib ki, biz Qurban Hacıyevə etiraz etmişdik ki, sən bizdən akt yazmısan, şikayət etmisən. Ona görə, Apellyasiya Məhkəməsinə vermişdik, onlar da işi Cəbrayıl Rayon Məhkəməsinə verdi. Mən dünən də məhkəmədə tələb etdim ki, möhtərəm hakim, sorğu göndər okyabr, noyabr aylarında Aqşin Əfəndiyevin apardığı məhkəmə sənədlərində görək kimin adı yazılıb. Abdulla Şahbazovun adı yazılıb. Abdulla Şahbazov da Şahbaz Şahbazovun qardaşı oğludur. Şahbaz Şahbazov da “Nigar” klinikasının rəhbəri İlqarla işləyirdi. Orada ona külli miqdarda pul atmışdı. Onlar vərdişkardı. Onun da üstü açıldı, ona hansı şirkətləri vermişdilərsə, hamısını əlindən aldırlar”, - deyə şikayətçi əlavə etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmperiya xülyası: həm gülməlidir, həm də ağlamalı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
"Zəngəzur dəhlizi məsələsi indi elə mərhələyə çatıb ki..." - İNCƏLƏMƏ
Bu gün, 14:00
Nazirlik "vaksin olunun" deyir, polikilinikalar isə "yoxdur" cavabını verir - NƏ ETMƏLİ?
Bu gün, 13:58
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına 17 il həbs cəzası verilib
Bu gün, 13:02
İranın “Müqavimət oxu”: - çöküş, yoxsa yeni yüksəliş?
Bu gün, 13:01
İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
Bu gün, 13:00
Trampın “Yeni Amerika Xəritəsi”: - Sülh, yoxsa Müharibə?
Bu gün, 12:58
ABŞ-də güclü yanğın: - Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Bu gün, 12:56
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:53
Sosial şəbəkələr azyaşlıları təhsildən uzaqlaşdırır - FAKT BUDUR!
Bu gün, 12:52
İlyas İsmayılovun vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 12:50
Antiinhisar qurumu müştərisinin “hüququnu məhdudlaşdıran “Soliton LTD” barədə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 12:39
Bakıda arvadını qətlə yetirən kişi HƏBSDƏ ÖLDÜ
Bu gün, 12:37
Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan
Bu gün, 12:35
Bacısını incitdiyi üçün yeznəsini öldürmüşdü - Cəzadan azad edildi
Bu gün, 12:27
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - AÇIQLAMA
Bu gün, 12:25
Ermənistanın Azərbaycanla bağlı müharibə planı... – Sərkisyan
Bu gün, 12:17
Aparıcıların “ağlaşma” şousu və... sənəti urvatdan SALANLAR
Bu gün, 12:16
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC-dən ASC-yə çevrilir
Bu gün, 12:14
Dövlət Xidməti “Avropa Qapıları” barəsində protokol tərtib etdi
Bu gün, 12:07
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir - TASS
Bu gün, 12:04
Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib, 95 nəfərlə bağlı prokurorluğa müraciət olunub
Bu gün, 11:58
Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb
Bu gün, 11:55
NƏ BAŞ VERİR: AZƏRİQAZ-da `DOSTYANA` İXTİSAR... - "İndi belə bir ağır durumda..."
Bu gün, 11:54
Yevlaxda təhsil adına biabırçılıqlar... - İTTİHAM VAR...
Bu gün, 11:40
Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu gün, 11:32
Narazı sakin Xəzər İH-i məhkəməyə VERDİ
Bu gün, 11:28
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..." - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:21
Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü prosesini müzakirə edəcək - KİV
Bu gün, 11:18
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır - Dövlət Departamenti
Bu gün, 11:16
Nüfuz alverində ittiham olunan vəkilə HÖKM OXUNUB
Bu gün, 11:15
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: - "Yüngül həyat tərzi keçirirdi"
Bu gün, 11:14
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
Bu gün, 11:02
“Competo” MMC-də yeni təyinat - FOTO
Bu gün, 10:59
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - deputat
Bu gün, 10:55
Şagird məktəb yoldaşını xəstəxanalıq etdi
Bu gün, 10:46
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru